Yeni üfüqləri kəşf edirik

Natiq Abdullayev

Təlimçi

Təhsili
  • Bakı Dövlət Universiteti, hüquq fakültəsi, 1995
İş təcrübəsi
  • Hüquqi İslahatlara Yardım İctimai Birliyinin sədri, Arbitraj və Mediasiya Mərkəzinin direktoru, Azerbaijan İnternational Consulting Company MMC-nin və Beynəlxalq Hüquq Şirkətinin direktoru
Beynəlxalq sertifikatlar:
  • 2003-cü ildə “İnsan hüquqları sahəsində çalışan hüquqşünaslar üçün” təlim kursunu bitirərək, Hollandiya Helsinki Komitəsinin hüquq müdafiəçisi sertifikatını alıb.
  • Beynəlxalq kommersiya arbitrajı və mediasiya sahəsində bir sıra xarici arbitraj institutları (İtaliya, Rusiya Federasiyası, Stokholm və s.) ilə qarşılıqlı əməkdaşlığa verdiyi töhfəyə görə sertifikatlara layiq görülmüşdür.
  • Azərbaycan Bank Tədris Mərkəzinin təlimçi-eksperti sertifikatı; 

 

Elmi fəaliyyətləri:
  • Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun dissertantıdır. “Beynəlxalq mübahisələrin həllində vasitəçiliyin (mediasiyanın) rolu və əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir.
Xüsusi nailiyyətləri:
  • Azərbaycan Respublikasında ilk dəfə (2003) Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin yaradılmasının təşəbbüskarı olmuşdur; 
  • Azərbaycan Arbitraj və Mediasiya İnstitutunun yaradılmasında və inkişafında xüsusi nailiyyətlər əldə etmişdir. Hazırda arbitraj və mediasiya institutunun fəaliyyətinin inkişaf etdirilməsində uğurlu tədbirləri davam etdirir;
  • “Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan” (Bakı 2002), “Münsiflər Məhkəməsi; qanunvericilik, təcrübə və şərhlər” (Bakı 2002) kitablarının elmi redaktoru, “Vərəsəlik (normativ aktlar, qərarlar və şərhlər: 1923-2000-ci illər)” (Bakı 2008) kitabının, “MEDİASİYA mübahisələrin məhkəmədənkənar alternativ həlli vasitəsi kimi” kitabının müəllifidir.
Aparılan təlim mövzuları:
  • Mülki hüquq və vergi hüququ
Təqdim edilən məsləhət xidmətləri:
  • Hüquq və maliyyə konsaltinq