ABTM tədris və məsləhət xidmətləri ilə məşğul bir təşkilat kimi Azərbaycan, İngilis, Rus və Alman dillərində çoxceşidli kitabları olan kitabxanaya malikdir və onu daima zənginləşdirir.
Kitabların mündəricatları ilə tanış olmaq üçün azərbaycan/rus və ingilis/alman dillərində olan kitabların mündəricatlarını yükləyə bilərsiniz.
Kitabların siyahısı və mündəricatları bu internet səhifəsində yerləşdirilmişdir.
Kitabxanadan əsasən ekspertlər və dinləyicilər, habelə ABTM-nin biznes tərəfdaşlarının əməkdaşları istifadə edə bilərlər.
Bir istifadəçi tərəfindən eyni vaxtda istifadə olunan kitabların maksimal sayı 3, istifadə müddəti isə 30 gündür.
Kitab istifadəçinin şəxsiyyət vərəqəsi ABTM-də saxlanılmaq şərti ilə verilir. Arzu edənlər Mərkəzin binasında da kitablardan istifadə edə bilər. Bir kitabdan bir gün üçün istifadə 50 qəpikdir. Kitabdan Mərkəzdə istifadə pulsuzdur. Mərkəzin avadanlığından istifadə etməklə Siz kitabın Sizə lazım olan hissəsinin fotosurətin də çıxarda bilərsiniz. Bir vərəq foto surətin qiyməti 20 qəpikdir.


