Qısa məlumat:

Aidə İbrahimova 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr, 2002-ci ildə həmin Universitetin magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir .

Aidə İbrahimova 2001-ci ildən 2002-ci ilə kimi, universitet təhsili olan qadınlar təşkilatında Baş mühasib, 2002-ci ildən 2003-cü ilə kimi “Beton” şirkətində iqtisadçı, 2003-cü ildən 2006-cı ilə kimi, “Bakı Banklararası Valyuta Birjasında” (BBVB) Katibliyin rəhbəri, 2006-cı ilin yanvar ayından avqust ayına kimi “Atabank” ASC-də İnsan Resursları Departamentinin Direktoru vəzifələrində işləmişdir. 2006-cı ildən başlayaraq Aidə İbrahimova Azərbaycan Mərkəzi Bankında İnsan Resursları Departamentində Layihə meneceri və 2008-ci ildən isə fəaliyyətin qiymətləndirilməsi və motivasiya şöbəsinin müdiri vəzifəsində çalışır.

Aidə İbrahimova 2007-ci ildən Azərbaycan Bank Tədris Mərkəzində insan resurslarının idarə edilməsi mövzuları üzrə təlim kursları aparır.

Top