Rabitəbank ASC, İdarə Heyəti Sədrinin müavini

Təlimçi | Məsləhətçi

Təhsili
  • Bakı Dövlət Universiteti (fərqlənmə ilə), 1986 – 1992
  • CIMA Diploma in Performance Management, 2013
İş təcrübəsi
  • İdarə Heyəti sədrinin müavini, İnsan resursları və hüquq sahələrinin rəhbəri, Bank of Baku, Bakı, 2005 - 2007
  • İdarə Heyəti sədrinin v.i., Bank of Baku, Bakı, 2003 - 2005

  • İdarə Heyəti sədrinin müavini, Pərakəndə bankçılıq, əməliyyat, xəzinədarlıq, insan resursları və hüquq sahələrinin rəhbəri, Bank of Baku, Bakı, 2003 fevral – 2003 avqust

  • Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Rabitəbank, Bakı, 1994 - 2003

  • Müxbir əlaqələri şöbəsinin rəisi, Azakbank, Bakı, 1993 - 1994

Xüsusi nailiyyətləri:
  • Aparıcı maliyyə qurumlarında 20 ildən çox olan rəhbərlik təcrübəsi, hər bir qurumda təsdiqlənə biləcək yüksək nəticələr. Son 12 il ərzində İdarə Heyəti sədrinin müavini, sədr əvəzi kimi iş təcrübəsi.
  • Analitik düşünmə, ümumi prosesləri görərək detallara varma, işin effektiv qurulmasını təmin etmə qabiliyyəti.
  • Aktivlik, liderlik keyfiyyətləri, yaş, təbəqə və digər keyfiyyətlərindən asılı olmayaraq bütün əməkdaşlarla ünsiyyət qurma bacarığı, problemin həll edilməsinə komandanı həvəsləndirmək, şirkətin və işçilərin şəxsi məqsədlərinə çatmaq üçün insanları motivə etmək qabiliyyəti.
Aparılan təlim mövzuları:

İR strategiyası və planlaşdırma, İşə qəbul prosesi, Peşəkar inkişaf sisteminin yaradılması, Treninq Mərkəzinin yaradılması, Motivasiya sistemləri, Qiymətləndirmə prosesi, Məqsədlər üzrə idarə etmə, Komanda formalaşdırılması, Karyera planlaması sistemi, İR kargüzarlığının təşkili, Əməliyyat sahəsinin idarə olunması, Ticarət əməliyyatları, Plastik kart əməliyyatları, Ödəniş sistemləri, Xəzinədarlığın idarə edilməsi, Risk xəritəsinin tərtibi, Strategiyanın müəyyən edilməsi, Büdcənin tərtibi, Proseslərin idarə edilməsi, Katiblik sahəsinin idarə edilməsi, Təchizat işinin təşkili, Pərakəndə bankçılıq 

Top