abtc.az

Ümumi bank işi

ABTC Ekspert qrupu Təlimçi : ABTC Ekspert qrupu

Təlimin başlama tarixi: 00-00-0000

Qiymət: 800 AZN

Sertifikasiya Proqramı


Sertifikasiya şərtləri:

Proqrmın təlimi dövründə 2 test keçirilir. Testlər verilmiş materiallar və təlimçinin verdiyi məlumatlar və izahatlar üzərindən hazırlanır. Hər bir test üçün maksimum bal 50-dir. İki testin yekununa görə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Müvəffəqiyyət Sertifikatı" 75 baldan az toplayan dinləyicilərə isə “İştirak Sertifikatı” verilir. Dərslərin 50%-dən aşağı hissəsində iştirak etmiş dinləyiciyə heç bir sertifikat verilmir, yalnız müraciət olunduğu halda iştirak etdiyi modullara uyğun olaraq arayış verilir.

ABTC expert qrupu: 

Cavanşir Abdullayev, Ziya Əliyev, Rauf Ağayev, Nəriman İmranov, Nigar AllahverdiyevaRauf Qarayev, İlkin Qarayev,  Rəna Abbasova, Ramil Mahmudov,  Etibar İsrafilov, Əli Dadaşzadə ,  Zahir Qədirov, Anar Hüseynov, Xəyaləddin Tağıyev

Müddəti:

60 saat

Kimlər üçün nəzərdə tutulub:

Banklarda dəstək sahəsində (hüquq, İT, katiblik , İnsan resursları və s) menecer və mütəxəssislər, bank sahəsindəki mövcud biliklərini yeniləmək istəyən bankirlər, habelə yeni işə qəbul edilmiş mütəxəssislər, bank sektorunda işləməyi planlaşdıran və bank işini öyrənmək istəyən şəxslər

Dil:

Azərbaycan

Proqramın qısa məzmunu:

Modul 1. Azərbaycanın iqtisadi və maliyyə sistemi

İqtisadi sistemlər və onların xüsusiyyətləri

Maliyyə sisteminin rolu və strukturu

Bank sistemi

Pul siyasəti

Modul 2. Bankların təşkili

Bankların səhmdarları və müştəriləri

Bankların idarəetmə və təşkilati struktur

Bankların xidmətləri

Bank sirri

Modul 3. Bank məhsulları və xidmətləri

Submodul 3.1. Bank hesabları

Hesabların növləri

Hesabların açılması qaydaları

Hesabların növündən asılı olaraq onların açılması üçün tələb olunan sənədlərin siyahısı

Hesabların aparılması

Hesabların iş rejiminə nəzarət

Hesablar üzrə əməliyyatların aparılmasına görə komisyon tariflər

Əməliyyatlara məhdudiyyət və qadağaların qoyulması qaydalarını

Hesabların bağlanması

Submodul 3.2. Depozitlər

Depozitlərin qəbulu üzrə hüquqi baza

Depozitlərin növləri

Faizlərin hesablanması

Depozitlərlə əməliyyatlar

Submodul 3.3. Nağd əməliyyatlar

Kassa qovşağı, mahiyyəti və tərkibi

Mədaxil əməliyyatları

Məxaric əməliyyatları

Bankomatlarla iş

İnkassasiya iş 

Submodul 3.4. Nağdsız əməliyyatlar

Nağdsız hesablaşmaların formaları

Ödəniş tapşırıqları ilə hesablaşmalar

İnkasso sərəncamları ilə hesablaşmalar

İnkasso üzrə hesablaşmalar

Akkreditiv üzrə hesablaşmalar

Submodul 3.5. Valyuta rejimi

Valyuta qanunvericiliyi

Ölkəyə nağd valyutanın gətirilməsi və ölkədən aparılması

Ölkədən valyutanın köçürülməsi

Submodul 3.6. Plastik kartlar

Tarixi

Kartların növləri

Kart sahibi

Bank emitent

Posterminallar

Bankomatlar

Kart əməliyyatları üzrə klirinq

Submodul 3.7. Ödəniş sistemləri və təcili pul köçürmə sistemləri

Beynəlxalq ödəniş sistemləri (SWIFT)

Milli ödəniş sistemləri (AZİPS, XÖHKS)

Milli ödəniş sistemləri ilə əməliyyatlarda Azərbaycan Mərkəzi Bankının tələbləri

SWIFT və XÖHKS vasitəsilə ödənişlərin göndərilməsi qaydası

Təhlükəsizlik məsələləri

Submodul 3.9. Xarici ticarətin maliyyələşməsi

Beynəlxalq ticarət əməliyyatları

İncoterms 2010

Beynəlxalq ticarətin maliyyələşmə alətləri

-Akkreditivlər

-Bank zəmanətləri

Modul 4. Çirkli pulların yuyulmasına və Terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər

Mahiyyəti

Eyniləşdirmə və verifikasiya

Şübhəli əməliyyatlar

Modul 5. Mühasibat işi

Uçotun əhəmiyyəti

Hesablar planı

Maliyyə hesabatları

Banklarda uçot

Modul 5. Kredit işi

Bank kreditinin mahiyyəti

Kreditlərin əsas növləri

Biznes kreditlər

Mikrokreditlər

İstehlak kreditləri

Kreditləşmə mərhələləri

Pul vəsaitlərinin axınları proqnozunun rolu

Kreditlərin sənədləşməsi və verilməsi

Kreditin monitorinqi: növləri və formaları

Kreditdə problemin qabaqcadan müəyyən olunması və onun aradan qaldırılması tədbirləri

Kreditləşmə üzrə normativ-hüquqi aktları

Modul 6. Marketinq və müştəri xidmətləri

Bank məhsul və xidmətlərinin xüsusiyyətləri

Marketinqin 4 P komponenti

Müştəri seqmentasiyası

Müştəri xidmətinin mahiyyəti

Bank müştəri xidmətinin xüsusiyyətləri

Satış prosesinin mərhələləri

Satış texnologiyaları

Çarpaz satış

CRM

Modul 7. Bank işində risklər

Riskin mahiyyəti

Riskin idarə edilməsinin zəruriliyi

Risklərin idarə edilməsi metodları

Risklərin növləri  

Modul 8. Bankir etikası

Biznes etikanın mahiyyəti

Müştərilərlə etik davranışlar

İş yoldaşları ilə etik davranışlar

Daxili davranış qaydaları

Ünsiyyətqurma

Korporativ geyim

Top