Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Haqqımızda
Kurslar haqqında məlumat almaq


Əks əlaqə Kitabxana

Missiya

ABTM-nin strateji hədəfi onu kommersiya bank işi əsas prioritet olmaqla, biznesin idarə edilməsi sahəsində Azərbaycanda yüksək keyfiyyətli və beynəlxalq sertifikasiya və akkreditasiyaya malik tədris və məsləhət xidmətləri göstərən, lider təşkilata çevirməkdən ibarətdir.

Bu strateji hədəfə çatmaq ABTM-nin üçün, orta və qısamüddətli strateji planları vardır. ABTM öz strategiyasına uyğun olaraq, aşağıdakı potensialları yaratmaqdadır:

  • Bank işi üzrə biznes xidmətləri - ixtisasartırma, sertifikatlaşmış və diplomlu kurslar, geniş çeşidli məsləhət xidmətləri
  • Biznes menecmenti üzrə biznes xidmətləri - ixtisasartırma, sertifikatlaşmış və diplomlu kurslar, geniş çeşidli məsləhət xidmətləri
  • Biznes liderlik məktəbi - biznes liderlər üçün diplomlu kurslar
  • İdarəetmə üzrə MBA - tanınmış xarici tədris müəssisələri ilə birgə idarəetmə üzrə xüsusi MBA proqramı
  • Dövlət orqanlarına idarəetmə sahəsində məsləhət xidmətləri

ABTM-nin məramnaməsi Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olanlara daimi əsasda qabaqcıl nou-haunu Azərbaycana gətirib, yerli şəraitə uyğunlaşdırmaqla ona əlavə dəyər verərək, yüksək keyfiyyətli tədris və professional məsləhət xidmətləri göstərməkdir.

Bəyan etdiyi məramnaməyə uyğun olaraq, yarandığı ilk gündən ABTM müxtəlif ölkələrin bank və biznes menecmenti üzrə tədris sahəsində təcrübəsini öyrənməklə, qabaqcıl nou-haunu ölkəyə gətirir, yerli şəraitə uyğunlaşdıraraq ona əlavə dəyər verir. Bu məqsədlə, davamlı olaraq, ABTM ABŞ, Qərbi Avropa və Yaponiyadan ekspertlər cəlb edir, yerli ekspertlərini bu ölkələrə təcrübə mübadiləsinə göndərir.






© 2009 ABTC
Bütün hüquqlar qorunur
Tariximiz Missiya Üzvlük Komanda Ekspertlərimiz İllik hesabat Beynəlxalq layihələr Tədris xidməti üzrə Biznes tərəfdaşlarımız Məsləhət xidməti üzrə Biznes Tərəfdaşlarımız Vakansiyalar Bizimlə əlaqə
Metodologiya Kursların cədvəli Mövzular
Metodologiya Xidmətlər