Sifarişçinin mövcud korporativ idarəetmə strukturunun qiymətləndirilməsi
Sifarişçinin korporativ idarəetmə strukturunun hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
Sifarişçinin idarəetmə orqanlarının reqlamentlərinin layihələrinin hazırlanması.
İdarəetmə strukturun tətbiq planının hazırlanması.
İdarəetmə orqanları üzvlərinə korporativ idarəetmə üzrə seminar keçirilməsi.
İdarəetmə strukturunun tətbiqi ilə əlaqədar məsləhət xidmətləri.
Əldə edilən nəticələr:
Sifarişçinin korporativ idarəetmə strukturu vardır.
İdarəetmə orqanlarının konkret səlahiyyətləri və məsuliyyətləri müəyyənləşmişdir.
Sifarişçinin idarəetmə orqanları üzvləri öz funksiyaları haqqında lazımi bilik və vərdişlər əldə etmişlər.
Sifarişçinin korporativ idarəetmə strukturu təkmilləşmişdir.
Müraciət formu
Cavanşir Abdullayev
Təlimçi | Məsləhətçi
Təhsili
1982-ci ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutunun maliyyə-kredit fakültəsini (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir
İş təcrübəsi
SSRİ bank sisteminin filialında kredit mütəxəssisi
SSRİ Dövlət Bankının Azərbaycan kontorunda aparıcı müfəttiş (aparıcı auditor)
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra «Azinvestbank» KB-nın İdarə heyətinin sədri
Aqrar-Sənaye Bankının İdarə Heyətinin Sədri
1992-1993-cü illərdə müstəqil Azərbaycanın Mərkəzi Bankının İdarə Heyətinin sədri
2000-ci ilin yanvarından – 2022-ci ilə qədər Azərbaycan Bank Tədris Mərkəzinə (ABTM) direktor
Xüsusi nailiyyətləri:
ABTM-nin yarandığı dövrdən 120-dən artıq məsləhət xidməti layihəsi idarə etmiş, 10-dan artıq beynəlxalq təşkilatla yaxın əməkdaşlıq qurmuşdur. Mərkəzin 30-dan artıq beynəlxalq layihəyə cəlb olunmasına nail olmuşdur