Yeni üfüqləri kəşf edirik

ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə səfəri baş tutmuşdur

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiyə Katılım Banklar Birliyinin (TKBB) dəstəyi ilə 24-26 yanvar 2024-cü il tarixlərində ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə bankları ilə təcrübə mübadiləsi baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır:

  • Türkiyədə İslam Bankçılığı: inkişafı, problemləri, həll yolları, vəziyyətin qiymətləndirilməsi, TKKB-nin strukturu və sektor üzrə statistikalar;
  • İslam maliyyəsi prinsipləri və standartlarının inkişafı, icrası və uyğunluq prosesləri;
  • İslam hüququnda müqavilə nəzəriyyəsi və İslam Bankçılığı işində müqavilələr;
  • İslam Banklarındakı vəsaitlərin toplanması və vəsaitlərin ödənilməsi metodları;
  • İslam Bankçılığı məhsullarının Türkiyədə tətbiq üsulları, müştəri qrupunun xüsusiyyətləri, satış yolları və risk faktorları;
  • İslam əsaslı xəzinədarlıq və kapital bazarının məhsulları.

10 nəfərlik iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir.

  1. TKBB Merkezi ofisi
  2. Türkiye Finans Katılım Bankası
  3. Emlak Katılım Bankası

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.