Yeni üfüqləri kəşf edirik

Arxiv işinin təşkili

6 saat
200 AZN
Azərbaycan

Təlimin başlama tarixi: 07.11.2023

Təlimin bitmə tarixi: 08.11.2023

Həftənin günləri: 2,3

Təlimin başlama saatı: 10:00 – 13:00

Kimlər üçün nəzərdə tutulub:

  • Müəssisələrdə arxiv işinin idarə edilməsi üzrə məsul olan əməkdaşlar
  • Müəssisələrin rəhbərləri və ya arxiv sahəsinə məsul vəzifəli şəxslər

Proqramın qısa məzmunu:

Təqdimat və ilkin test

Modul 1. Arxiv işi sahəsində mövcud qanunvericilik

  • “Milli arxiv fondu” haqqında Qanun
  • Kargüzarlıq üzrə qanunvericilik
  • Sənədlərin saxlanma müddətlərinin müəyyən edilməsi üzrə qanunvericilik

Modul 2. Müəssisədə arxiv işinin təşkili

  • İdarə arxivləri və onun növləri
  • İdarə arxivlərinin vəzifələri
  • Arxiv fondu sənədlərinin təşkili

Modul 3. Müəssisədə arxiv sənədlərinin mühafizəsinin təşkili

  • Arxiv sənədlərinin mühafizəsinə qoyulan tələblər
  • Arxiv sənədlərinin mühafizəxanalarda (arxiv otaqlarında) yerləşdirilməsi
  • Arxiv sənədlərinin mövcudluğunun və vəziyyətinin yoxlanılması

Modul 4. Müəssisədə arxiv sənədlərinin uçotu

  • Arxiv işi üzrə əsas uçot sənədləri
  • Arxiv işi üzrə uçot sənədlərinin tərtibi və yazılması qaydaları
  • Sənədlərin arxivə daxil olması və arxivdən xaric edilməsi qaydaları

Modul 5. Müəssisədə arxiv sənədlərinin dəyərinin ekspertizası

  • Arxiv sənədlərinin dəyərinin ekspertizası işinin təşkili
  • Sənədlərin arxiv siyahılarının hazırlanması qaydası
  • Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında aktın tərtibi

Modul 6. Müəssisənin kargüzarlığında arxiv sənədlərinin təşkili

  • Kargüzarlıqda arxiv sənədlərinin saxlama vahidləri daxilində formalaşdırılması
  • Saxlama vahidlərinin arxiv fondu daxilində sistemləşdirilməsi
  • İşlərin nomenklatur siyahısının tərtibi

Modul 7. Elektron arxiv sistemi

  • Elektron informasiya sistemində arxiv işinin təşkili və idarə edilməsi
  • Arxiv sənədlərinin rəqəmsallaşdırılması və elektron daşıyıcılara köçürülməsi
  • Elektron arxiv sənədlərinin mühafizəsi və uçotu

Modul 8. Müəssisələrdən arxiv sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsi

  • Milli arxiv fondunun komplektləşdirmə mənbələri
  • Dövlət mühafizəsinə təhvil verilən arxiv sənədləri
  • Dövlət mühafizəsinə təhvil verilən arxiv sənədlərinə qoyulan tələblər

 Yekun test

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

  • Arxiv işinin təşkilinə dair qanunvericiliyin tələblərini
  • Arxivin vəzifələrini, funksiyalarını
  • Arxivdə işin planlaşdırılmasını və hesabatlığın təmin olunmasını
  • Arxiv sənədlərinin mühafizəsinin təmin edilməsini
  • Arxiv sənədlərinin saxlanma müddətlərinin müəyyən edilməsini
  • Arxivə daxil olan sənədlərin düzgün uçotunun aparılmasını
  • Arxivdə sənədlərin dəyərinin ekspertizasının keçirilməsini və nəticələrinin rəsmiləşdirilməsini
  • Elektron arxiv sisteminin təşkilini və idarə edilməsini
  • Arxiv sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsi qaydalarını

Cəmaləddin Cavadov

Təhsili

  • Sumqayıt Dövlət Universiteti, Filologiya ixtisası üzrə bakalavr dərəcəsi, 2001 – 2005

İş təcrübəsi

  • 2007-ci ilin may ayından hal – hazıradək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində şöbə müdiri

Apara bildiyi və təqdim edə bildiyi təlim və məsləhət xidmətləri

  • Arxiv işinin təşkili
  • Sənədlərin arxivləşdirmə qaydası
  • Arxiv işinə dair Azərbaycan Respublikasının Qanunvericiliyi