Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Göstərdiyi xidmətlər:
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Bütün ekspertlərimiz
Anar Hüseynov
Kod: AHN


Anar Hüseynov Bakalavr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini Fərqlənmə Diplomu ilə və “Executive MBA” magistr dərəcəsi üzrə Maastricht School of Management (Hollandiya) və ADA Universitetinin birgə proqramını Fərqlənmə Diplomu ilə bitirmişdir. O, Almaniyada, Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi, GIZ və IHK-Akademie for Munich and Bavaria tərəfindən keçirilən 1 aylıq “Menecer Treninq Proqramı”nın iştirakçısı olmuş, Almaniya, İtaliya, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Ukrayna və Azərbaycanda çoxsaylı təlimlərdə, konfranslarda və təcrübə mübadiləsi proqramlarında iştirak etmişdir.

Anar Hüseynov 2001-ci ildən etibarən marketinq və biznesin inkişafı sahələrində 16 illik iş təcrübəsinə malikdir.

  • 2014-cü ilin aprel ayından etibarən PAŞA Bankda işləyir, ilk əvvəl Marketinq şöbəsinə, hazırda isə Korporativ Məhsulların İnkişafı şöbəsinə rəhbərlik edir.

  • May 2009 – yanvar 2014-cü il müddətində DəmirBank-ın Biznesin İnkişafı və Marketinq Departamentinin Direktoru vəzifəsində çalışmışdır. Biznesin inkişafı və marketinq, o cümlədən marketinq araşdırmaları, məhsulların inkişafı, reklam, PR, rebrendinq və brendin inkişafı işlərinə rəhbərlik etmişdir.

  • Fevral 2005 – may 2009-cu il müddətində Bank Respublika-nın Marketinq Departamentinin Direktoru işləmişdir. Marketinq, o cümlədən marketinq araşdırmaları, məhsulların inkişafı, reklam və PR işlərinə rəhbərlik etmişdir.

  • İyul 2001 – yanvar 2005-ci il müddətində Khatt-Research Marketinq şirkətində marketinq üzrə baş mütəxəssis və marketinq araşdırmaları istiqamətinin rəhbəri işləmişdir.

Əsas iş fəaliyyəti ilə yanaşı təlim və konsaltinq işləri də həyata keçirir. 2014-cü ilin yanvar ayından etibarən Azərbaycan Bank Tədris Mərkəzinin ekspertidir.

Amerika Marketinq Assosiasiyasının, Azərbaycan Marketinq Cəmiyyətinin və bir sıra biznes klubların üzvüdür.





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi