Main page Contacts
AZ EN

ACCA/CBE
Get information about the courses
 
 
 
 

ACCA online exam

ABTC-nin kompüter əsaslı (CBE) mərkəzində imtahandan keçmək

QAYDALARI


ABTC-nin ofisində yerləşən kompüter əsaslı imtahan (CBE) mərkəzi vasitəsilə ACCA dərəcə və diplomları üzrə aşağıdakı imtahanları verə bilərsiniz:

FIA Introductory and Intermediate Level
Qiymət
    Gec Erkən
FA1 Introductory AZN 150 AZN 130
MA1 Introductory AZN 150 AZN 130
FA2 Intermediate AZN 150 AZN 130
MA2 Intermediate AZN 150 AZN130

FIA Diploma and ACCA Knowledge Level
Qiymət
    Gec Erkən
F1/FAB Accountant in Business
AZN 150 AZN 130
F2/FMA Management Accounting
AZN 150 AZN 130
FA3/FFA Financial Accounting
AZN 150 AZN 130

ACCA Skills Level
Qiymət
    Gec Erkən
F4 Corporate and Business Law (Eng) AZN 180 AZN 160
F4 Corporate and Business Law (Glo) AZN 180 AZN 160

CBE mərkəzinin ünvanı
   World Business Centre (9-cu mərtəbə), Səməd Vurğun küç., 43

CBE imtahanın günü və vaxtı
 - Bazar, qeyri-iş və bayram günləri istisna olmaqla həftənin bütün günləri.
 - İmtahan tarixləri və vaxtları ABTC CBE mərkəzi və imtahan verən şəxs arasında razılaşma yolu ilə təyin olunur.
 - İmtahandan keçəcək şəxslərə imtahanın keçirildiyi yerə imtahan saatından ən azı 30 dəqiqə əvvəl gəlməyi tövsiyyə olunur.
 -
Gecikənlər imtahana buraxılmır.

İmtahana yazılma qaydası
İmtahana yalnız ACCA tələbəsi kimi qeydiyyata alınandan və müvafiq tələbə qeydiyyat nömrəsini (Student ID) aldıqdan sonra yazıla bilərsiniz.
Online qeydiyyat üçün:

1. Aşağıda, yaxud ekranın solunda menyudan [ACCA Exam Registration] düyməsini basıb müvəffəqiyyətli qeydiyyat üçün tələb olunan məlumatı daxil edin:

 - [Ad və soyad*] - adınızı və soyadınızı ACCA tələbə qeydiyyatında yazdığınız kimi daxil edin.

 - [Doğum tarixi*] - interaktiv təqvimin vasitəsilə doğum tarixinizi daxil edin.

 - [Reg num*] - ACCA tələbə qeydiyyat nömrənizi (Student ID) daxil edin.

 - [Telefon*] - gün ərzində Sizinlə əlaqə saxlamaq üçün ən münasib telefon nömrəsini daxil edin.

 - [Şirkət*] - işlədiyiniz qurum, müəssisə və ya təşkilatın adını daxil edin.

 - [E-mail*] - aktiv olan və mütəmadi istifadə etdiyiniz e-mail ünvan(lar)ını daxil edin.

Qeydiyyat formasında [*] ilə işarələnmiş xanaların doldurulması məcburidir.

2. Keçmək istədiyiniz imtahan(lar)ı siyahıdan tapıb önündə olan xananı işarələyin.

3. Seçilmiş imtahanı keçmək istədiyiniz tarixi interaktiv təqvim vasitəsilə daxil edin. Qeyd: imtahan tarixindən asılı olaq imtahanın qiyməti fərqlənir.  

4. Qeydiyyat formasının [Ödəniş] qrafasında seçilmiş imtahanların toplam qiyməti göstərilir.

5. Qeydiyyat formasının [Ödəniş metodu] qrafasında [Online] yaxud [Offline] variantını seçib [Göndər] düyməsini basın.

6. Ekranda [Sifariş qəbul olundu] məlumatı qeydiyyatın başa çatmasına işarə edir.

7. [Online] variantı seçildikdə ekranda [Si
fariş qəbul olundu] məlumatın altında [Online ödə] düyməsini basın və açılan ödəmə pəncərəsində kart vasitəsilə ödənişi tamamlayın.
İmtahan haqqı
 
- Erkən qeydiyyat: - müəyyən etdiyiniz imtahanın tarixinədək 30 gündən çox qalmış qeydiyyatdan keçirsinizsə.
 -
Gec qeydiyyat:
-
müəyyən etdiyiniz imtahanın tarixinidək 30 gündən az qalmış qeydiyyatdan keçirsinizsə.
 -
Ödəniş debet/kredit kartı, bank köçürməsi, on-line ödəniş və yaxud nağd yolla həyata keçirilə bilər.

İmtahan parametrləri
 - İmtahan 50 sualdan ibarətdir

 - İmtahan 2 (iki) saat davam edir
 - Keçid balı 50%

İmtahanın nəticələri
 - İmtahanın yekun və bölmələr üzrə nəticələri dərhal monitorda əks olunur.
 - 50% və yuxarı nəticə əldə etdikdə Sizə sertifikat verilir və imtahan statusunuz avtomatik şəkildə ACCA-də yenilənir.
 - 50% dən aşağı nəticə əldə etdikdə cavab verdiyiniz suallarda daha çox çətinlik çəkdiyiniz məqamlar haqqında Sizə məlumat verilir.

Online pilot imtahanlar      
Rəsmi imtahandan keçməzdən öncə Siz özünüzü pilot imtahanlarında sınaya bilərsiniz. Pilot imtahanından keçəndən sonra Siz daha səmərəli yol seçə bilərsiniz. Bu imtahanlara görə ödəniş tələb olunmur.
Pilot imtahanından keçmək üçün təlimat:

  • Cavabın qəbulu üçün “SUBMIT” düyməsinə basın.
  • Bu beynəlxalq sertifikasiyadır, kəsir hissəsini nöqtə ilə ayırın (misal: 20303.68)
  • Növbəti suala keçmək üçün “NEXT”, əvvəlki suala qayıtmaq üçün “PREVIOUS” düyməsinə basın.
  • Cavabı dəyişdirmək üçün “CLEAR” düyməsindən istifadə edin.
  • Səhifənin sol tərəfində imtahanın qurtarma vaxtı göstərilir.




© 2009 ABTC
All rights reserved.
History Mission Company Profile Membership Team Experts Vacancy Contact us Brochure
Our approach Standard Courses Certified Programs
Methodology List of Consultancy Services
About "Thomas" Assessment System "Thomas" Products "Thomas" for Coporates "Thomas" for Individuals
ACCA: 2 in 1 ACCA exam preparation ACCA online exam ACCA Exam Registration
About ABTCtest© ABTCtest©IQ ABTCtest©PRO
BPP Professional Education ACCA exam preparation ACCA OCR (Dates & Prices) ACCA OCRL (Dates & Prices) CIMA exam preparation CIMA OCR (Dates & Prices) CIMA OCRL (Dates & Prices) CFA exam preparation CFA OCR/L (Dates & Prices)
Business Partners on Training Services Business Partners on Consulting Services