abtc.az

Strateji (biznes) planlaşma konsaltinqi

ABTC Ekspert qrupu Təlimçi : ABTC Ekspert qrupu

26 komponent üzrə məsləhət xidmətləri


Görülən işlər:

1. Ehtiyac olduqda Strateji Plan Qrupu və ya Komitəsinin yaradılması barədə təklif və reqlamentin hazırlanması.

2. Qrupun/Komitənin üzvlərinə planlaşma üzrə seminar keçirilməsi.

3. İşçilər arasında keçiriləcək anonim sorğunun hazırlanması, sorğunun Sifarişçi tərəfindən keçirilməsi və nəticələrin İcraçı tərəfindən emalı.

4. Müştərilər arasında keçiriləcək anonim sorğunun hazırlanması, sorğunun Sifarişçi tərəfindən keçirilməsi və nəticələrin İcraçı tərəfindən emalı.

5. Sorğuların keçirilməsi üzrə daxili qaydaların layihəsinin hazırlanması və Sifarişçi ilə razılaşdırılması.

6. Sorğunun keçirilməsi üzrə seminar keçirilməsi.

7. Qrupun/Komitənin üzvlərinin özləri tərəfindən aparılacaq daxili vəziyyətin təhlili üçün suallar toplusunun hazırlanması və təqdimatı.

8. Sifarişçinin rəhbər işçiləri ilə müsahibələrin keçirilməsi və nəticələrin emalı.

9. Sifarişçinin daxili proseslərinin, siyasət və prosedurlarının təhlili

10. Sifarişçinin satış prosesinin, satış işçilərinin satış vərdişlərinin monitorinqi (virtual alıcı vasitəsi ilə).

11. Sifarişçinin fəaliyyət göstərdiyi hüquqi və biznes mühitinin, bazar və rəqabət şəraitinin təhlili.

12. Strateji baxışın müəyyən olunması (varsa, ona yenidən baxılması).

13. Missiyanın müəyyən olunması (varsa, ona yenidən baxılması).

14. Strateji baxış və missiya nəzərə alınmaqla, SWOT təhlil aparılması.

15. Strateji baxış, missiya və SWOT təhlil nəzərə alınmaqla, uzun, orta və cari strateji dövr üzrə əsas strateji hədəflərin müəyyən olunması.

16. Strateji dövr üçün (3-5 il) strateji hədəflərin müəyyən olunması (varsa, ona yenidən baxılması).

17. Strateji dövr üzrə (3-5 il) strateji hədəflərin həyata keçirilməsi üçün layihələrin və layihə rəhbərlərinin müəyyən olunması.

18. Strateji dövr üzrə (3-5 il) maliyyə proqnozlarının müəyyən olunması.

19. Strateji dövr üzrə (3-5 il) səmərəlilik göstəricilərinin proqnozlarının müəyyən olunması.

20. Sifarişçinin təşkilati strukturuna yenidən baxılması.

21. Strateji dövrün birinci ili üçün nəzərdə tutulmuş layihələrin əməliyyat planlarının hazırlanması.

22. Strateji dövrün birinci ili üzrə bütövlükdə təşkilat, o cümlədən struktur bölmələrinin büdcələrinin hazırlanması.

23. Strateji dövrün birinci ili üzrə struktur vahidlərinin və işçilərin hədəflərinin müəyyən olunması üzrə rəhbər işçilərə seminar keçirilməsi və metodoloji köməklik göstərilməsi.

24. Strateji planın layihəsinin hazırlanması.

25. Planlaşma sisteminin bütün mərhələlərini, o cümlədən planların təsdiqi, icrası, hesabatlılıq və nəzarəti özündə əks etdirən qaydaların layihəsinin hazırlanması.

26. Planlaşma sisteminin tətbiqi ilə əlaqədar müşayiət olunan məsləhət xidmətlərinin təqdim olunması.

Əldə edilən nəticələr:

♦ Sifarişçidə daimi fəaliyyət göstərən Strateji Plan Qrupu/Komitəsi yaradılmışdır və fəaliyyət göstərir.

♦ Sifarişçinin uzun, orta və qısa müddətlər üçün strateji hədəfləri vardır.

♦ Sifarişçinin strateji baxışı və missiya hesabatı aydın formalaşmışdır.

♦ Sifarişçinin strateji planı vardır.

♦ Bütövlükdə təşkilat, o cümlədən struktur bölmələri və işçilərin hədəfləri müəyyənləşmişdir.

♦ Strateji hədəflərin yerinə yetirilməsi üçün əməliyyat planları vardır.

♦ Sifarişçinin 3-5 illik balans, mənfəət və zərərlər, habelə səmərəlilik proqnozları vardır.

♦ Sifarişçinin bütövlükdə, o cümlədən hər bir bölməsinin büdcəsi vardır.

♦ Sifarişçidə planlaşma üzrə daxili qaydalar vardır və o tətbiq olunur.

♦ Sifarişçinin Menecmenti planlaşma sistemləri üzrə lazımi bilik və vərdişlər əldə etmişdir.

♦ Sifarişçidə planlaşma sistemi yaradılmışdır.

Top