Yeni üfüqləri kəşf edirik

COSO Daxili Nəzarət Modelinin praktiki tətbiqi

20 saat
800 AZN
Azərbaycan

Təlimin başlama tarixi: 27.05.2024

Həftənin günləri: 1,3,5

Təlimin başlama saatı: 18:30 – 20:30

Kimlər üçün nəzərdə tutulub
İstənilən sənayə növündə fəaliyyət göstərən müəssisələrin rəhbər işçiləri, Daxili Auditorları, Daxili Nəzarət və Risklərin İdarəolunması funksiyalarını icra edən və digər əlaqəli əməkdaşlar

Proqramın qısa məzmunu​:

Təqdimat və ilkin test

Modul 1. Giriş

  • COSO-nun açıqlaması, iştirakçıları və missiyası
  • Daxili nəzarət anlayışı, nəzarət üzrə məhdudiyyətlər, nəzarət üzrə fayda və xərclərin əlaqələndirilməsi
  • Risk iştahası və risklərə dözüm anlayışları
  • COSO kubunun açıqlaması və xüsusiyyətləri

Modul 2. Nəzarət mühiti komponenti

  • Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar
  • Etik dəyərlərin müəyyənləşdirilməsi
  • Müşahidə edən qurumun bacarıqları və müstəqilliyi
  • Strukturun və tabeçilik xətlərinin müəyyənləşdirilməsi
  • İşçi heyətinin səriştəliyi
  • Fəaliyyətin qiymətləndirilməsi və məsuliyyətə cəlb olunması


“COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 3. Risklərin qiymətləndirilməsi komponenti

Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar

  • Məqsədlərin təyin olunması
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
  • Dələduzluq riskinin idarəolunması
  • Əhəmiyyətli dəyişikliklərin idarəolunması


“COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 4. Nəzarət tədbirləri komponenti

  • Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar
  • Nəzarət tədbirlərinin müvafiq risklərlə əlaqələndirilməsi
  • Texnoloqiyalar üzrə nəzarət tədbirləri
  • Siyasət və prosedurların müəyyənləşdirilməsi


“COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 5. İnformasiya və kommunikasiya komponenti

  • Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar
  • Məlumatların əldə olunması və istifadəsi
  • Məlumatların daxili dövriyyəsi
  • Məlumatların kənar dövriyyəsi


“COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 6. Monitorinq tədbirləri komponenti

  • Komponentə məxsus olan prinsiplər və diqqət tələb edən məqamlar
  • Fasiləsiz və ayri ayrılıqda aparılan monitorinq tədbirləri
  • Çatışmazlıqların qiymətləndirilməsi, aradan qaldırılması və müvafiq səlahiyyətli şəxslərə çatdırılması


“COSO Yaddaş Vərərqəsindən” istifadə edərək komponentin qiymətləndirilməsinin praktiki tətbiqi

Aralıq testi

Modul 7. Müəyyən fəaliyyət / proses üzrə Daxili Nəzarət Sisteminin qiymətləndirilməsi

  • Qiymətləndirmənin aparılması üçün auditoriyanın qruplara bölünməsi
  • Müəyyən bir fəaliyət üzrə mövcud vəziyyəti əks etdirən məlumatlar toplusunun vasitəsilə Komponentlərin və ümumi DNS-nin qruplar tərəfindən qiymətləndirilməsi
  • Nəticələr üzrə müzakirələr

Yekun test

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

  • Strategiyanin əsasinda layihələrin müəyyən olunmasi mexanizmi,

  • COSO Daxili Nəzarət Modelinin komponent və prinsipləri üzrə dərin nəzəri biliklərin əldə olunması,

  • COSO Daxili Nəzarət Modelinin əsasında istənilən müəssisənin daxili nəzarət sisteminin qurulması,

  • COSO Daxili Nəzarət Modelinindən istifadə edərək audit layihələrin həyata keçirilməsi,

  • COSO Daxili Nəzarət Modelinin əsasında təşkilatın daxili nəzarət sisteminin qiymətləndirilməsi.

Əziz Fətəliyev, CIA
Əziz Fətəliyev, CIA

Daxili Audit Departamentində Şöbə Müdiri

Təlimçi | Məsləhətçi

Təhsili:

  • Azərbaycan Dövlət İqtisad Universiteti, Əmtəəşünaslıq Fakultəsi, Əmtəəşünas ixtisası, 2002-ci il

İş təcrübəsi:

  • 2004-cü ildə istehsal müəssisəsində əmtəəşünas
  • 2007-2014-cü illər “Azərbaycan Mikromaliyyələşdirmə Bankı QSC” ( “AccessBank QSC” ) xəzinədar, daha sonra baş xəzinadar
  • 2014-cü ildə AccessBank QSC Daxili Audit Departamenti, Daxili Auditor
  • 2016-cı ildə AccessBank QSC Daxili Audit Departamenti, Baş Daxili Auditor
  • 2017-ci il fevral ayından etibarən “Bank Respublika ASC”-nin Daxili Audit Departamentində Şöbə Müdiri
  • 2018-ci ilin may ayından “Bank Respublika ASC”-nin Daxili Audit Departamentinin Direktor Müavini
  • 2020-ci ilin noyabr ayından “Yelo Bank ASC”-nin Daxili Audit Departamentinin Direktoru
  • 2017-ci ildən Azərbaycan Bank Tədris Mərkəzində müxtəlif mövzular üzrə ekspert kimi fəaliyyət göstərir. 


Xüsusi nailiyyətləri:

  • ACFE (Association of Certified Fraud Examiners) tərəfindən onlayn qaydada təşkil olunan “Internal Control for Fraud Prevention” təlimi və “AccessHolding” tərəfindən “Three Lines of Defense” və digər mövzular üzrə Almaniyanın Berlin şəhərində təşkil olunan seminarlarda iştirak etmişdir.
  • 2015-ci ildə CIA (Certified Internal Auditor) sertifikasiya proqramı üzrə qeydiyyatdan keçmiş, CIA sertifikatı üzrə üç imtahanı müvəffəqiyyətlə vermiş və bununla 2018-ci ildə “CIA (Certified Internal Auditor)” adını qazanmışdır.
  • 2018-ci ilin əvvəlində Əziz Fətəliyev Daxili Auditorların İnstitutun yerli bölməsinin yenidən təşkil olunması üzrə təşəbbüskarı olmuşdur.
  • 2018-ci ilin üçüncü rübündə “DAİ-Azərbaycan” “Formalaşmada olan Bölmə” statusunu qazanmışdır. 2018-ci ilin Sentyabr ayından “DAİ-Azərbaycan Formalaşmada olan Bölmə”-sinin Prezidenti vəzifəsinə təyin edilib.
  • 2022-ci ilin iyul ayında daxili audit fəaliyyətinin kənar qiymətləndirilməsinin həyata keçirilməsini mümkün edən Daxili Auditor İnstitutun təşkil etdiyi “Performing an Effective Quality Assessment” təlimində iştirak edib.

Aparılan təlim mövzuları:

COSO Daxili Nəzarət Modelinin praktiki tətbiqi, Daxili auditin idarəetmə, risk və nəzarətdə rolu (CIA, Pt 1 imtahanına hazırlıq), Bankın Daxili Auditoru, Internal Audit Practice (CIA, Pt 2)