Yeni üfüqləri kəşf edirik

Gəlir / Xərc təhlili

20 saat
500 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub
Maliyyə menecerləri, İnvestisiya layihələrinin rəhbərləri, İnvestisiya layihələrinin monitorinqini həyata keçirən mütəxəssislər.

Proqramın qısa məzmunu​:

Təqdimat

Modul 1.

  • Xərc-gəlir təhlilinin mahiyyəti
  • Xərc-gəlir təhlilinin əhəmiyyəti
  • Xərc-gəlir təhlili üzrə yerli və beynəlxalq təcrübə
  • Xərc-gəlir təhlilində müxtəlif resursların nəzərə alınması prinsipləri
  • Cari və gələcək dəyərlər


Modul 2.Nağd pulun hərəkəti cədvəli

  • İnvestisiya və layihə əməliyyat-istismar xərcləri
  • Gözlənilən gəlirlər və onların ekspertiza cədvəlinə daxil edilmə qaydaları


Modul 3.İnvestisiya seçimi meyarları

  • Xalis cari dəyər
  • Daxili rentabellik norması/dərəcəsi
  • Gəlir-xərc nisbəti
  • Geriödəmə müddəti və s.


Modul 4. Xərc-gəlirin müxtəlif mövqelərdən təhlili

  • Sahibin/investorun mövqeyindən gəlir və xərc maddələrinin və layihə rentabelliyinin müəyyən edilməsi
  • Alternativ investisiyalar arasından seçim və mümkün investisiyaların prioritetləşdirilməsi qaydaları
  • Kreditləşmə mövqeyindən xərc-gəlir təhlili


Modul 5. İnvestisiyaya təsir edən müxtəlif meyarlar

  • Vergi, subsidiya və amortizasiyanın layihə rentabelliyinə təsirləri və bu təsirləri yaxşılaşdırmanın yolları
  • Layihəsonuna qalan resurs dəyərlərinin investisiya qərarvermə modelinə daxiledilmə qaydaları
  • Debitor hesabının, kreditor hesabının, inventarın və kassa qalığının və eləcə də onların layihə qərarverməsinə təsirlərinin müəyyən edilməsi və layihə rentabelliyi baxımından yaxşılaşdırılması
  • İnflyasiyanın və mübadilə kursu dəyişmələrinin təsirlərinin nəzərə alınması və hesablanması
  • İnflyasiyanın və mübadilə kursu dəyişmələrini bilərək investisiya və ya layihənin maliyyə göstəricilərini yaxşılaşdırmaq qaydaları
  • İnvestisiya üçün optimal ölçü və miqyasın, habelə başlama dövrü və müddətin seçilməsi
  • Uzunmüddətli investisiya strategiyası yanaşması və bütün maliyyə göstəriciləri baxımından kompleks təhlil
  • İnvestisiyalar üzrə risk təhlili və idarəetməsi nəzəriyyəsi, istifadə olunan statistik anlayışlar və metodologiya
  • Riskə yanaşma prinsipləri
  • Giriş parametrlərində mümkün dəyişmələr və onların investisiya və ya layihə rentabelliyinə təsirlərinin ölçülməsi
  • Zərərsizlik qiymətlərinin tapılması və mümkün strategiyaların işlənilməsi
  • İnvestisiya üzrə ilkin parametrlərdə və proqnozlarda xətaların nəzərə alınması qaydaları
  • İlkin parametrlər və proqnozların dəyişmələrinin investisiya gəlirliliyinə və layihə rentabelliyinə təsirlərinin müəyyən edilməsi
  • Alternativ investisiyalar və layihə variantları üzrə gözlənilən dəyərlər, gözlənilməz hal üçün zərəri yumşaltmaq, azaltmaq, transfer etmək və qarşısını almaq tədbirləri, risk premiumları və seçimə təsiri
  • İnvestisiya gəlirliliyinin və layihə rentabelliyinin risklərlə birgə təhlili və variantlar arasından seçim qaydaları
    Seçimə təsir edən subyektiv amillər
  • İnvestisiya portfelinin optimallaşdırılması, və investisiya və layihə variantlarının prioritetləşmə qaydasına uyğun sıralanması


Modul 6. Təhlilin məlumat mənbəyi

  • Xərc-gəlir təhlili üçün tələb olunan məlumatlar, onların təhlili və onlardan istifadə metodları
  • Xərc-gəlir təhlilinə alternativ yanaşmalar və birgə istifadə


Modul 7. Xərc-gəlir təhlilində etik problemlər

  • Xərc-gəlir təhlilində və qərarvermədə etik məsələlər və bu sahədə tətbiq olunan qabaqcıl təcrübələr
  • Xərc-gəlir və risk təhlillərinin davamlı tətbiqi, təşkilat daxilində və habelə sektor üzrə institutlaşma məsələləri

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

  • xərc-gəlir təhlili üzrə ən qabaqcil metodologiyalari,

  • xərc-gəlir təhlili və alternativ metodlarin real investisiya layihəsi üzərində tam tətbiq etməyi,

  • alternativ investisiyalar arasindan seçmək, prioritetləşdirmək və portfeli optimallaşdirmaq qaydalarini,

  • investisiyalar üzrə risk təhlilini və bu sahədə istifadə olunan kompyuter proqraminin istifadəsini və bunlari öz (və ya öz təşkilatinin) real investisiya layihəsi üzərində tam tətbiq etməyi.

Elçin Rəşid
Elçin Rəşid

ADA Universiteti, Müəllim

Təlimçi | Məsləhətçi

Təhsili

  • Azərbaycan Texniki Universiteti, avtonəqliyyat fakültəsi, fərqlənmə diplomu, 1993
  • Minnesota Universiteti, Dövlət maliyyəsi fokuslu İctimai siyasət, 2003
  • Dyuk Universiteti, Dövlət maliyyəsi daxilində Layihə qiymətləndirilməsi və Risklərin idarə olunması, 2010


İş təcrübəsi

  • 2013-2018: Azərbaycan Dövlət İqtisad Universiteti, Biznes fakültəsinin dekanı
  • 2017-2018: ARPA Konsaltinq, Layihə meneceri
  • 2015-2018: ADA Universiteti, Dövlət maliyyəsi və Büdcə, habelə Yumşaq bacarıqlar və Natiqlik fənləri üzrə müəllim
  • 2010-2017: Woodpecker, Baş direktorun məsləhətçisi və kouç
  • 2005-2018: Aİ, DB, İİB, ABŞ səfirliyi, Avropa Şurası və sair beynəlxalq donor təşkilatların yerli və beynəlxalq layihələri üzrə Layihə tsikli idarəetməsi, o cümlədən Texniki-iqtisadi əsaslandırma, Monitorinq və Qiymətləndirmə, Təsirin dəyərləndirilməsi eksperti və təlimçisi
    2010, Təhsil üzrə milli ekspert, Dünya Bankı


Xüsusi nailiyyətləri:

  • 200-dən yuxarı təlim
  • 20-dən artıq layihədə layihə rəhbəri


Aparılan təlim mövzuları:

  • Layihə tsikli idarəetməsi,
  • Layihə maliyyələşməsi, risk idarəetməsi, texniki-iqtisadi əsaslandırma, idarəetmə bacarıqları,  xərc-gəlir təhlili,  biznes analitikası, yumşaq vərdişlər
  • Egey Universiteti, Elm Fakultəsi, Riyaziyyat Bölməsi, Bölmə İkincisi,
  • 2000 Layihə tsikli idarəetməsi, Layihə maliyyələşməsi, risk idarəetməsi, texniki-iqtisadi əsaslandırma, logistik proseslərin optimallaşdırılması, performans idarəetməsi, idarəetmə auditi, strateji planlaşdırma


Təqdim edilən məsləhət xidmətləri:

  • Layihə tsikli idarəetməsi,
  • Layihə maliyyələşməsi, risk idarəetməsi, texniki-iqtisadi əsaslandırma, logistik proseslərin optimallaşdırılması, performans idarəetməsi, idarəetmə auditi, strateji planlaşdırma