
İT audit
Təlimçi : ABTC Ekspert qrupu
Təlimin başlama tarixi: 00-00-0000
Qiymət: 300 AZN
Müddəti:
12 saat (Şənbə günləri, 6 saatlıq təlim sessiyaları ilə)
Kimlər üçün nəzərdə tutulub
Daxili audit, İT-nin rəhbər işçiləri və mütəxəssisləri, Xarici audit
Dil
Azərbaycan
Proqramın qısa məzmunu
Təqdimat və ilkin test
Modul 1
- İnformasiya Texnologiyaları auditinin məqsədi və əsas prinsipləri
- İS auditi üzrə beynəlxalq təcrübə və yanaşmalar
- Audit və informasiya sistemləri (İS) üzrə standartlar
- Bankların informasiya sistemləri üzrə əsas riskləri və problemləri
- İS üzrə beynəlxalq standartlarının yaranma zərurəti və istifadəsi
- Audit metodologiyası və İS auditinin həyata keçirilməsi mərhələləri
- Audit müşahidələrinin əldə olunması qaydaları
- Audit zamanı kompüter vasitələrindən istifadə
- Auditorun karyera planın qurulması
- İnformasiya sistemlərində risklərini qiymətləndirilməsi və idarə olunması
- İS-in risk indikatorları və risklərinin klassifikasiyası
Modul 2
- İS strategiyasının auditi
- Şirkətlərdə server otaqlarının və əməliyyatların davamlılığının auditi
- “Router”, “Swich” və “Firewall” sahələrinin auditi
- Windows əməliyyat sistemlərinin auditi
- Məlumat bazalarının və disk massivlərinin saxlanılmasının auditi
- İnformasiya təhlükəsizliyinin auditi
- Müəssisə resurslarının planlaşdırılması (ERP) sistemlərinin təhlükəsizliyinin auditi
- Layihələrin idarə olunmasının auditi
Modul 3
- Daxili nəzarət sisteminin (DNS) monitorinqi və qiymətləndirilməsi
- DNS üçün preventiv, detektiv və korrektiv tövsiyələr və tədbirlər
- Praktiki tapşırıqla İS risklərin aşkara çıxarılması və proaktiv tövsiyələrin verilməsi
- Praktiki məşğələ – İnternetlə məlumat mübadiləsinin auditi və ya informasiya təhlükəsizliyinin auditi
- İS audit hesabatlarının hazırlanması (mərhələləri, müzakirə predmetləri və rəhbərliyə təqdimat formaları)
- Auditdən sonrakı nəzarət prosedurunun təşkili
- İS audit mövzusunda sınaq testləri (30 sual)
Yekun test
Kursun sonunda iştirakçılar aşağıdakıları biləcəklər:
- İS auditin aparılması yolları, metod və vasitələri,
- beynəlxalq miqyasda istifadə olunan qabaqcıl təcrübələr,
- İS auditi planlarının hazırlanması,
- İS risklərinin qiymətləndirilməsi və idarə edilməsi metodu,
- biznesin səmərəli və effektiv fəaliyyətini dəstəkləyən audit tövsiyələri,
- İS-də yüksək riskli sahələrin audit plan və yanaşmaları,
- İT üzrə karyera planlaşdırılması üzrə biliklərin əldə olunması.