sertifikasiya proqramı
Rauf Ağayev, Etibar İsrafilov, Nəriman İmranov, Orxan İsmayılov, Samir Balayev, İlkin Qarayev, Anar Hüseynov
40 saatüzbəüz təlim (2.5 ay, həftənin cüt günləri, axşam saat 19:00-dan 21:00-dək)
Kredit mütəxəssisləri, kredit təşkilatlarında kredit sahəsində işləmək istəyən şəxslər
Azərbaycan
Proqram qarışıq təlim formasında təqdim olunur. Proqramda keçirilən mövzulıar üzrə materiallar ən azı 3 gün əvvəl tanış olmaq və sualları hazırlamaq üçün dinləyicilərə göndərilir. Üzbəüz təlim zamanı və təlim zamanı materiallar üzrə dinləyicilərin suallarına cavab və izahatlar verilir, praktiki məşğələlər edilir.
Proqramın təlimi dövründə 2 test keçirilir. Testlər verilmiş materiallar və təlimçinin verdiyi məlumatlar və izahatlar üzərindən hazırlanır.
Hər bir test üçün maksimum bal 50-dir.
İki testin yekununa görə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Proqramı müvəfəqiyyətlə başa vurmuşdur", ondan aşağı toplayan dinləyicilərə isə “Proqramda iştiak etmişdir” sertifikatı verilir.
Dərslərdə 50%-dən aşağı iştirak etmiş dinləyiciyə heç bir sertifikat verilmir, yalnız müraciət olunduğu halda arayış verilir.
Təlim başlayan vaxtadək bütün məbləği ödəyən dinləyiciyə 10% güzəşt verilir.
Fərdi müştəri təlim başlayan anadək təlim haqqının ən azı 30%-ni ödəməlidir.
Təlim haqqının qalan hissəsi bərabər proposiya ilə təlim başlayandan sonra ən gec 2 ay ərzində ödənilir.
Modul 1. Azərbaycanda kredit sistemi
Modul 2. Kredit işinin təşkili
Modul 3. Borcalanın maliyyə təsərrüfat fəaliyyətinin təhlili
Modul 4. Borcalanın kredit sifarişinin və kredit risklərinin qiymətləndirilməsi
Modul 5. Kreditin verilməsi və idarə edilməsi
Modul 6.Kreditləşmə üzrə Palatanın qaydaları
Modul 7. Kredit məhsullarının marketinqi və satışı