Nizami Əhmədov Bakı Dövlət Universitetinin Fizika, S. Peterburq Dövlət Universitetinin biologiya üzrə aspiranturasını, əmək qanunvericiliyi üzrə çoxsaylı təlim kursları bitirmişdir.
Əmək fəaliyyətinə 1976-cı ilə Azərbaycan Respublikasının Elmlər Akademiyasında başlayan N. Əhmədov, 1998-ci ildən Dövlət Əmək Müfəttişliyində analitik sektorun, 2011-ci ildən isə daxili nəzarət və informasiya sektorunun müdiri vəzifəsində çalışır.
N. Əhmədov 2011-ci ildən Azərbaycan Bank Tədris Mərkəzində İnsan Resurslarının idarə edilməsinin hüquqi təminatı üzrə təlim kursları aparır.