Yeni üfüqləri kəşf edirik

Haqqımızda

Təqdim olunan internet səhifəsindən istifadə etməklə, Siz ABTC-nin fəaliyyəti, onun komandası və xidmətləri haqqında geniş məlumat ala, xidmətləri sifariş verə və ödəniş edə bilərsiniz.

Sizin ABTC-nin internet səhifəsinin strukturu, dizaynı, məlumatların genişliyi, ABTC-nin fəaliyyəti və bu səhifəyə aid istənilən məsələyə aid fikirləriniz və təklifləriniz bizim üçün çox faydalı olardı.

Dəyərli təklifləriniz və fikirləriniz üçün əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk.

Sizi partnyorlarımız arasında görmək arzusu ilə

2000-ci ildən təlim və məsləhət

TARİXİMİZ

Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq, Avropa Birliyinin Texnikmi Yardımı ilə yaradılmışdır.

ABTC qeyri-hökümət təşkilatıdır və məqsədi mənfəət götürmək deyildir. Fəaliyyətinin nəticəsi olaraq, mənfəət əldə edilsə belə, təsisçiyə divident ödəmir və vəsait onun inkişafına yönəldilir.

Bank sektorunda çalışanlar üçün təlim xidmətləri göstərmək məqsədi ilə yaradılan ABTC bugün maliyyə sektoru, qeyri-maliyyə biznes sektoru və dövlət təşkilatarına təlim və məsləhət, qiymətləndirmə və tədqiqat xidmətləri təqdim edən ən qocaman və aparıcı institutlardan biridir.

KOMANDA

Yerli və beynəlxalq təcrübə

ABTC daimi fəaliyyət göstərən kiçik komandaya və 100-dən çox ştatdan kənar yüksək ixtisaslı və təcrübəli ekspertlər komandası vardır.

ABTC-nin ekspertlər komandasının əksər üzvləri Qərb təhsillidir və ABŞ, Avropa, Yaponiya və Türkiyədən olan beynəlxalq ekspertlər tərəfindən təlimləndirilmişdir.

Yeni üfüqləri kəşf edirik

VİZİON VƏ MİSSİYA

ABTC-nin vizionu onu Azərbaycanın maliyyə xidmətləri sektoruna bütün növ, digərsektorlar üzrə isə yalnız idarəetmə sahəsində təlim və məsləhət xidmətləri göstərən, peşəkar mütəxəssislər hazırlamaq üçün yerli və beynəlxalq sertifikasiya proqramları tətbiq edən aparıcı biznes xidmətləri institutu etməkdir.

ABTC-nin missiyası onun maliyyə xidmətləri və biznesin idarə edilməsi üzrə müasir bilik və texnologiyaları Azərbaycana gətirib, yerli şəraitə uyğunlaşdırmaqla, onlara əlavə dəyər verən, praktikyönümlü edən və beynəlxalq standartlara uyğun formada biznes tərəfdaşlarına çatdıran peşəkar təlim və məsləhət xidmətləri institutu kimi fəaliyyətini qurmaqdır.

KORPORATİV DƏYƏRLƏR

Bir əlin 5 barmağı

  • Müştəriyə yönlənmə
  • Komanda əməkdaşlığı
  • Daimi inkişaf
  • Nəticəyə yönlənmə
  • Çeviklik
ABTC-nin Rekvizitləri və Hüquqi Ünvanı

Tam adı – Azərbaycan Bank Tədris Mərkəzi

Qısaldılmış adı – “ABTC”

Hüquqi ünvanı – AZ 1001, Bakı şəh. Səbail ray. Bünyad Sərdarov , ev 1

VÖEN: 1700032371