Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Göstərdiyi xidmətlər:
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas


e-ABTC
 
Bütün ekspertlərimiz
İlqar Əliyev
Kod: IAL


İlqar İbrahim oğlu Əliyev 1991 –1996 -cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi İnformatika və İdarəetmə fakültəsini bitirmişdir. 1995-1997 –ci illərdə Azərbaycan Respublikası Taxıl Məhsulları Dövlət Şirkətində verilənlər bazası inzibatçısı işləmişdir. 1997 –1999 -cu illərdə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində əsgəri xidmətini başa vurmuşdur.

1999  –2000 -ci illərdə Stonepay (Kanada) tikinti şirkətində informasiya texnologiyaları üzrə mühəndis işləmişdir. 2000  –2003 –cü illərdə “Virtual Service” İT həllər firmasını yaratmış və menecer funksiyasını həyata keçirmişdir. 2003 – 2004 –cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mİ idarəsində informasiya texnologiyaları şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2004-cü ilin aprel – iyul aylarında İtaliyanın “Congenio” İT həlləri şirkətində təcrübə keçdikdən sonra Almaniyanın “Deutsche Management Akademie Niedersachsen”  İnstitutunun “Avropa Birliyinin iqtisadi qaydaları və biznes məsələləri” üzrə mütəxəssis sertifikatına layiq görülmüşdür.

2004 -2006 -cı illərdə İT üzrə mütəxəssis olaraq Bakı–Tiflis-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələrində informasiya sistemlərinin qurulması, dəstəklənməsi və idarə edilməsi işində, 2004 – 2008 ci illərdə İtaliyada, ABŞ-da, Almaniyada, Niderlandda, Türkiyədə və Bolqarıstanda maliyyə-bank, informasiya texnologiyalarına dair təcrübə mübadiləsi və seminarlarda fəal iştirak etmişdir.

2006–2013-cü illərdə (sentyabr 2013-cü ilədək) Azərbaycan Respublikası Mərkəzi Bankında Daxili audit departamentin İnformasiya texnologiyalarının auditi şöbəsinin rəisi vəzifəsində çalışan İlqar Əliyev Mərkəzi Bankda informasiya texnologiyaları üzrə COBIT 4.1 beynəlxalq standartlarının həyata keçirilməsi layihəsinin rəhbəri olmuşdur. Beynəlxalq ISACA assosiasiyasının üzvüdür.  Beynəlxalq Cobit 4.1 standartları üzrə Azərbaycanda ilk sertifikatlaşmış mütəxəssisdir.

2013-cü ilin sentyabr ayıdan etibarən İlqar Əliyev GRC Şirkətində İdarəetmə təminatı üzrə menecer vəzifəsində çalışır və Azərbaycanın ən iri şirkətlərinə audit xidməti göstərir.

İ.Əliyev Beynəlxalq CİSA və İSMS auditoru (İSO27001 informasiya təhlükəsizliyi standartları üzrə) sertifikatlı mütəxəssisdir.

AZPMA assosiasiyasının təşkil etdiyi “İNTELLEKT -2008” layihəsində informasiya texnologiyalarının tətbiqi nominasiyasında “Bank işlərində informasiya texnologiyalarının idarə olunmasında Beynəlxalq standartların tətbiqi” üzrə mükafata layiq görülmüşdür.

İ.Əliyev 2009-cu ildən Azərbaycan Bank Tədris Mərkəzində İT audit və İT mövzularda təlim kursları aparır.





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Tədris xidməti üzrə Biznes tərəfdaşlarımız Məsləhət xidməti üzrə Biznes Tərəfdaşlarımız
Təlim ehtiyaclarının öyrənilməsi