Əsas səhifə Bizimlə əlaqə
AZ EN

ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Mövzu qrupuna dair bütün Standart kurslar
COSO Daxili Nəzarət Modelinin praktiki tətbiqi
Mövzu qrupu: Risk
Kod: T229
Başlanma tarixi: 16.04.2018
Qurtarma tarixi: 20.04.2018
Saat: 09:00 - 13:00
Ekspertlər: Əziz Fətəliyev 
Qiymət : 500 AZN


Kursa yazılmaq
 
Qısa məzmunu

Müddət

20 saat

Kimlər üçün nəzərdə tutulur

İstənilən sənayə növündə fəaliyyət göstərən müəssisələrin rəhbər işçiləri, Daxili Auditorları, Daxili Nəzarət və Risklərin İdarəolunması funksiyalarını icra edən və digər əlaqəli əməkdaşlar

Modular

Təqdimat və ilkin test

Modul 1. Giriş

♦ COSO-nun açıqlaması, iştirakçıları və missiyası

♦ Daxili nəzarət anlayışı, nəzarət üzrə məhdudiyyətlər, nəzarət üzrə fayda və xərclərin əlaqələndirilməsi

♦ Risk iştahası və risklərə dözüm anlayışları

♦ COSO kubunun açıqlaması və xüsusiyyətləri

Modul 2. Nəzarət mühiti komponenti

♦ Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar

   ― Etik dəyərlərin müəyyənləşdirilməsi

   ― Müşahidə edən qurumun bacarıqları və müstəqilliyi

   ― Strukturun və tabeçilik xətlərinin müəyyənləşdirilməsi

   ― İşçi heyətinin səriştəliyi

   ― Fəaliyyətin qiymətləndirilməsi və məsuliyyətə cəlb olunması

♦ “COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 3. Risklərin qiymətləndirilməsi komponenti

Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar

   ― Məqsədlərin təyin olunması

   ― Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi

   ― Dələduzluq riskinin idarəolunması

   ― Əhəmiyyətli dəyişikliklərin idarəolunması

♦ “COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 4. Nəzarət tədbirləri komponenti

♦ Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar

   ― Nəzarət tədbirlərinin müvafiq risklərlə əlaqələndirilməsi

   ― Texnoloqiyalar üzrə nəzarət tədbirləri

   ― Siyasət və prosedurların müəyyənləşdirilməsi

♦ “COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 5. İnformasiya və kommunikasiya komponenti

  Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar

   ― Məlumatların əldə olunması və istifadəsi

   ― Məlumatların daxili dövriyyəsi

   ― Məlumatların kənar dövriyyəsi

♦ “COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 6. Monitorinq tədbirləri komponenti

 ♦ Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar

   ― Fasiləsiz və ayri ayrılıqda aparılan monitorinq tədbirləri

   ― Çatışmazlıqların qiymətləndirilməsi, aradan qaldırılması və müvafiq səlahiyyətli şəxslərə çatdırılması

♦ “COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 7. Müəyyən fəaliyyət / proses üzrə Daxili Nəzarət Sisteminin qiymətləndirilməsi

♦ Qiymətləndirmənin aparılması üçün auditoriyanın qruplara bölünməsi

♦ Müəyyən bir fəaliyət üzrə mövcud vəziyyəti əks etdirən məlumatlar toplusunun vasitəsilə Komponentlərin və ümumi DNS-nin qruplar tərəfindən qiymətləndirilməsi

♦ Nəticələr üzrə müzakirələr

Yekun test

Əldə ediləcək nəticələr

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

♦ strategiyanin əsasinda layihələrin müəyyən olunmasi mexanizmi,

♦ COSO Daxili Nəzarət Modelinin komponent və prinsipləri üzrə dərin nəzəri biliklərin əldə olunması,

♦ COSO Daxili Nəzarət Modelinin əsasında istənilən müəssisənin daxili nəzarət sisteminin qurulması,

♦ COSO Daxili Nəzarət Modelinindən istifadə edərək audit layihələrin həyata keçirilməsi,

♦ COSO Daxili Nəzarət Modelinin əsasında təşkilatın daxili nəzarət sisteminin qiymətləndirilməsi.





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi