Əsas səhifə Bizimlə əlaqə
AZ EN

e-ABTC
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas


e-ABTC
 

e-ABTC (e-təlimçi)

e-təlimçi ticarət adı altında e-ABTC multiplatformalı onlayn təlim sistemi (LMS) müasir məsafəli öyrənmə və internet texnologiyaların birləşdiyi bir məkanda yaradılıb, həm fərdi, həm də korporativ təlim sifarişçiləri üçün yeni üfüqlər açır.

e-ABTC sisteminin üstünlükləri:

Heç yerə getmədən, internet şəbəkəsinə çıxışı olan istənilən məkandan təlim kursunu sifariş etmək və dəyərini ödəmək imkanı.

Həftənin 7 günü sutkada 24 saat rejimində istənilən vaxt təlimi başlamaq, fasilə vermək, təkrarlamaq və qurtarmaq imkanı.

ABTC ekspertləri tərəfindən hazırlanmış və təlim bazarında müvəffəqiyyət qazanmış sinif təliminin dəyərinin cəmi 25%-ini ödəyərək bu təlimin onlayn versiyasını əldə etmək imkanı.

Müxtəlif platformalı cihazlarda istifadə imkanı (kompüter, iPad, Android).

Təlimlər audio-vizual təqdimatlardan, testlərdən və digər interaktiv təlim materiallarından ibarətdir.

Testi müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə elektron formatda e-ABTC-nin sertifikatı verilir.

Təlim materialların təqdimatı ilə tanış olmaq üçün bu nümuməvi təlimə baxa bilərsiniz.

e-ABTC onlayn təlim sistemində onlayn təlim kursunu fərdi qaydada sifariş etmək üçün aşağıdakı ardıcıl addımları atmaq lazımdır:

Aşağıdakı [e-təlimçinin kursları] düyməsini basıb onlayn təlim kurslarının siyahısını açın.

Siyahıdan seçdiyiniz kursun adını basıb açılmış səhifədə kursun qısa məzmunu ilə tanış olun.

Kursu sifariş etmək istədiyiniz halda həmin səhifədə [Kursa yazılmaq] düyməsini basın.

Açılan səhifədə şəxsi məlumatınızı daxil edin (Ad və Soyad, Əlaqə telefonu [Telefon] və Elektron poçt ünvanı [E-mail] sətirləri məcburidir).

Plastik kartla online ödənişi həyata keçirmək istəyirsinizsə, Ödəniş metodu qarşısında Online seçin, Göndər düyməsini basın və açılan pəncərədə Online ödə / Pay online now düyməsini basıb prosessinq mərkəzinin səhifəsində kartınızdan ödənişi edin.

Ödənişi kassamıza nağd yolu ilə həyata keçirmək istəyirsinizsə, Ödəniş metodu qarşısında Offline seçin, Göndər düyməsini basın və ödəniş üçün ofisimizə gəlin.

Ödəniş həyata keçirilən andan 24 saat ərzində e-ABTC sisteminin administratoru adınıza dinləyici profilini yaradaraq login və parolunuzu elektron poçt ünvanınıza göndərir.

Login və parolunuzu alan andan təyin olunmuş təlim kursu aktivləşdirilir və istifadə oluna bilər.

 





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi