Biznes Analitikləri və Məsləhətçiləri üçün
20 saat
Tədqiqat, araşdırma, statistik təhlil və modelləşmə ilə məşğul olan şəxslər
Azərbaycan | İngilis
Modul 1. Giriş
Bu hissədə təlim haqqında ümumi məlumat verilir.
Modul 2. Biznes modelçilər üçün maliyyə nəzəriyyəsi
Bu hissədə müvəffəqiyyətli olmaq üçün müasir maliyyə nəzəriyyəsində yaxşı təcrübəniz olmalıdır.
Modul 3. Maliyyə modelçiləri üçün Excel
Siz bu modulda maliyyə modelləri ilə asan işləmək üçün bacarıqlarınızı müəyyən səviyyədə təkmilləşdirə bilərsiniz.
Modul 4. Kapital xərclər və amortizasiya
Katipal xərclər və amortizasiya Exceldə modelləşdirəcəyiniz ən çətin elementlərdəndir. Buna görə də, bu elementlər bölmələr üzrə ayrı-ayrılıqda tədris olunur. Bu bölmədə aktivlərin müəyyən qrupda necə spesifikləşdirməyi, onların ümumi və xalis dəyərini və amortizasiyasını necə qiymətləndirəcəyinizi öyrənəcəksiniz.
Modul 5. Dövriyyə vəsaiti
Dövriyyə vəsaiti biznes üçün vacibdir, çünki o sizə biznesinizə nə qədər pul cəlb etməli olduğunuzu göstərir. Bu hissədə isə siz dövriyyə vəsaitinin xususi mövüeyinin necə modelləşdirilə biləcəyini öyrənəcəksiniz.
Modul 6. Maliyyələşdirmə
Maliyyələşdirmə modelləşdirmənin ən çətin hissələrindən biridir. Burada şirkətin xarici maliyyə mənbələrinə ehtiyacınız ola bilər.
Modul 7. Kapital
Burada kapitalın modelləşdirilməsi və onun mənfəət/zərər hesabatı ilə əlaqəsi göstərilir.
Modul 8. Balansın modelləşdirilməsi
Burada balans hesabatının modelləşdirilməsi və balanslaşdırma öyrədiləcək.
Modul 9. Mənfəət/zərər hesabatının modelləşdirilməsi
Bu bölmədə gəlir və xərc hesablarının (amortizasiya istisna olmaqla) modelləşdirməsi və bunun əsasında mənfəət və zərər hesabatının necə yaradılacağını göstəriləcək.
Modul 10. Pul vəsaitlərin hərəkəti hesabatının modelləşdirilməsi
Burada pul vəsaitlərin hərəkəti hesabatını modelləşdirmək üçün bütün verilənlər toplanır və modelin bütövlüyü yoxlanılır.
Modul 11. Maliyyə modelinin təhlili
Sonda, hazırlanmış model təhlil olunur və nəticələr əldə olunur.
Təlimin sonunda təlimçi sizi öz maliyyə analizinizdə istifadə edə biləcəyiniz xüsusi maliyyə təşəbbüsü və qiymətləndirmə modeli ilə təmin edəcək.