
Lizinq əməliyyatlarının idarə edilməsi
Təlimçi : ABTC Ekspert qrupu
Təlimin başlama tarixi: 00-00-0000
Qiymət: 300 AZN
Müddəti:
12 saat (Həftə içi 3 gün, 4 saatlıq təlim sessiyaları ilə)
Kimlər üçün nəzərdə tutulub:
Lizinq əməliyyatları ilə məşğul olan bankların mütəxəssisləri, Lizinq təşkilatlarının bütün kateqoriyalı işçiləri
Dil:
Azərbaycan
Proqramın qısa məzmunu
Təqdimat və ilkin test
Modul 1
- Azərbaycanda lizinqin tarixi
- Lizinqi kreditdən fərqləndirən cəhətlər
- Lizinqin hüquqi tənzimlənməsi və əsas normativ-hüquqi aktlar
- Lizinqin subyektləri və lizinq obyekti
Modul 2
- Potensial lizinq alanın qiymətləndirilməsinin “6C” prinsipi
- Potensial lizinq alanın hüquqi, şəxsi və maliyyə layiqliyinin qiymətləndirilməsi
- Maliyyə əmsalları və nağd pulun hərəkəti cədvəli (Cash-flow)
- Risk reytinq sistemi
- Lizinq ödənişlərin müəyyən edilməsi
Modul 3
- Lizinq münasibətlərinin rəsmiləşdirilməsi
- Lizinq müqaviləsinin əsas şərtləri
- Lizinqdə risklərin sığortalanması
- Lizinq əməliyyatlarında monitorinq
- Lizinq müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı problemin qabaqcadan müəyyən olunması və onun aradan qaldırılması tədbirləri
- Lizinq müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulları
- Müqaviləyə xitam verilməsinin nəticələri
Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:
- lizinqi kreditdən fərqləndirən xüsusiyyətlərini,
- lizinqin tənzimlənməsi qaydaları və normativ-hüquqi aktlarını,
- lizinq subyektləri və obyektini müəyyən etməyi,
- potensial lizinq alanın hüquqi, şəxsi və maliyyə layiqliyinin qiymətləndirilməsində “6C” prinsipin istifadəsini,
- pul hərəkəti və risk reytinq sistemi vasitəsilə lizinq ödənişlərinin müəyyən edilməsini
- lizinq müqaviləsinin şərtlərini və rəsmiləşdirmə qaydalarını,
- lizinqdə risklərin sığortalanması alətlərini və onların monitorinqini,
- lizinqdə problemlərin qabaqcadan müəyyən edilməsi və öhdəliklərin icrasını təmin edilməsi üsullarını.