Azərbaycan Bank Tədris Mərkəzi "Beynəlxalq Diplomlu Peşəkar Mühasib" (CIPA - Certified International Professional Accountant) beynəlxalq tədris proqramının CAP diplomu üzrə Maliyyə Uçotu-1, İdarəetmə Uçotu-1, Vergi və Hüquq mövzularda növbəti kurslarına qəbul elan edib. Kurslar 27 sentyabr 2010-cu il tarixindən etibarən ABTM-nin ofisində keçiriləcəkdir.
CAP/CIPA diplomu üzrə mövzuların qısa məzmunu və ətraflı tədris cədvəli ABTM-nin internet səhifəsində yerləşdirilib.
Elan olunmuş kurslarla maraqlananlar əlavə məlumat üçün ABTM-nin Maliyyə Meneceri cənab Rauf Hacıbəyova və ya ABTM-nin Baş Məsləhətçisi cənab Elxan Məmmədova 497 07 10 nömrəli telefona zəng etməklə və ya office@abtc.az elektron ünvana məktub göndərməklə, müraciət edə bilərlər.


