abtc.az

Böhran zamanı insan resurslarının idarə edilməsi

ABTC Ekspert qrupu Təlimçi : ABTC Ekspert qrupu

Təlimin başlama tarixi: 00-00-0000

Qiymət: 150 AZN


Müddəti:

6 saat (Şənbə günü, 6 saatlıq təlim sessiyaları ilə)

Kimlər üçün nəzərdə tutulub

İnsan resurslarının idarə edilməsi ilə məşğul olan menecerlər və işçilər, bütün səviyyədən olan rəhbər işçilər

Dil

Azərbaycan 

Proqramın qısa məzmunu

Təqdimat və ilkin test
Modul 1.  Böhran nədir:

  • Böhranın ümumi tərifi
  • Şirkətlər üçün böhranın tərifi
  • Bank sektoru üçün böhranın tərifi

Modul 2.  Böhran ümumilikdə şirkətlər və özəl olaraq bank sektoru üçün necə bir təsir yaradır?

  • Təşkilata olan təsiri
  • İşçilər üzərindəki təsiri
  • Menecerlərə olan təsir

Modul 3.  Böhrandan əvvəl hansı işlər görülməlidir?

  • Sektordakı və sektora təsir edən amillərdəki dəyişiklikləri izləmək
  • Mümkün böhran ssenariləri hazırlamaq
  • Təşkilata və işçilərə yönəlik tədbirlə bağlı işlər (Xərcləri azaltmağa və gəlirləri artırmağa doğru)
  • İnsan resursları ilə bağlı erkən xəbərdarlıq sistemlərinin yaradılması
  • Güvən əsaslı effektiv ünsiyyət mühiti yaratmaq

Modul 4.  Böhran anı

  • Şirkət olaraq nələri etmək lazımdır
  • Xərcləri azaldacaq və gəliri artıracaq tədbirlər görmək
  • İştən çıxarma əvəzinə təşkilatdaxili yerdəyişmə
  • Məhsuldarlığı artırmağa yönəlik yenidənqurma (proseslər)
  • Vaxtdan düzgün istifadə etmək / vaxtın idarə olunması (səmərəyə nail olmaq üçün)
  • Ünsiyyət / Emosiyaların idarə olunması - Güvən mühiti təmin etmək
  • İşçilərin inandığı bir baxışın mövcudluğu
  • Bütün çalışanlarınla paylaşılan ortaq bir dəyər sistemi
  • Təşkilat üçün innovasiya və yaradıcılığı dəstəkləyən idarəetmə şəraiti
  • İşçilərlə bağlı görüləcək tədbirlər
  • İşçilərlə şirkətin maliyyə vəziyyəti ilə əlaqədar açıq bir münasibətdə olmaq
  • Çalışanlara bir "challenge" vermək, bacarma duyğusu hiss etmələrini təmin etmək
  • İşçilərin gördükləri işin təsirinin nə olduğunu anlamalarını, hədəf müəyyənetmə və qərarvermə proseslərinə cəlb olunmalarını təmin etmək (Böyük tablo)
  • İşçilərin özlərini uğurlu və uyğun hissetmələrini təmin etmək, onları inkişaf etdirmək
  • İşçilərin motivasiyasını yüksək tutmaq, onlarla insan olaraq maraqlanmaq

Modul 5.  Böhran sonrası

  • "Geridə qalanlar" sindromunun yaranmamasını təmin etmək
  • Böhran səbəblərini ortaya çıxararaq gələcəkdə yaşanacaq bənzər bir vəziyyətin böhrana çevrilməsinin qarşısını almaq, prosesləri təkmilləşdirmək, yeni böhran planları hazırlamaq
  • Böhranın işçilər üzərində yaratdığı təsirləri təsbit etmək və aradan qaldırılmasını təmin etmək
Kursun sonunda dinləyicilər biləcəklər:
  • Böhranın nə olduğunu
  • Böhranın şirkətlərə və insanlara necə təsir etdiyini
  • Böhran dövrlərində təşkilatlar üçün ümumi və bank sektoru üçün özəl olaraq atılmalı olan addımlar
  • "Geridə qalanlar sindromu" 
Top