Yeni üfüqləri kəşf edirik

İnsan resurslarının idarə edilməsi

Görülən işlər:

  1. İnsan resurslarının idarə edilməsi və Kompensasiya komitəsinin yaradılması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi), onun reqlamentinin hazırlanması.
  2. Sifarişçinin rəhbər işçiləri ilə müsahibələrin keçirilməsi və nəticələrin emalı.
  3. İşçilər arasında keçiriləcək anonim sorğunun hazırlanması, keçirilməsi və nəticələrin emalı.
  4. İnsan resurslarının idarə edilməsi üzrə proseslərin, siyasət və prosedurların təhlili.
  5. Əmək bazarının təhlili.
  6. İnsan resurslarının idarə edilməsi strukturunun reqlamentinin hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  7. Sifarişçidə iş yüklərinin müəyyən olunması və onun daimi monitorinqi sisteminin yaradılması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi) .
  8. Vəzifə təlimatlarının strukturuna yenidən baxılması, təkmilləşdirilməsi, nümunələr hazırlanması və birbaşa rəhbərlərə vəzifə təlimatları üzrə seminar keçirilməsi.
  9. İşə qəbul sistemi qaydalarının hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  10. Sifarişçidə vəzifələrin kateqoriyalara bölünməsi və hər bir kateqoriya üzrə rəqabət qabiliyyətli əmək haqqı sistemi yaradılması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  11. Müştəri xidməti strukturlarının reytinq və reytinq əsaslı əməyin ödənişi sisteminin yaradılması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  12. Sifarişçidə KPI və SMART sistemlərinin tətbiqi əsasında fəaliyyətin (həm struktur bölmələrinin, həm də işçilərin) qiymətləndirilməsi sisteminin yaradılması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  13. Nəticəyə əsaslanan, fərdi və kollektiv əməyi stimullaşdıran iqtisadi və qeyri-iqtisadi motivasiyanı özündə əks etdirən kompensasiya sisteminin yaradılması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  14. Talant menecment, ehtiyat kadr və karyera inkişafı sisteminin yaradılması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  15. Sifarişçinin korporativ dəyələrinin və onun əsasında korporativ davranış məcəlləsinin hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  16. Daxili təlim mərkəzinin yaradılması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  17. Təlimə olan ehtiyacların müəyyən olunması və fərdi inkişaf planlarının hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  18. Daxili təlim işinin qurulması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
  19. Hazırlanmış sistemlər üzrə komandanın məlumatlandırılması və tətbiqinə əməli köməklik göstərilməsi.

Əldə edilən nəticələr:

  • Sifarişçidə daimi inkişaf edən, nəticəyə əsaslanan kompensasiya sistemi olan insan resursları sistemləri yaradılmışdır.
  • Sifarişçinin İnsan resurslarının idarə edilməsinin bütün komponentləri (təşkil, isə qəbul, inkişaf, qiymətləndirmə, motivasiya, ehtiyat kadr, karyera inkişafı, işdən azadetmə, biznes etika və etiket, korporativ davranış, sosial öhdəlik və s) üzrə risklərin minimallaşdırılması üzrə siyasəti vardır.
  • Sifarişçinin rəhbərləri işçilərin iş yüklərinin müəyyən olunması, onun ölçülməsi, vəzifə təlimatlarının hazırlanması və təkmilləşdirilməsi üzrə lazımı bilik və təcrübələr əldə etmişlər.
  • Sifarişçidə hər bir vəzifə kateqoriyalara bölünmüş, hər bir kateqoriya üzrə rəqabət qabiliyyətli baza əmək haqqı sistemi yaradılmışdır.
  • Struktur bölmələrinin və işçilərin KPI-ları və fəaliyyətinin qiymətləndirilməsi sistemi yaradılmışdır.
  • Sifarişçinin müştəri xidməti strukturlarının reytinqi və reytinq əsaslı ədalətli və stimullaşdırıcı əmək haqqı sistemi yaradılmışdır.
  • Sifarişçidə ayrı-ayrı məhsulların satışının həcmi və keyfiyyətindən asılı olaraq, aylıq bonus sistemi (hər bir məhsul, üzrə ön və arxa ofis işçiləri, habelə satış rəhbərləri üçün) yaradılmışdır.
  • Sifarişçidə birbaşa nəticəyə əsaslanan, fərdi və komanda əməyini stimullaşdıran iqtisadi və qeyri-iqtisadi motivasiya formalarını özündə cəmləşdirən, işçi heyətinə çəkilən xərclərin səmərəliliyinin artmasını təşviq edən, təkmil həvəsləndirmə sistemi vardır.
  • Sifarişçidə təkmil isə qəbul sistemi vardır.
  • Sifarişçidə adekvat biznes etika və etiket, habelə korporativ davranış məcəlləsi mövcuddur.
  • İşçilər «işçi kitabçası» ilə təmin olunmuşlar.
  • Təşkilatın daxili təlim mərkəzi, bu mərkəzin fəaliyyətini tənzimləyən normativ baza və daxili təlimçiləri vardır.
  • Sifarişçinin bütün işçi heyəti insan resurslarının idarə edilməsi təkmilləşmiş sistemləri ilə məlumatlanmışlar və təlimləndirilmişlər.
  • Sifarişçinin Menecmenti və aidiyyəti işçiləri İnsan resurslarının idarə edilməsi işini sahəsində lazımi bilik və vərdişlər əldə etmişlər.

Müraciət formu

ABTC Təlimçiləri və konsultantları