Əsas səhifə Bizimlə əlaqə
AZ EN

ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Mövzu qrupuna dair bütün Qısamüddətli Kurslar
Daşınar əmlakın və maliyyə aktivlərinin girov məqsədi ilə qiymətləndirilməsi
Mövzu qrupu: Kredit
Kod: T421
Qiymət : 400 AZN
Ekspertlər: Həmid Məmmədcanov 


Kursa yazılmaq
 
Qısa məzmunu

Müddət 20 saat
Kimlər üçün nəzərdə tutulub Qiymətləndiricilər, kommersiya banklarının, mikrokredit təşkilatlarının, lizinq şirkətlərinin kredit şöbələrinin işçiləri
Modullar Modul 1. Daşınar əmlakın qiymətləndirilməsi prinsipləri və yanaşmaları
  • Daşınar əmlakın qiymətləndirilməsinin əsas anlayışları, prinsipləri və xüsusiyyətləri. Qurğuların, maşınların, avadanlıqların və daşınar əmlakın digər növlərinin (kolleksiyaların, zinət əşyalarının, debitor borcların və s.) qiymətləndirilməsi metodologiyasının standardlaşdırılması üzrə ən yaxşı beynəlxalq təcrübə
  • Daşınar əmlakın beynəlxalq praktikada qiymətləndirilməsi. Beynəlxalq Qiymətləndirmə Standartların qurğuların, maşınların, avadanlıqların qiymətləndirilməsi üzrə tələbləri. Qurğuların, maşınların, avadanlıqların (QMA) qiymətləndirilməsi üzrə Avropa satandartları. Qurğuların, maşınların, avadanlıqların qiymətləndiriləməsində RİCS üsulu: əmlak hüquqlarının qiymətəndirilməsi, yüklü əmlakın qiymətləndirilməsi.
  • Əmlakın girov götürülməsi məqsədilə qiymətləndirilməsi prinsipləri və yanaşmaları. Daşınar əmlak girov obyekti kimi. QMA və digər daşınar əmlakın girov məqsədilə qiymətləndirilməsinin xüsusiyyətləri.
Modul 2. Daşınar əmlakın qiymətləndirilməsinin təşkili
  • QMA və digər daşınar əmlakın qiymətləndirilməyə təqdim edilməsi
  • Qiymətləndiricinin istifadə etdiyi və obyektin kəmiyyət və keyfiyyət xüsusiyyətlərini əks etdirən sənədlər
  • QMA dəyərinin qiymətləndirilməsini həyata keçirən zaman yol verilən və məhdudlaşdırılan şərtlər. Maşın, avadanlıq və digər daşınar əmlak barədə tələb olunan sənədlərin model siyahısı
  • Daşınar əmlakın qiymətləndirilməsi prosesi
  • Qiymətləndirmə obyektinin və onunla bağlı maddi və qeyri- maddi informasiyanın təhlili
  • Daha effektiv istifadə etmə təhlili
  • Qiymətləndirmədən sonra baş verən hadisələr
Modul 3. Daşınar əmlakın qiymətləndirilməsi yanaşmaları (üsulları)
  • QMA və digər daşınar əmlakın qiymətləndirilməsi üzrə yanaşmalar
  • Qiymətləndirmənin müqayisəli üsulun tətbiq edilməsi ilə həyata keçirilməsi. Analoqun seçilməsi qaydası və bazar məlumatının hazırlanması. Daşınar əmlakın qiymətləndirilməsində müqayisəli yanaşmanın metodları. Obyekt və analoqun birbaşa müqayisəsi metodu. Keyfiyyət düzəlişləri yönəldilməsi metodu. Dəyərin yararlı tipin korrelyasiya və reqressiya modelləri üzrə hesablanması metodu
  • Qiymətəndirmədə gəlir yanaşması. QMA və digər daşınar əmlakın qiymətləndirilməsində gəlir yanaşmasının istifadə edilməsinin özəllikləri. Kapitallaşdırma metodu. Pul axınının diskontlaşdırılması metodu.
  • QMA və digər daşınar əmlakın qiymətəndirilməsidə xərc yanaşmasının istifadə edilməsinin mahiyyəti və özəllikləri. QMA-nın fiziki aşınmasının, funksional və iqtisadi köhnəlməsinin ölçülməsi. Ümumi amortizasiyanın təyin edilməsi. Xərc yanaşmasının metodları: xərc növünün dəyər indeksləri vasitəsilə indeksləşdirmə metodları (trendlərin); Maya dəyərinin hesablanmasına əsaslanan metodlar; Xərc növünün statistik asılılığının modelləşdirilməsi metodları.
  • Maşın və avadanlığın kütləvi qiymətləndirilməsi. QMA-nın kütləvi qiymətləndirilməsinin mahiyyəti. Faktoral-dəyərləndirilən riyazi modellər. Balans dəyərinin indeksləşdirilməsi metodu. Balans dəyərinin indeksləşdirilməsi metodunu istifadə etməklə verilənlərin statistik təhlili. QMA-nın kütləvi qiymətləndirilməsi zamanı amortizasiya və qalıq dəyərinin müəyyən edilməsinin özəllikləri.
  • Debitor borcu (D3) qiymətləndirmə obyekti kimi. D3 qiymətləndirilməsinin metodoloji üsulları. Debitor borcunun qiymətləndirilməsi misalında maddi aktivlərin qiymətləndirilməsinin özəllikləri. Debitor borcun ödənilməsinin mümkünlüyünü müəyyən edən debitor borcunun yaranması müddətləri, statusu və debitorun maddi vəziyyəti və digər xüsusiyyətləri üzrəm risklərin qiymətləndirilməsi və təhlil edilməsi. Debitor borcun alışı və satışı üzrə mövcud praktikanın və bazar mexanizmlərinin təhlili.
Modul 4. Daşınar əmlakın qiymətləndirilməsinin nəticələri
  • Qiymətləndirmənin hesabatının hazırlanması üzrə ümumi tələblər. QMA və digər daşınar əmlakın qiymətləndirilməsi üzrə hesabatların hazırlanmasının xüsusiyyətləri.
  • QMA və digər daşınar əmlakın qiymətləndirilməsi hesabatların məzmun və keyfiyyəti üzrə tələblər.
  • Qiymətləndirmənin nəticələrinə tətbiq edilən məhdudlaşdırıcı tələblər.
Modul 5. Daşınar əmlakın qiymətləndirilməsi üzrə təlimlərin təşkili
  • QMA və digər daşınan əmlakın qiymətləndirilməsi üzrə ixtisaslaşmış mütəxəssislərin təlimi və kvalifikasiyasının artırılması üzrə tədris prosesinin təşkili
  • Qiymətləndiricilər üçün QMA və başqa daşınar əmlakın qiymətləndirilməsi üzrə nümunəvi təlim proqramı
Praktiki tapşırıqlar:
• avadanlığın müqayisəli üsulla qiymətləndirilməsi üzrə tapşırıq;
• avadanlığın gəlir üsulu ilə qiymətləndirilməsi üzrə tapşırıq
• avadanlığın xərc üsulu ilə qiymətləndirilməsi üzrə tapşırıq
• avadanlığın kütləvi qiymətləndirmə üsulu ilə qiymətləndirilməsi üzrə tapşırıq;
• QMA-nın qiymətləndirilməsi üzrə hesabat, sübutedici əhəmiyyətə malik olan sənəd kimi
• QMA-nın girov məqsədilə qiymətləndirilməsi və hesabatın hazırlanması zamanı edilən tipik səhvlər.
Əldə ediləcək nəticələr Kursun sonunda dinləyicilər aşağıdakı bilik və bacarıqlara yiyiələnəcəklər:
  • QMA və digər daşınar əmlakı qiymətləndirmə obyekti kimi müəyyənləşdirmək
  • QMA və digər daşınar əmlakı qiymətləndirilməsində xərc, gəlir və müqayisəli üsulların praktiki tətbiq edilmək
  • daşınar əmlakın qiymətləndirilməsi üzrə ilkin məlumatların formalaşdırılması məqsədilə maliyyə nəticələrini təhlil etmək
  • daşınar əmlakın girov məqdəsilə qiymətləndirilməsi üzrə məsələ və əsas metodoloji üsulları əsaslandırmaq və hazırlamaq
  • daşınar əmlakın qiymətləndirilməsi üzrə hesabatları hazırlamaq
  • daşınar əmlakın qiymətləndirilməsi üzrə hesabatları təhlil etmək və qiymətləndirici tərəfindən edilən səhvləri üzə çıxarmaq
  • təcrübəçi qiymətləndiricilərin daşınar əmlakın girov məqsədilə qiymətləndirilməsi təhsilinin və ixtisasının artırılması üzrə təlimləndirici seminarlar təşkil etmək və keçirmək
Dinləyicilər təqdimat formatında olan təlim materialları ilə təmin ediləcəklər;
QMA və digər daşınar əmlakın qiymətləndirilməsi üzrə təlimin təşkili və keçirilməsinin nümunəvi təlim proqramını əldə edəcəklər.




© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi