Yeni üfüqləri kəşf edirik

ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

  • Ana səhifə
  • Xəbərlər
  • ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 22-24 noyabr 2023-cü il ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun  üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur.

 

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Problemli kreditlərlə bağlı məhkəməyədək və məhkəmə icraatı (iddia müddətləri daxil olmaqla), habelə icra təcrübəsi (bir kredit üzrə müxtəlif ölkələrdə yerləşən borclularla bağlı məhkəmə çəkişmələri və icra işləri də daxil olmaqla).
  • Banklar daxilində hüquqi və uyğunluq riskləri, yerli bankların vəzifə bölgüsünə necə nail olması, Problemli kreditlərin məhkəmədənkənar həlli üsulları (arbitraj, vasitəçilik, ombudsman xidmətləri kimi).
  • Elektron məhkəmə sistemi və onun məlumat inteqrasiyası.
  • Bank fəaliyyətində korporativ idarəetmə standartlarının tətbiqi üzrə hüquqi baza və praktiki təcrübə.
  • Banklarda hüquqi risklərin idarə edilməsi.
  • Banklar daxilində hesabatlılığın yaradılmasında nəzərə alınan amillər.
  • Mülki qanunvericilikdə bank fəaliyyətini tənzimləyən qaydalar.
  • Müqavilə və biznes hüququ.
  • Yerli banklar məhkəmə çəkişmələri və müqavilələrin idarə edilməsi üzrə iş axınını necə rəqəmsallaşdırırlar.
  • Mərkəzi Bankın nəzarət funksiyası və Macarıstan Mərkəzi Bankı ilə özəl banklar arasında hüquqi qarşılıqlı əlaqə.
  • Elektron bankçılıq, distant bank xidmətlərinin göstərilməsi və rəqəmsallaşdırmanın hüquqi tənzimlənməsi və əsasları.
  • Qeyri-qanuni əməliyyatların hüquqi tənzimlənməsi (çirkli pulların yuyulmasına qarşı mübarizə – AML).
  • Bankda hüquqi və problemli kreditlər departamentləri daxilində struktur və vəzifə bölgüsündə nəzərə alınan amillər.
  • Məhkəmə perspektivinin öyrənilməsində süni intellektin tətbiqi.
  • Kreditin, o cümlədən sindikatlaşdırılmış kreditlərin hüquqi aspektləri,
  • Etibarnamə ilə bank əməliyyatlarının aparılması (məhdudiyyətlər və mövcud təcrübələr də daxil olmaqla).

 

24 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

 

  1. Gránit Bank Plc;
  2. OTP Bank Plc;
  3. MBH Bank Plc;
  4. UniCredit Bank Hungary Plc;
  5. Raiffeisen Bank Plc;
  6. Erste Bank Hungary Plc

 

 

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.