Yeni üfüqləri kəşf edirik

elnur2

Elnur İslamov

Təhsili

  • Gazi Universiteti İqtisadi və İdarəetmə Fakültəsi, Dövlət İdarəçiyi, Bakalavr, Türkiyə, 2002
  • Gazi Universiteti Sosial Elmlər İnstitutu, Biznes İdarəetmə-MBA, Maqistratura,Türkiyə, 2005
  • Gazi Universiteti Sosial Elmlər İnstitutu, PhD-Elmi müdafiəsiz, Doktorantura, Türkiyə, 2006

İş təcrübəsi 

  • 2006-2015: Müxtəlif Bank və Şirkətlərin (Azərsun, ASB Embawood, AtaBank, Royal Bank, AtraBank) marketinq və biznesin inkişafı department direktoru
  • 2015-dən: AgroPlatform: Dayanıqlı aqrar layihələrin (Tarla Günləri, Yaşıl Azərbaycan (pavlovniya), “Səyyar Agro” Meyvə emal, qablaşdırma və ixrac və s.) inkişaf etdirilməsi, layihə meneceri,
  • 2012-dən: Azərbaycan Françayzinq Mərkəzi: Şirkətlərə idarəetmə, marketinq, françayzinq üzrə təlim, konsaltinq, müşavirlik xidmətləri

Beynəlxalq sertifikatlar

  • USAID – ACDI/VOCA, ABTC Marketing.Sales. New Product Development, 2007
  • Britaniya Standartları İnstitutu (BSI)-nın ISO 22000:2005 Food Safety Management System, 2017
  • EU4Business AHK-East-West, Basic Negotations and Mediation in Public Private Dialogue, 2017
  • Almaniya Hökümətinin GIZ Silsilə Menecer Təlim  Proqramları, Almaniya 2010 – 2013
  • Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) Akademiyası, Əmtəə Nişanı və Coğrafi işarələr, 2016
  • Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) Akademiyası, Təlimlər üçün Təlim (ToT), 2018
  • Ümumdünya Əmək Təşkilatının (ILO) SIYB Proqramı, Təlimlər üçün Təlim (ToT), 2019

Xüsusi nailiyyətlər

  • 2008-ci ildən xüsusi metodikayla ali təhsil müəsisələrində (UNEC TÜDİFAK, ATU) saat hesabı pedaqoji və mentorluq fəaliyyəti,
  • 2012-də 6 funskiyalı Bank Plastik Kart məhsulunun təşəbbüskarı,
  • Unicef və Ailə-Qadın və Uşaq Komitəsi ilə birgə şirkətlərin internat məzunların peşə təhsilinə cəlb edilməsinin və işlə təmin etmə təşviqi modeli və “Həyatını Dəyiş” layihəsinin təşəbbüskarı,
  • 2014-də CIPE-EDF Business-Dialogue Hökümətlə-biznes sektoru ictimai müzakirələrdə ekspert kimi iştirak,
  • Biznes Bankçılığın inkişafı və müştəri loyallığın məqsədi ilə bank nəzində işgüzar platformanın yaradılması və ABB-də “Sahibkarlar Klubu” olaraq uğurlu icrası © № 04/C-10916-19
  • Bank girovlarının dəyər itirmədən realizasiyası modelin müəllifi, © № 04/C-10917-19
  • Françayzinq mövzusunda 1 kitab, 10-dan çox məqalə, 3 TV proqramı, 2 beynəlxalq forumda çıxış, 10-dan çox uğur şirkət keysləri,
  • İnsan Kapitalın İdarəedilməsi (HCM) ilə bağlı “15% Texnikası” müəllifi
  • Biznes sektoru yaşıllaşdırma hərakatına reklam və vergi ilə təşviqi məqsədi ilə “Yaşıl Azərbaycan” layihəsinin müəllifi və uğurla icrası, © № 05/c-4476-09
  • Türkiyənin qabaqçıl AGILE-Çevik İdarəetmə təcrübəsinin öyrənilməsi layihəsinin təşəbbüskarı və rəhbəri (ABTC ilə birgə)

Digər nailiyyətlər

  • 19 yaşında Türkiyədə 45 ölkədən 1000-ə yaxın Beynəlxalq Gənclər Təşkilatının təşəbbüskarı və rəhbəri,
  • MUSİAD-ın MDB üzrə işgüzar səfərlər layihə təşəbbüskarı və koordinatorluğu ilə 10 səfərin təşkili.
  • Türkiyədə turizm sektoruna ilk dəfə “əlil turizmi”, “lunapark” və “təkmilləşdirilmiş yeniyetmə” turizm məhsulların təşəbbüskarı,
  • 2000-2005-ci illərdə Türk KOB şirkətlərinə ixrac bazarları üzrə müşavirlik xidmətləri göstərmişdir.
  • 2022-də USAID və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ABŞ-a işgüzar səfər çərçivəsində:
    • ABŞ aqrar,emal, ticarət və məhsul idxalı təcrübələrinin öyrənilməsi,
    • Azərbaycanın orta dəhliz logistika həllərindəki önəmi konfransında iştirak edilməsi
  • Azərsun holdinqdə “Çapa vermədən öncə bir daha bax” təşəbbüsü ilə kağız istifadəsinin israfının önlənməsi və Kağız-təkrar emal istehsalın başlaması
  • Azərbaycan Meyvə-Tərəvəz Assosiasiyasında bütün ölkənin meyvə-tərəvəz istehsalçıların adları və əlaqə nömrələrini açıq resursla hər kəsə açıq məlumat kimi təqdim olunması
  • Azərsun holdinqdə:Yeni investisiya layihələr araşdırmasında Mall ideya konsepti ilə ParkBulvarın ilk mall olması

Aparılan təlim mövzuları

  • Bank marketinqi: Müştəri yönümlü xidmət
  • Bank məhsulların satışı: Mövcud müştərilərin qorunması və yeni müştərilərin cəlb edilməsi
  • Biznes ünsiyyət və danışıqaparma
  • Vaxtın idarə edilməsi (Time Management)
  • Müştəri xidmətləri və Zəng Mərkəzi effektiv idarə edilməsi
  • Müştəri Əlaqələrinin İdarə edilməsi (CRM)

Təqdim edilən məsləhət xidmətləri

  • Bankın strateji və marketinq planların hazırlanması
  • ERP və CRM-in tətbiqi
  • Motivasiya və bonus sistemlərin tətbiqi
  • Əsas performans göstəricilər (KPI) sisteminin tətbiqi
  • Françayzinq maliyyə məhsulların inkişaf etdirilməsi
  • Korporativ Perfomansın İdarəedilməsi (CPM)