Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Göstərdiyi xidmətlər:
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 
Bütün ekspertlərimiz
Elnur İslamov
Kod: EİS


Hal-hazırda Qazi Universiteti (Ankara-Türkiyə) doktorantı və PhD proqram iştirakçısı olan Elnur İslamov, "Azərbaycanda Xidmət Marketinqindəki Problemlər və Həlli Yolları" mövzusundakı doktorluq elmi işi üzərində işləyir. Təlimçi elmi təhsili zamanı bir sıra əhəmiyyətli layihələrdə müəllif və ekspert kimi iştirak edib. Bunlar arasında Türkiyə Respublikası hökümətinə təqdim edilən “Türkiyənin Alternativ Maliyyə Mənbələrinin Araşdırılması” layihəsində ekspert, Odeon Turizm sifarişi ilə hazırlanan “Türkiyənin Alternativ Turizm Bazarı – Əlil Turizmin İnkişafı” layihəsində müəllif və menecer kimi iştirakını xüsusi qeyd etmək olar. Elnur İslamov 2012-ci ildə Almaniyada beynəlxalq menecment proqramında uğurla iştirak etmişdir. E.İslamov Almaniyanın "GIZ" təşkilatının beynəlxalq dərəcəli meneceri və təlimçisidir.
Uzun illər xaricdə yaşayan və təhsil alan Elnur İslamov, müasir idarəetmə modelləri, marketinq və s. kimi menecmentlik sahələrində 15 illik elmi-nəzəri və 18 illik iş təcrübəsinə sahibdir. Təlimçi Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Turizm İnstitutunda marketinq, menecment, ictimaiyyətlə əlaqələr (PR), marketinq araşdırmaları, turizm marketinqi və s. mövzularda mühazirələr oxumaqla yanaşı elmi rəhbər kimi pedaqoji fəaliyyətlə də məşğuldur.
İslamovun başda müasir idarəetmə modelləri, marketinq, xidmət standartları, turizm olmaqla biznesinin təşkili, yapon idarəetmə sistemi, keyfiyyətli məhsul-xidmət və s. mövzularda onlarca konstruktiv mahiyyətli məqalələri ölkənin aparıcı yayım orqanlarında (Consulting and Business, Keyfiyyət və Menecment, Gennaration, Marketinq, İqtisadiyyat, Üç Nöqtə və s.) nəşr olunur.
Elnur İslamov, müxtəlif zamanlarda (1999-2014) ölkə daxili və xaricində çalışdığı və müəllifi olduğu layihələrini təklif etdiyi təşkilatlar tərəfindən, ASB, Azersun Holdinq, AtaBank, Sun Group Management, GİLAN Holdinq, Ailə, Qadın və Uşaq Porblemləri Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Sahibkarlığa Dəstək Fondu (EDF), CIPE (USA), Atra Bank, AAAF Park, Emba Group, Deep Tour, Buta Turizm, MÜSİAD, Bakı Reklam Festivalı TV Layihəsi və s. rəğbətlə qarşılanmış və uğur qazandırmışdır.
Hal-hazırda Business Group olaraq ölkədə şirkətlərin brendləşmə, marketinqin inkişafı mövzularında xarici təcrübənin öyrənilməsi və xaricdə milli brendlərimizin təbliğat işləri ilə bağlı Azərbaycan Françayzinq Mərkəzi layihəsinə rəhbərlik edir. Elnur İslamov Azərbaycan Bank Tədris Mərkəzində marketinq və satış mövzuları üzrə təlimlər aparırır.




© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi