Yeni üfüqləri kəşf edirik

Elçin Sərdarov

Təhsili

  • Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
  • AMEA “Fəlsəfə və Sosiologiya” İnstitutunda f.ü.f.doktorluğuna iddiaçıdır

İş təcrübəsi

  • 2021-ci ildən Təhsil İnstitutunun keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsində çalışır.
  • İctimaiyyətlə əlaqələr sahəsində Əmək və Sosial Müdafiə, Səhiyyə, Hüquq mühafizə qurumlarına məsləhət və təlim sahəsində xidmətlər göstərir.
  • 2017-2019-cu illərdə Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun beynəlxalq layihələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 1994-1995-cı illərdə Milli Məclis yanında Humanitar Tədqiqatlar və Proqnoşlaşdırma Mərkəzində informasiya xidmətinin rəhbəri, aparıcı mütəxəssis vəzifəsində çalışıb.
  • O, 1992-1994-cü illərdə Dövlət İnformasiya Agentliyinin beynəlxalq şöbəsində müxbir vəzifəsində işləyib.

Sertifikatları

  • İngiltərənin Sertifikatlaşdırılmış İctimaiyyətlə Əlaqələr İnstitutunun (CİPR) “İctimaiyyətlə əlaqələr” sahəsində peşəkar inkişaf kursu
  • BBC-nin “Ekoloji jurnalistika”, İnternyusun “Media və hüquq”, İCFJ-nin “Tədqiqat jurnalistikası”, Corc Vaşinqton Universitetinin “Layihələrin İdarəolunması” Master proqramı
  • Dünya Bankının E-İnstitutunun “Müəllim siyasətindəki ölçülər” adlı peşəkar inkişaf kursu
  • Macarıstanın Sosial və Avropa Tədqiqatları İnstitutunda “Mərkəzi Avropa və Avropa Birliyi” proqramı
  • Türkiyə (Ankara) “Keyfiyyət Assosiasiyası” və “Azərbaycan Keyfiyyət Assosiasiyasının” təlimçilərinin iştirakı ilə “Əmək Təhlükəsizliyi ISO 18001/ISO 45001 kurs
  • MIRBIS Beynəlxalq Ali Biznes Məktəbinin “Strateji planlaşdırma” üzrə kurs

Xüsusi nəaliyyətləri

  • Dünya Bankının və Nazirlər Kabinetinin təşəbbüsü ilə Təhsil Nazirliyi tərəfindən icra edilmiş Dövlət Kadr Potensialının Gücləndirilməsi Layihəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsləhətçisi və təlim koordinatoru
  • “Təhsil Sektorun İnkişafı II-ci layihəsinin” ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinator
  • Dünya Bankının və Asia İnkişaf Agentliyinin infrastruktur layihələrin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi
  • Əmək və Sosial Müdafiə Nazirliyinin, Səhiyyə Nazirliyinin Aparatının və tabeliyində olan mətbuat xidmətlərinin əməkdaşlarının “İctimaiyyətlə əlaqələr” sahəsində təlim-məsləhətçisi, qurumların PR strategiyanın hazırlanması üzrə PR məsləhətçisi, “Qərb” Universitetində ”PR texnologiyaları” üzrə pedaqoq, Bakı Slavyan Universitetində “Ekoloji jurnalistika” üzrə pedaqoq, Azərbaycan Universitetində “Layihə idarəedilməsi” ürzə master kursunun pedaqoqu kimi fəaliyyət göstərib.
  • O, “Vətəndaş cəmiyyəti mətbuat aynasında”, “Rəvayətlərdən etik tərbiyyəyə”, “E-təhsil”, “Qəhrəmanlarımız-qürurumuzdur”, “Qaçqınlar və məcburi köçkünlər üçün məlumat kitabçası” və s.kitabların müəllifi, “Xəzərin səsi” jurnalistlər üçün təlim vəsaitinin, “Şahdağda ekoloji turizm” filminin, “Nurlu an” inklüziv təhsilə aid cizgi filminin və 2 sosial çarxın senari müəllifidir. Onlarla PR layihələrinin ideya müəllifi və əlaqələndiricisi olub.
  • Hazırda Bakı Dövlət Universitetində “Sosial elmlər və psixologiya” fakültəsinin “Sosial iş” kafedrasında “Tədqiqat metodologiyaları” fənni üzrə seminarlar aparır.

Apardığı təlim mövzuları

  • Nitq Mədəniyyəti