Yeni üfüqləri kəşf edirik

ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başlamışdır

  • Ana səhifə
  • Xəbərlər
  • ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başlamışdır

Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 19-21 dekabr 2023-cü il tarixlərində ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başlamışdır.

 

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olacaqlar.

  • BƏƏ bank sisteminin normativ tələbləri.
  • Korporativ idarəetmə.
  • Stress testləşdirmə.
  • KOS və Pərakəndə Bankçılıq üzrə risklərin idarə edilməsi.
  • Avtomatlaşdırılmış qərar qəbuletmə modelləri (ipoteka, istehlak kreditləşməsi, mikro kreditləşmə).
  • Korporativ idarəetmə.
  • Ölkə risklərinin idarə edilməsi.
  • ESG faktorları.
  • Risklərin idarə edilməsi proseslərinin rəqəmsallaşdırılması səviyyəsi, korporativ standartlar, müştərinin identifikasiyası.
  • Çevik mühitdə risklərin idarə edilməsi.
  • Əməliyyat risklərinin idarə edilməsi.
  • Kibertəhlükəsizlik.

 

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlərin təşkil edili nəzərdə tutulmuşdur:

  1. Emirates NBD;
  2. Commercial Bank of Dubai;
  3. Dubai Islamic Bank;
  4. Mashreq Bank;
  5. Standard Chartered Bank;
  6. Commercial Bank International.

 

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.