Sertifikasiya Proqramı
Proqrmın təlimi dövründə 2 test keçirilir. Testlər verilmiş materiallar və təlimçinin verdiyi məlumatlar və izahatlar üzərindən hazırlanır. Təlim mövzuları üzrə keçirilən 2 testin ümumi nəticələri üzrə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Müvəffəqiyyət”, bundan aşağı nəticə göstərənlərə isə “İştirak” sertifikatı təqdim olunur. Dərslərdə 50%-dən aşağı iştirak etmiş dinləyiciyə heç bir sertifikat verilmir, yalnız müraciət olunduğu halda arayış verilir.
60 saat
Mühasibat işini peşəkar səviyyədə öyrənmək istəyən bütün şəxslər və bu sahədə biliklərini möhkəmləndirmək istəyən mütəxəssislər
Azərbaycan
Modul 1. Mühasibat işinin əsasları
Mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanunu və tətbiq edilən standartlar
1 N MHBS - əsas elemetlər və anlayışlar, onların tanınması və qiymətləndirilməsi
Maliyyə vəziyyəti və balans tənliyi
İstifadəçilər və onların məlumatlara tələbatları
Banklarda mühasibat işinin təşkili
Maliyyə vəziyyəti, maliyyə nəticələri və maliyyə vəziyyətində dəyişikliklər
Maliyyə hesabatlarının növləri
Maliyyə hesabatlarına qeydlər və əlavələr
Əsas fərziyyələr
Maliyyə hesabatlarının keyfiyyət xarakteristikaları
Modul 2. Mühasibat uçotu
Mühasibat uçotunun proqram təminatı (1C 8.2 mühasibatlıq proqramı)
Hesablama metodu ilə uçot
Torpaq, tikili və avadanlığın uçotu
Qeyri maddi aktivlərin uçotu
Cəlb edilmiş vəsaitlər üzrə uçot
İşçi heyətlə hesablaşmaların uçotu
Nağd vəsaitin uçot qaydaları
Verilmiş kreditlərin uçot qaydaları
Verilmiş kreditlər üzrə yaradılmş ehtiyatların qiymətləndirmə mexanizmləri (yerli qaydalar və MHBS 9)
Maliyyə uçotunun dövrü, işçi cədvəllər və nizamlayıcı qeydlərin aparılması
Maliyyə hesabatlarında səhvlərin düzəldilməsi
Maliyyə hesabatlarından sonra baş vermiş hadisələrin uçotu
Banklarda açıq valyuta mövqeyinin qiymətləndirilməsi
Hazırlanmış maliyyə hesabatlarının analitik təhlili (likvidlik təhlili, gəlirlilik təhlili və s.)
Aktivlərin ədalətli dəyər ilə qiymətləndirilməsi (MHBS N 13)
Modul 3. Vergi uçotu
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Vergilərin növləri, vergi dövrü, vergilərin hesablanma qaydaları və vergi hesabatlarının verilmə müddətləri, Vergi orqanları ilə hesablaşmalar
Sosial sığorta haqqlarının hesablanması və ödənilməsi, DSMF ilə hesablaşmalar
Büdcə və büdcədənkənar fondlarla hesablaşmaların mühasibat uçotunda əks etdirilməsi
Vergi hesabatlarının BTP proqram təminatı ilə ofline rejimdə və internet üzərindən birbaşa online rejimdə tərtib olunması və göndərilməsi
Vergi Hesab Fakturaların EFP proqram təminatı ilə ofline rejimdə və internet üzərindən birbaşa online rejimdə tərtib edilməsi və göndərilməsi
DSMF hesabatlarının (B1 və B3 hesabatlarının) internet üzərindən birbaşa online rejimdə tərtib edilməsi və göndərilməsi
Modul 4. Maliyyə hesabatları
Maliyyə hesabatlarının hazırlanması
1C 8.2 mühasibatlıq proqramında keçdiyi mövzular üzrə simulyasiya