
Bankların idarə olunması
Təlimçi : Cavanşir Abdullayev
Təlimin başlama tarixi: 00-00-0000
Qiymət:
Müddəti:
20 saat (Həftə içi ardıcıl 5 gün, 4 saatlıq təlim sessiyaları ilə)
Kimlər üçün nəzərdə tutulub
Müşahidə Şurasının, İdarə heyətinin və Audit Komitəsinin Sədr və üzvləri, Korporativ katiblər, Hüquqşünaslar, Daxili və kənar auditorlar, Bank nəzarətçiləri
Dil
Azərbaycan
Proqramın qısa məzmunu
Təqdimat və ilkin test
Modul 1. Azərbaycanda bank fəaliyyəti və onun hüququ bazası
- Azərbaycanın bank sektoru
- Bank fəaliyyətinin hüququ bazası (əsas məqamlar)
Modul 2. Bankların idarə edilməsi üzrə yerli və beynəlxalq standartlar
- Korporativ idarəetmə - idarəetmənin baza prinsipi kimi
- Korporativ idarəetmə üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının prinsipləri
- Korporativ idarəetmə üzrə Bazelin tövsiyələri
- Korporativ idarəetmə üzrə Azərbaycan qanunvericiliyi
- Müxtəlif ölkələrdə bankların idarə edilməsi sistemlərinin müqayisəsi (ABŞ, Yaponiya, Almaniya və Azərbaycan)
Modul 3. Bankların strateji idarə edilməsi
- Dünyada gedən son meyllər və strateji dəyişikliklər
- Hansı strategiyanı seçməli
- Strateji planın tətbiqinin təşkili: PDCA sikli
- Qiymətləndirmə və monitorinq
Modul 4. Banklarda biznes proseslərin səmərəli təşkili
- Dünyada biznesin təşkilində baş verən dəyişikliklər
- “Az xərc az gəlir” yoxsa “Yüksək xərc və yüksək gəlir”
Modul 5. Loyal insan kapitalını necə formaşdırmalı?
- Insan resurslarının idarə edilməsi sisteminin komponentləri
- Talantların tapılması və idarə edilməsi
- İdarəetmə fəlsəfəsində dəyişiklik: Əlavə Liderlik= Əla Biznes formulu
- İşçi heyətinin səmərəliliyinin və loyallığının artırılması yolları
Modul 6. Bürokratiyasız və səmərəli nəzarət sistemlərini necə qurmalı?
- Daxili nəzarətin prinsipləri
- Nəticəyə nəzarət - özünə nəzarət
- Artmaqda olan dəyişən risklər və onların minimallaşdırılması
- Risklərin idarə edilməsinə yeni yanaşmalar: “Müəssisə üzrə risk idarəetməsi” və “Hər bir işçi risk meneceridir”
Son test
Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər
- Azərbaycanda bank fəaliyyətinin hüququ bazasını və xüsusi diqqət çəkən məqamları,
- Dünyada gedən son meylləri və onların ümumi idarəetməyə, xüsusən də bankların idarə edilməsinə təsirini,
- Korporativ idarəetmə beynəlxalq və yerli standartları və meylləri,
- Banklarda strateji idarəetmənin təşkilini,
- İnsan resurslarının idarə edilməsi və biznesin təşkilində yeni meylləri,
- Risklərin idarə edilməsinə yeni baxışı