Əsas səhifə Bizimlə əlaqə
AZ EN

ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Mövzu qrupuna dair bütün Uzunmüddətli Kurslar
Ümumi Bank İşi
Mövzu qrupu: Digər
Kod: T801
Qiymət : 1200 AZN

 
Qısa məzmunu

 
Müddəti
120 saat

Kimlər üçün nəzərdə tutulur

Banklarda yeni işə qəbul edilmiş mütəxəssislər və bank sektorunda işləməyi planlaşdıran şəxslər

Proqramın sertifikasiyası

Təlim mövzuları üzrə keçirilən 6 testin ümumi nəticələri üzrə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Proqramı müvəffəqiyyətlə baş vurmuşdur”, bundan aşağı nəticə göstərənlərə isə “Proqramda iştirak etmişdir” sertifikatı təqdim olunur.

Mövzunun qısa məzmunu

Sonda iştirakçılar aşağıdakılar barədə bilik əldə edəcəklər:

Modul 1. Azərbaycanın iqtisadi və maliyyə sistemi

Ekspertlər: Emin Hüseynov, Cavanşir Abdullayev

  • İqtisadi sistemlər və onların xüsusiyyətləri
  • Maliyyə sisteminin rolu və strukturu
  • Bank sistemi
  • Pul siyasəti
  • müxtəlif iqtisadi sistemləri və onların mahiyyətini,
  • maliyyə bazarlarının növlərini və onların xüsusiyyətlərini,
  • maliyyə vasitəçilərinin ölkənin iqtisadi sistemindəki rolunu,
  • bankların iqtisadi sistemdə rolunu,
  • Azərbaycan bank bazarının vəziyyətini,
  • pulun funksiyalarını
  • AMB-nin həyata keçirdiyi pul siyasətini

Modul 2. Bank fəaliyyəti ilə bağlı qanunvericilik

Ekspert: Cavanşir Abdullayev, Samir Balayev

  • Bankların xidmətləri
  • Bank sirri
  • Bankların idarəetmə və təşkilati strukturu
  • Bankların müştəriləri: hüquqi və fiziki şəxslər
  • bank fəaliyyəti və bank xidmətləri
  • bank sirrini
  • bankların idarəetmə quruluşunu,
  • bankların təşkilati strukturunu, 
  • hüquqi şəxslər və onların xüsusiyyətlərini
  • fiziki şəxslər və onların xüsusiyyətlərini

Modul 3. Bank məhsulları və xidmətləri

Submodul 3.1. Bank hesabları

Ekspertlər: Nəriman İmranov, Rəna Abbasova

  • Hesabların növləri
  • Hesabların açılması qaydaları
  • Hesabların növündən asılı olaraq onların açılması üçün tələb olunan sənədlərin siyahısı
  • Hesabların aparılması
  • Hesabların iş rejiminə nəzarət
  • Hesablar üzrə əməliyyatların aparılmasına görə komisyon tariflər
  • Əməliyyatlara məhdudiyyət və qadağaların qoyulması qaydalarını
  • Hesabların bağlanması
  • bank məhsulu anlayışını
  • bank məhsullarının növlərini
  • hesabların növlərini
  • hesabların açılmasının qaydalarını
  • hesabların növündən asılı olaraq onların açılması üçün tələb olunan sənədlərin siyahısı
  • hesabların aparılmasının qaydalarını
  • hesabların iş rejiminə nəzarət sisteminin təşkilini
  • hesablar üzrə əməliyyatların aparılmasına görə bankların komisyon tarifləri, onların müəyyən edilməsi və tutulmasını
  • hesablar üzrə əməliyyatlara məhdudiyyət və qadağaların qoyulması qaydalarını
  • hesabların bağlanması qaydalarını

Submodul 3.2. Depozitlər
Ekspertlər: Nəriman İmranov, Rəna Abbasova
  • Depozitlərin qəbulu üzrə hüquqi baza
  • Depozitlərin növləri.
  • Faizlərin hesablanması.
  • Depozitlərlə əməliyyatlar.
  • depozitin anlayışını
  • depozit əməliyyatlarının hüquqi bazasını
  • depoziti növlərə bölən xüsusiyyətlərini
  • depozitlər üzrə faizlərin hesablanması texnikasını,
  • depozitlər üzrə müxtəlif ödəniş qaydalarını,
  • depozitlərin vaxtından əvvəl götürüldüyü zaman faizlərin yenidən hesablanması.
Submodul 3.3. Nağd əməliyyatlar
Ekspertlər: Nəriman İmranov, Rəna Abbasova
  • Kassa qovşağı, mahiyyəti və tərkibi
  • Mədaxil əməliyyatları
  • Məxaric əməliyyatları
  • Bankomatlarla iş
  • İnkassasiya iş
  • kassa qovşağının mahiyyətini
  • mədaxil, məxaric, yenidənsayma, gündüz və axşam kassalarının mahiyyətini və fərqlərini
  • məxaric əməliyyatlarının mahiyyətini və tələb olunan sənədləri
  • mədaxil əməliyyatlarının mahiyyətini və tələb olunan sənədləri
  • bankomatlarla işin mahiyyətini
  • inkassasiya işinin mahiyyəti
Submodul 3.4. Ödəniş sistemləri və təcili pul köçürmə sistemləri
Ekspert: Ramil Mahmudov, Nəriman İmranov
  • Beynəlxalq ödəniş sistemləri (SWIFT)
  • Milli ödəniş sistemləri (AZİPS, XÖHKS, KÖMİS)
  • Təcili pul köçürmələri
  • Hesab açmadan aparılan əməliyyatlar
  • ödəniş sisteminin mahiyyətini
  • SWIFT-in iş sistemini
  • AZİPS, XÖHKS və KÖMİS-in mahiyyətini
  • AZİPS, XÖHKS və KÖMİS-in iş sistemini
  • təcili pul köçürmələri və onların adi köçürmələrdən fərqlərini
  • hesab açmadan aparılan əməliyyatların növlərini
Submodul 3.5. Nağdsız əməliyyatlar
Ekspertlər: Nəriman İmranov, Rəna Abbasova
  • Nağdsız hesablaşmaların formaları
  • Ödəniş tapşırıqları ilə hesablaşmalar
  • İnkasso sərəncamları ilə hesablaşmalar
  • İnkasso üzrə hesablaşmalar
  • Akkreditiv üzrə hesablaşmalar

  • nağdsız hesablaşmaların mahiyyətini
  • nağdsız hesablaşmaların növlərini
  • ödəniş tapşırıqları ilə işi
  • inkasso sərəncamları ilə hesablaşmaların mahiyyətini
  • inkasso üzrə hesablaşmaların mahiyyətini
  • akkreditiv üzrə hesablaşmaların mahiyyətini və növlərini
Submodul 3.6. Valyuta rejimi
Ekspertlər: Rasim İsmayılov. Nəriman İmranov
  • Valyuta qanunvericiliyi
  • Ölkəyə nağd valyutanın gətirilməsi və ölkədən aparılması
  • Ölkədən valyutanın köçürülməsi

  • valyuta qanunvericiliyini
  • valyuta tənzimlənməsi üzrə Azərbaycan Mərkəzi Bankının rolunu
  • ölkəyə nağd valyuta gətirilməsi və ölkədən nağd valyuta aparılması rejimini
  • ölkəyə qeyri-nağd valyuta vəsaitlərinin daxil olması və ölkədən köçürülməsi rejimini
Submodul 3.7. Plastik kartlar

Ekspertlər:  Nicat Məmmədli, Nəriman İmranov

  • Kart ödəniş sisteminin tarixi
  • Ödəniş sisteminin iştirakçıları
  • Kartların növləri
  • Kart qəbulu cihazları
  •  Kartlarla əməliyyatlar
  •  Kartların personalizasiyası
  • Plastik kartlarla iş qaydaları

  • plastik kartların yaranma tarixi və mahiyyətini
  • VİZA, Mastercard, AMEX kartları və onların növləri
  • kart sahiblərinin hüquqi və vəzifələri
  • bank emitentin hüquq və vəzifələri
  • postterminallar və onların mahiyyəti
  • bankomatlar və onların mahiyyəti
  • kartlarla əməliyyatların aparılması və klirinqi
Submodul 3.8. Xarici ticarətin maliyyələşməsi
Ekspert: İlkin Qarayev, Nəriman İmranov
  • Beynəlxalq ticarət əməliyyatları
  • İncoterms 2010
  • Beynəlxalq ticarətin maliyyələşmə alətləri
  • Akkreditivlər
  • Bank zəmanətləri
  • beynəlxalq ticarətin əməliyyatlarında bankların rolunu,
  • beynəlxalq ticarət əməliyyatlarında gözlənilən risklər və onların sığortalanması yollarını;
  • İncoterms 2010 şərtlərini;
  • akkreditivlərin və zəmanətlərin növləri və onlarla əməliyyatların əsasları

Modul 4. Çirkli pulların yuyulmasına və Terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər

Ekspert: Cavanşir Abdullayev, Zaur Hacılı

  • Mahiyyəti
  • Eyniləşdirmə və verifikasiya
  • Şübhəli əməliyyatlar
  • Pulların yuyulmasına qarşı mübarizənin əhəmiyyəti
  • Eyniləşdirmə və verifikasiya tələbləri
  • Şübhəli əməliyyatların xüsusiyyətləri
Modul 5. Kredit işi

Ekspertlər: Rauf Ağayev, Zahir Qədirov, Etibar İsrafilov

  • Bank kreditinin mahiyyəti
  • Kredit fəaliyyətinin təşkili
  • Kredit siyasəti
  • Kredit proseduraları
  • Kreditləşmə üzrə səlahiyyətlərin bölgüsü
  • Kredit Komitəsi
  • Limitlər
  • Kreditlərin əsas növləri
  • Biznes kreditlər
  • Mikrokreditlər
  • İstehlak kreditləri
  • Kreditləşmə mərhələləri
  • Kreditlərin qiymətləndirilməsində “6C” prinsipi
  • Şəxsiyyətin qiymətləndirilməsi
  • Bacarığın qiymətləndirilməsi
  • Kapitalın qiymətləndirilməsi
  • Təminatın qiymətləndirilməsi
  • Nəzarətin qiymətləndirilməsi
  • Kreditin qiymətləndirilməsində maliyyə təhlilində pul vəsaitlərinin axınları proqnozunun rolu
  • Kredit risklərinin minimallaşdırılması
  • Kreditlərin sənədləşməsi və verilməsi
  • Kreditin monitorinqi: növləri və formaları
  • Kreditdə problemin qabaqcadan müəyyən olunması və onun aradan qaldırılması tədbirləri
  • Problemli kreditlərin idarə edilməsi: sağlamlaşdırma yoxsa ləğvetmə?
  • Azərbaycan Mərkəzi Bankının kreditləşmə üzrə normativ-hüquqi aktları
  • kreditləşmənin bankın strategiyası və mənfəətliliyi ilə uzlaşdırılmasını,
  • kredit siyasətinin və kredit proseduralarının rolunu və əhəmiyyətini,
  • kredit komitəsi və kreditləşmə üzrə qərar qəbul edən digər strukturların vəzifələrini,
  • riskli kreditlərin bankın mənfəətliliyinə təsirini azaltmaq üçün görülməli olan tədbirləri,
  • qiymətləndirmə yanaşmaları üzrə fərqlənən kreditlərin əsas növlərini,
  • kreditləşmə mərhələləri çərçivəsində kredit işçilərinin vəzifələrini,
  • kreditlərin “6C” prinsipi prizmasından qiymətləndirilməsini,
  • borcalanın maliyyə layiqliyinin qiymətləndirilməsində pul vəsaitlərinin axınları proqnozunun əhəmiyyətini,
  • kredit risklərinin təsnifləşdirilməsini və onların minimallaşdırılması yollarını,
  • kredit monitorinqinin növləri və formalarını,
  • kreditlər üzrə problemlərin əvvəlcədən müəyyənləşdirməyin və onların sığortalanmasının yollarını,
  • problemli kreditlərin idarə edilməsi alətlərini,
  • AMB-nin kreditləşmə üzrə normativ-hüquqi aktlarını.

Modul 6. Marketinq və müştəri xidmətləri

Ekspertlər: İlkin Qarayev, Anar Hüseynov, Elnur İslamov

  • Bank məhsul və xidmətlərinin xüsusiyyətləri
  • Marketinqin 4 P komponenti
  • Müştəri seqmentasiyası
  • Müştəri xidmətinin mahiyyəti
  • Bank müştəri xidmətinin xüsusiyyətləri
  • Satış prosesinin mərhələləri
  • Satış texnologiyaları
  • Çarpaz satış
  • CRM
  • marketinqin mahiyyətini və bank marketinqinin xüsusiyyətlərini,
  • marketinqin 4P fundamental komponentlərini
  • müştərilərin seqmentasiyasını və müxtəlif metodlar vasitəsi ilə məhsul və xidmətlərə olan ehtiyacların müəyyənləşdirilməsini,
  • müştəri xidmətinin əhəmiyyətini,
  • satış prosesinin mərhələlərini,
  • müştəri əlaqələrini
  • çarpaz satış anlayışını.

Modul 7. Bank işində risklər

Ekspertlər: Cavanşir Abdullayev, Rəna Abbasova, Asim Zülfüqarov

  • Riskin mahiyyəti
  • Riskin idarə edilməsinin zəruriliyi
  • Risklərin idarə edilməsi metodları
  • Risklərin növləri
  • Kredit riskləri
  • Likvidlik riskləri
  • Bazar riskləri
  • Əməliyyat riskləri
  • Strateji və digər risklər
  • Riskin mahiyyətini,
  • Risklərin idarə edilməsi prinsiplərini
  • Ayrı-ayrı risk növləri, onların yaranma mənbələri, yaratdığı problemlər və minimallaşdırma alətləri
  • Azərbaycan Mərkəzi Bankının risklərin idarə edilməsi üzrə tələblərini

Modul 8. Biznes etika

Ekspertlər: Cavanşir Abdullayev

  • Biznes etikanın mahiyyəti
  • Müştərilərlə etik davranışlar
  • İş yoldaşları ilə etik davranışlar
  • Daxili davranış qaydaları
  • Ünsiyyətqurma
  • Korporativ geyim
  • etikanın mahiyyətini,
  • bankdaxili davranış normalarını
  • ünsiyyətqurmanı
  • korporativ geyim standartlarını
Modul 9. Məntiq

Ekspertlər: Rəna Abbasova

  • Dil və məntiq
  • Məntiq düşüncə aləti kimi
  • Əsalandırmada induktiv metod
  • Əsalandırmada deduktiv metod
  • Emosiya və məntiq
  • Sözlü məntiq
  • Riyazi məntiq
  • Təsviri məntiq
  • Qərarların verilməsində dilemmalar,
  • Məntiqdə anlayışlar və fərziyyələr,
  • Qəraların əsaslandırılmasında induktiv və deduktiv metodları və onlardan istifadə prinsipləri,
  • Sözlü məntiqin formalarını
  • Riyazi məntiqin formalarını
  • Təsviri məntiqin formalarını




© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi