abtc.az

Sığorta üzrə maariflənmə

Tarix : 06-05-2021

Yeni mövzuda maarifləndirici təlimin keçirilməsini start verilir.  


Birgə layihə çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankın sifarişi ilə ötən ildən etibarən ABTC müxtəlif maliyyə məhsul və xidmətləri haqqında ödənişsiz maarifləndirici təlimlər keçirilir. Bu günə kimi "İzafi borclanma: problemlər və tövsiyyələr" mövzusunda 35 ödənişsiz onlayn təlim keçirilmiş və bu təlimlərdə 1504 nəfər dinləyici iştirak etmişdir. Bu ilin əvvəlindən keçirilən təlimlərə "İpoteka krediti" mövzusunda təlim əlavə olundu və dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.

Bu dəfə ABTC layihə çarçivəsində "Vətəndaşlar üçün sığorta xidməti" mövzusunda yeni maarifləndirici təlimi hazırladı və bu aydan etibarən bu mövzuda onlayn ödənişsiz təlimlərin keçirilməsinə start verir.

Bütün maraqlanan şəxsləri bu təlimlərdə iştirak etməyə dəvət edirik.  

Top