Əsas səhifə Bizimlə əlaqə
AZ EN

Sual-Cavab
ABTM haqqında təqdimat
Vakansiyalar İş axtaranlar
Əks əlaqə

Kurslar haqqında məlumat almaq
 
Training
Thomas
CIA

e-ABTC
 

Sual-Cavab

Suallar

 

Təlim və məsləhət xidmətləri ilə bağlı suallar

1.

Mən bankda işləmək istəyirəm. Bunun üçün Sizdə hansı kursu keçmək lazımdır?

2.

“Ümumi Bank İşi”,   “Kredit Mütəxəssisi”, “Bankın Müştəri Xidməti Mütəxəssisi”, “Bank Risklərinin Əsasları” sertifikasiya kurslarını bitirən şəxslər işlə təmin olunurmu?

3.

Sizdə beynəlxalq bazarda tanınan diplom və sertifikatlar üzrə kurslar vardırmı?

4.

Mühasibat uçotu üzrə kurslarınız vardırmı?

5.

Siz karyera planlaşmasına köməklik göstərirsinizmi?

6.

İxtisasımı artırmaq üçün hansı kursları təklif edə bilərsiniz?

7.

Sizin kurslar barədə daimi məlumat almaq olarmı?

8.

İş fəaliyyətimiz zamanı qarşılaşdığımız problemləri aradan qaldırmaq üçün fərdi şəxs olaraq ABTM-dən məsləhət xidməti ala bilərik?

 

Sertifikatlaşma ilə bağlı suallar

9.

Sizin sertifikatlar rəsmi olaraq tanınırmı?

10.

Ödənişi edib və təlim materiallarını əldə etdikdən sonra kursa gəlmədən sertifikat almaq mümkündürmü?

11.

Əgər mən Sizdən aldığım sertifikatı itirmişəmsə yenisini ala bilərəm?

12.

Sizdə biliklərini yoxlamaq üçün fərdi imtahan verdikdən sonra hər hansı bir sənəd verilirmi?

 

İmtahanlar ilə bağlı suallar

13.

Mən iş üçün hər hansı bir yerə müraciət etməzdən əvvəl biliklərimi yoxlaya bilərəm?

14.

ACCA imtahanına hazırlıq kursunun dinləyicilərinə ACCA imtahanlarında güzəşt tətbiq edilir?

 

Təlimçi-ekspertlər ilə bağlı suallar

15.

Sizin təlimçi-ekspertlər kimlərdir və onları hansı meyarlara əsasən seçirsiniz?

16.

Sizin təlimçi-ekspert olmaq üçün nə etmək lazımdır?

 

Ödənişlə bağlı suallar

17.

Xidmət haqqını plastik kart vasitəsilə ödəmək olarmı?

Cavablar

top

Sual:

Mən bankda işləmək istəyirəm. Bunun üçün Sizdə hansı kursu keçmək lazımdır?

Cavab:

Bunun üçün ABTC-nin  Ümumi Bank İşi,   Kredit Mütəxəssisi, Bankın Müştəri Xidməti Mütəxəssisi, Bank Risklərinin Əsasları sertifikasiya proqramlarından birində iştirak etməniz tövsiyə olunur. Karyer planınıza uyğun təlim proqramı seçməkdə məsləhət üçün bizə müraciət edə bilərsiniz. Tel: (012) 497 07 10(012) 497 07 10, (050) 225 38 88.

 top

Sual:

“Ümumi Bank İşi”,   “Kredit Mütəxəssisi”, “Bankın Müştəri Xidməti Mütəxəssisi”, “Bank Risklərinin Əsasları” sertifikasiya kurslarını bitirən şəxslər işlə təmin olunurmu?

Cavab:

İşəgötürən adından təhsil-təlim təşkilatının işə təminat barədə zəmanət verə bilməz. Bununla belə, 2003-cü ildən bizim sertifikasiya proqramlarının məzunları barədə apardığımız statistikaya əsasən proqramları bildiririk ki, proqramları müvəffəqiyyətlə bitirmiş məzunların 90%-dən çoxu bank və digər kredit təşkilatlarında işə qəbul olunmuş və hazırda yüksək vəzifələrdə çalışırlar.

 top

Sual:

Sizdə beynəlxalq bazarda tanınan diplom və sertifikatlar üzrə kurslar vardırmı?

Cavab:

ABTC vasitəsi ilə Siz beynəlxalq aləmdə tanınan ACCA, CIMA, CFA, DipIFR, Bank risklərinin əsasları kimi diplom və sertifikatları əldə etmək üçün imtahana hazırlıq kurslarından keçə, ABTC-nin həmin beynəlxalq sertifikasiyalı ekspertlərindən məsləhətlər ala bilərsiniz.

top

Sual:

Mühasibat uçotu üzrə kurslarınız vardırmı?

Cavab:

Bəli.  ABTC mühasibat uçotunu öyrənmək istəyənlər və gələcək karyerasını uçot və audit sahəsində qurmaq istəyənlərə unikal “Maliyyə uçotu” sertifikasiya proqramı təqdim edir. Bu proqram praktik uçotu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və 1C proqramında uçotun aparılmasının praktiki aspektlərini əhatə edir. Bugün uçot sahəsində işləyənlər isə ACCA, CIMA, CFA, DipIFR kimi beynəlxalq sertifkasiyalara hazırlıq və ya ABTC-nin Maliyyə Menecmenti mövzu qrupunda olan kurslarda iştirak edə bilərlər.

top

Sual:

Siz karyera planlaşmasına köməklik göstərirsinizmi?

Cavab:

Bəli. ABTC Thomas İnternational qiymətləndirmə sisteminin Azərbaycanda eksklüziv tərəfdaşıdır və bu sistemin koməyi ilə Siz xarakterinizə uyğun karyera planınızı qura, zəif tərəflərinizin inkişafı yolları üzrə dəyərli məsləhət ala bilərsiniz.

top

Sual:

İxtisasımı artırmaq üçün hansı kursları təklif edə bilərsiniz?

Cavab:

ABTC 175-dən artıq kurs təklif edir. Siz peşənizə uyğun bizim sayt vasitəsi ilə Standart Kursları və ya Sertifikasiya Proqramları bölməsindəki mövzuları seçə və qeydiyyat keçə bilərsiniz. Bu işdə Sizə kömək üçün ABTC-nin əməkdaşlarına da müraciət edə bilərsiniz. Tel: (012) 497 07 10, (050) 225 38 88(050) 225 38 88

 

top

Sual:

Sizin kurslar barədə daimi məlumat almaq olarmı?

Cavab:

Əlbəttə olar. Bunun üçün sadəcə saytın baş səhifəsinin sol sütununda Kurslar haqqında məlumat almaq“ bölümündə email ünvanınızı yazmaq kifayət edər. Bizi həm də facebook səhifəmizdən izləyə bilərsiniz.

top

Sual:

İş fəaliyyətimiz zamanı qarşılaşdığımız problemləri aradan qaldırmaq üçün fərdi şəxs olaraq ABTM-dən məsləhət xidməti ala bilərik?

Cavab:

Əlbəttə, ABTM həm hüquqi şəxslərə, həm də fərdlərə məsləhət xidmətləri təqdim edir. Təqdim etdiyim məsləhət xidmətləri mövzularını buradan seçib, bizə müraciət etməniz xahiş olunur.

top

Sual:

Sizin sertifikatlar rəsmi olaraq tanınırmı?

Cavab:

ABTC-nin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları”,Bank Filialının Meneceri”, “Bank Filialının Baş Mühasibi” və “Bankın Daxili Auditoru” sertifikasiyaları Azərbaycan Mərkəzi Bankı, “İpoteka Krediti Mütəxəssisi” sertifikatı isə İpoteka Fondu tərəfindən  rəsmi tanınır. Digər bütün sertifikatlarımız isə bank sektoru tərəfindən  tanınır və bunu 20.000-dən çox olan dinləyici iştirakı bir daha təsdiq edir.

top

Sual:

Ödənişi edib və təlim materiallarını əldə etdikdən sonra kursa gəlmədən sertifikat almaq mümkündürmü?

Cavab:

Təəssüf ki, mümkün deyildir. Kursa davamiyyət mütləqdir və sertifikat almaq üçün  kurs müddətinin 75%-də iştirak tələb olunur. Budan az iştirak edənlərə onların müraciətlərinə əsasən arayış verilir.

top

Sual:

Əgər mən Sizdən aldığım sertifikatı itirmişəmsə yenisini ala bilərəm?

Cavab:

Bəli. Bunun üçün elektron və ya fiziki formada bizə müraciət edirsiniz və Sizə sertifikatın surəti təqdim edilir.

top

Sual:

Sizdə biliklərini yoxlamaq üçün fərdi imtahan verdikdən sonra hər hansı bir sənəd verilirmi?

Cavab:

Bəli, sizə imtahan nəticələrinizi əks etdirən hesabat və imtahanda iştirak barədə arayış verilir.

top

Sual:

Mən iş üçün hər hansı bir yerə müraciət etməzdən əvvəl biliklərimi yoxlaya bilərəm?

Cavab:

Bəli.  ABTCtest© sistemi vasitəsi ilə Siz real vaxt rejimində (online) həm məntiq (İQ), həm də iddia etdiyiniz (və ya tutduğunuz) vəzifə üzrə peşə biliklərinizi yoxlaya bilərsiniz.

top

Sual:

ACCA imtahanına hazırlıq kursunun dinləyicilərinə ACCA imtahanlarında güzəşt tətbiq edilir?

Cavab:

Bəli, həm ACCA imtahanına hazırlıq, həm də Maliyyə Uçotu kursunun dinləyicillərinə imtahan qiymətinə güzəşt tətbiq edilir.

top

Sual:

Sizin təlimçi-ekspertlər kimlərdir və onları hansı meyarlara əsasən seçirsiniz?

Cavab:

ABTC-nin təlim siyasətinə əssən bütün təlimçi-ekspertlər öz sahələrinin praktiklərdir. ABTC ən böyük təlimçi-ekspert komandası olan və onların kimliyin açıqlayan yeganə təlim təşkilatdır. Hər bir mövzu üzrə təlimçi-ekspertlərlə saytımızın “Ekspertlər bölməsində tanış ola bilərsiniz.

top

Sual:

Sizin təlimçi-ekspert olmaq üçün nə etmək lazımdır?

Cavab:

Bunun üçün saytımızın Vakansiya bölməsindəki CV formasını doldurub, bizə müraciət etməniz lazımdır. Bizim məsul əməkdaşımız Sizinlə əlaqə saxlayacaqdır.

top

Sual:

Xidmət haqqını plastik kart vasitəsilə ödəmək olarmı?

Cavab:

Əlbəttə olar. Təlim və ya imtahana (testə) onlayn qeydiyyatdan keçərkən "Ödəniş metodu / Payment method:" hissəsində "Online" variantını seçməklə, internet üzərindən ödəniş edə bilərsiniz.





© 2009 ABTC
Bütün hüquqlar qorunur
Müraciət Tariximiz Missiya ABTM haqqında Üzvlük Komanda Ekspertlərimiz Vakansiyalar Broşur Əlaqə
Yanaşmamız Standart kurslar Sertifikasiya proqramları
Yanaşmamız Xidmətlər
"Thomas" Sistemi haqqında "Thomas" məhsulları "Thomas" korporativlər üçün "Thomas" fərdlər üçün
ACCA: 2 in 1 ACCA imtahanlarına hazırlıq ACCA online imtahan ACCA Exam Registration
ABTCtest© haqqında ABTCtest©IQ ABTCtest©IQ - Fərdi Sifariş ABTCtest©PRO Sınaq testi
e-ABTC (e-təlimçi) Biznes etika və korporativ davranış Biznes ünsiyyət və danışıqaparma Satış texnologiyaları Müştəri etirazları və şikayətləri ilə iş Müştərilərin qorunub saxlanılması Hesabların açılması, aparılması və bağlanması Nağd əməliyyatlar Nağdsız əməliyyatlar Valyuta rejimi Plastik kartlarla əməliyyatlar
Təlim ehtiyaclarının öyrənilməsi