|
Strateji Planlaşma
Qısa məzmunu
Bu modul çərçivəsində aşağıdakı işlər görülür:
- Bankın 3 il üzrə Strateji Planının hazırlanması
- Birinci il üzrə əməliyyat planlarının hazırlanması
- Birinci il üzrə Bank və struktur bölmələrinin büdcələrinin hazırlanması
- Struktur bölmələri və işçilərin hədəflərinin hazırlanması
- Planlaşma üzrə qaydaların hazırlanması
- Planlaşma sisteminin təkmilləşdirilməsi
Bu modulun nəticəsi olaraq, aşağıdakı nəticələr əldə edilir:
- Bankda daimi fəaliyyət göstərən Strateji Plan Qrupu yaradılmışdır və fəaliyyət göstərir.
- Bankın uzunmüddətə strateji baxışı və missiya hesabatı formalaşmışdır.
- Bankın strateji planı vardır.
- Bütövlükdə bank, o cümlədən struktur bölmələri və işçilərin hədəfləri müəyyənləşmişdir.
- Strateji hədəflərin yerinə yetirilməsi üçün əməliyyat planları vardır.
- Bankın 3 illik balans, mənfəət və zərərlər, habelə səmərəlilik proqnozları vardır.
- Bankın bütövlükdə, o cümlədən hər Departament və filialın büdcəsi vardır.
- Bankın Menecmenti planlaşma sistemləri üzrə lazımi bilik və vərdişlər əldə etmişdir.
- Bankda planlaşma üzrə bankdaxili qaydalar vardır və o tətbiq olunur.
- Bankda planlaşma sistemi yaradılmışdır.
|