Yeni üfüqləri kəşf edirik

Anar Kərimov

Komplayns və idarəetmə blokunun baş direktoru

Təlimçi

Vəzifədə: 5 yanvar 2021-ci il tarixindən

Təhsili
  • Anar Kərimov hüquq və komplayns üzrə 18 ildən çox təcrübəyə malik olan peşəkardır. Bu müddət ərzində A.Kərimovun fəaliyyəti əsasən bank sahəsində çirkli pulların yuyulmasına (ÇPY) qarşı mübarizəni, məhkəmə proseslərini, risklərin idarə edilməsini, dövlət və özəl sektorda hüquqi-komplayns dəstəyinin göstərilməsini və məsləhətçilik xidmətlərini əhatə edib. O, Lüksemburqun nüfuzlu Maliyyə Texnologiyalarının Transferi Agentliyi (Agence de Transfert de Technologie Financiere ) tərəfindən komplayns sahəsində təqdim olunan peşəkar sertifikata sahibdir.
  • A.Kərimov Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Magistratura təhsilini Bakı Dövlət Universitetində alan A. Kərimov, 2004-ci ildə Beynəlxalq Hüquqda magistr dərəcəsinə fərqlənmə diplomu ilə yiyələnib.
İş təcrübəsi
  • Anar Kərimov peşəkar karyerasına 2002-ci ildə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində hüquq məsləhətçisi qismində başlayıb. O, 2004-cü ildə “Azər Türk Bank” ASC-də hüquq məsləhətçisi vəzifəsində çalışıb, daha sonra isə “Giləzi Kərpic” şirkətində direktor müavini vəzifəsinə təyin olunub. A.Kərimov 2006-cı ildə öz karyerasını “BirlikBank”da davam etdirib. “Sumqayıt Elektrik Şəbəkə”dən dəvət alan A.Kərimov, 2006-2007-ci illərdə bu qurumun Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • Kərimov 2007-ci ildə Hüquq şöbəsinin mütəxəssisi qismində PAŞA Bank ailəsinə qoşulub. PAŞA Bankda çalışdığı müddət ərzində A.Kərimov Hüquq şöbəsinin meneceri, Hüquq və Komplayns departamentinin direktoru, ÇPY qarşı mübarizə sahəsində məsul şəxs və müvafiq komissiyanın sədri vəzifəsinədək yüksəlib. A. Kərimov hazırda Azərbaycan Banklar Assosiasiyasının “ÇPY qarşı mübarizə və komplyans” ekspert qrupunun sədridir.
  • A.Kərimov 5 yanvar 2021-ci il tarixindən etibarən Komplayns və idarəetmə üzrə baş direktor vəzifəsinə təyin olunub.