
Gəlir/xərc təhlili
Təlimçi : Elçin Rəşid
Təlimin başlama tarixi: 00-00-0000
Qiymət: 500 AZN
Müddəti:
20 saat (Həftə içi 5 ardıcıl gün, 4 saatlıq təlim sessiyaları ilə)
Kimlər üçün nəzərdə tutulub:
Maliyyə menecerləri, İnvestisiya layihələrinin rəhbərləri, İnvestisiya layihələrinin monitorinqini həyata keçirən mütəxəssislər
Dil:
Azərbaycan
Proqramın qısa məzmunu:
Təqdimat
Modul 1.
Xərc-gəlir təhlilinin mahiyyəti
- Xərc-gəlir təhlilinin əhəmiyyəti
- Xərc-gəlir təhlili üzrə yerli və beynəlxalq təcrübə
- Xərc-gəlir təhlilində müxtəlif resursların nəzərə alınması prinsipləri
- Cari və gələcək dəyərlər
Modul 2.Nağd pulun hərəkəti cədvəli
- İnvestisiya və layihə əməliyyat-istismar xərcləri
- Gözlənilən gəlirlər və onların ekspertiza cədvəlinə daxil edilmə qaydaları
Modul 3.İnvestisiya seçimi meyarları
- Xalis cari dəyər
- Daxili rentabellik norması/dərəcəsi
- Gəlir-xərc nisbəti
- Geriödəmə müddəti və s.
Modul 4. Xərc-gəlirin müxtəlif mövqelərdən təhlili
- Sahibin/investorun mövqeyindən gəlir və xərc maddələrinin və layihə rentabelliyinin müəyyən edilməsi
- Alternativ investisiyalar arasından seçim və mümkün investisiyaların prioritetləşdirilməsi qaydaları
- Kreditləşmə mövqeyindən xərc-gəlir təhlili
Modul 5. İnvestisiyaya təsir edən müxtəlif meyarlar
- Vergi, subsidiya və amortizasiyanın layihə rentabelliyinə təsirləri və bu təsirləri yaxşılaşdırmanın yolları
- Layihəsonuna qalan resurs dəyərlərinin investisiya qərarvermə modelinə daxiledilmə qaydaları
- Debitor hesabının, kreditor hesabının, inventarın və kassa qalığının və eləcə də onların layihə qərarverməsinə təsirlərinin müəyyən edilməsi və layihə rentabelliyi baxımından yaxşılaşdırılması
- İnflyasiyanın və mübadilə kursu dəyişmələrinin təsirlərinin nəzərə alınması və hesablanması
- İnflyasiyanın və mübadilə kursu dəyişmələrini bilərək investisiya və ya layihənin maliyyə göstəricilərini yaxşılaşdırmaq qaydaları
- İnvestisiya üçün optimal ölçü və miqyasın, habelə başlama dövrü və müddətin seçilməsi
- Uzunmüddətli investisiya strategiyası yanaşması və bütün maliyyə göstəriciləri baxımından kompleks təhlil
- İnvestisiyalar üzrə risk təhlili və idarəetməsi nəzəriyyəsi, istifadə olunan statistik anlayışlar və metodologiya
- Riskə yanaşma prinsipləri
- Giriş parametrlərində mümkün dəyişmələr və onların investisiya və ya layihə rentabelliyinə təsirlərinin ölçülməsi
- Zərərsizlik qiymətlərinin tapılması və mümkün strategiyaların işlənilməsi
- İnvestisiya üzrə ilkin parametrlərdə və proqnozlarda xətaların nəzərə alınması qaydaları
- İlkin parametrlər və proqnozların dəyişmələrinin investisiya gəlirliliyinə və layihə rentabelliyinə təsirlərinin müəyyən edilməsi
- Alternativ investisiyalar və layihə variantları üzrə gözlənilən dəyərlər, gözlənilməz hal üçün zərəri yumşaltmaq, azaltmaq, transfer etmək və qarşısını almaq tədbirləri, risk premiumları və seçimə təsiri
- İnvestisiya gəlirliliyinin və layihə rentabelliyinin risklərlə birgə təhlili və variantlar arasından seçim qaydaları
- Seçimə təsir edən subyektiv amillər
- İnvestisiya portfelinin optimallaşdırılması, və investisiya və layihə variantlarının prioritetləşmə qaydasına uyğun sıralanması
Modul 6. Təhlilin məlumat mənbəyi
- Xərc-gəlir təhlili üçün tələb olunan məlumatlar, onların təhlili və onlardan istifadə metodları
- Xərc-gəlir təhlilinə alternativ yanaşmalar və birgə istifadə
Modul 7. Xərc-gəlir təhlilində etik problemlər
- Xərc-gəlir təhlilində və qərarvermədə etik məsələlər və bu sahədə tətbiq olunan qabaqcıl təcrübələr
- Xərc-gəlir və risk təhlillərinin davamlı tətbiqi, təşkilat daxilində və habelə sektor üzrə institutlaşma məsələləri
Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:
- xərc-gəlir təhlili üzrə ən qabaqcil metodologiyalari,
- xərc-gəlir təhlili və alternativ metodlarin real investisiya layihəsi üzərində tam tətbiq etməyi,
- alternativ investisiyalar arasindan seçmək, prioritetləşdirmək və portfeli optimallaşdirmaq qaydalarini,
- investisiyalar üzrə risk təhlilini və bu sahədə istifadə olunan kompyuter proqraminin istifadəsini və bunlari öz (və ya öz təşkilatinin) real investisiya layihəsi üzərində tam tətbiq etməyi.