abtc.az

ABTC ilə 20 il!

Tarix : 15-04-2020

ABTC-nin 20 illik fəaliyyəti ilə qısaca tanış ola bilərsiniz >>>


Bu il Azərbaycan Banklar Assosiasiyasının törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) yaradılmasının və fəaliyyətinin 20 illiyi qeyd olunur. Yaradılışının ilk illərində sadəcə bank və maliyyə sektoru üçün təlim xidmətləri həyata keçirən ABTC, hal-hazırda maliyyə və biznes sektoru, dövlət və publik təşkilatlar da daxil olmaqla 4 istiqamətdə geniş çeşidli xidmətlər təqdim edir:  təlim, məsləhət, qiymətləndirmə və araşdırma xidmətləri.

ABTC bugün:

- 110-dan artıq təlimçi-eksperti ilə ölkənin ən böyük təlim-məsləhət institutudur;
- 200-dən artıq mövzu üzrə 27, 8 mindən çox dinləyicisi olmuş, özünü inkişaf elətdirmək istəyən, peşə və ixtisas biliklərini artırmaqda daima çalışan təşkilatları və şəxslər bir məkanda birləşdirən, maliyyə xidmətləri və idarəetmə mövzuları üzrə lider təlim təchizatçısıdır;
- 180-dən çox layihə çərçivəsində maliyyə institutları, özəl sektor və dövlət təşkilatlarının institusional  inkişafına daima dəstək vermiş olan mütərəqqi məsləhət şirkətidir;
- 36 mindən çox insanın İQ, peşə və psixrometrik qiymətləndirilməsini həyata keçirmiş universal qiymətləndirmə mərkəzidir;
- 43 mindən çox respondent arasında müxtəlif mövzularda araşdırmalar aparmış tədqiqat institutdur;
- əsas məqsədi daima inkişaf və müştəri məmnuniyyəti olan stabil və motivasiyası olan peşəkar komandası və mütərəqqi idarəetmə metodları tətbiq edən bir biznes subyektidir.

Dəyərli təsisçimiz,  təlimçi-ekspertlərimiz, partnyorlarımız, dinləyicilərimiz və əməkdaşlıq etdiyimiz digər şəxslər və  təşkilatlar, biz bu nailiyyətlərimizə görə Sizə borcluyuq və uğurlarımıza görə Sizə dərin minnətdarlığımızı bildiririk!

ABTC-nin 2020-ci il üçün qarşısına qoyduğu əsas hədəflər ölkədə maliyyə savadlığının artırılması, insanların maliyyəyə çıxışının asanlaşdırılması və biznesin inkişafına dəstək verilməsi,  müştəri məmnunluğunun maksimum təmin edilməsi daxildir.

ABTC qlobal səviyyədə yaranmış böhranın vətəndaşlarımızın sağlamlığına və ölkə iqtisadiyyatına təsirlərinin minimallaşması  istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticə verəcəyinə,  qısa vaxt ərzində iqtisadiyyatımızın dirçəlməsi və vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına inanır və bu yolda öz xidmətləri ilə istənilən dəstəyi verəcəkdir.

Dəyərli təsisçimiz, təlimçi-ekspertlərimiz, partnyorlarımız, dinləyicilərimiz və əməkdaşlıq etdiyimiz digər şəxslər və  təşkilatlar, Sizi əmin etmək istərdik ki, biz Sizlərin dəstəyi ilə gələcəkdə daha çox nailiyyətlərə imza atacağıq.

Sizin ABTC

Top