Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Göstərdiyi xidmətlər:
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas


e-ABTC
 
Bütün ekspertlərimiz
Aydın Hüseynov
Kod: AHS


Hüseynov Aydın Hüseyn oğlu 21 May 1979-cu ildə Ağsu rayonunda anadan olmuşdur.

1996-cı ildə Bakı şəhərində yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Litseyindən məzun olmuşdur. 1996-2000-ci illərdə Türkiyə Cümhuriyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir.

Təhsili müddətində Prezident və bir neçə dövlət təqaüdləri almışdır. Şimali Atlantik Antlaşma Konseyindən (NATO) Təqaüd və Qrant layihələri qazanmışdır. Bir neçə beynəlxalq qrant müsabiqəsinin qalibi olmuşdur.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən riyaziyyat elmləri üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi nostrifikasiya olunmuşdur.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

2 ədəd dissertasiya işi və 14 ədəd elmi məqaləsi vardır.

2009-cu ildən başlayaraq müxtəlif tədris mərkəzlərində Kreditlərin təhlili, Qiymətli kağızlar, Valyuta əməliyyatları, Akkreditiv və Qarantiyalar və Risklərin İdarə Olunması mövzularında təlim və seminarlar tədris etmişdir.

2006-ci ildən bugünə qədər Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda elmi fəaliyyət ilə məşğul olur.

Əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində Müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.

2014-cü ilin Yanvar ayından bu günə qədər Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Məsləhətçisi və Sentyabr ayından etibarən isə Risk Jurnalının Baş Redaktorudur.

2014-cü ilin Mart ayından bu günə qədər Rabitəbank ASC-də Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktor vəzifəsində işləyir. 2014-cü ilin Oktyabr ayından etibarən İdarə Heyətinin Üzvü, 22 Yanvar 2016-cı il tarixindən etibarən isə İdarə Heyətinin Sədrinin Müavini vəzifəsini icra etməyə başlamışdır.




© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Tədris xidməti üzrə Biznes tərəfdaşlarımız Məsləhət xidməti üzrə Biznes Tərəfdaşlarımız
Təlim ehtiyaclarının öyrənilməsi