Yeni üfüqləri kəşf edirik

İsi Mustafayev

İŞ TƏCRÜBƏSI

                                                   

“Azərpoçt” MMC

İdarə Heyətinin üzvü:

01.05.2022 – bu günə qədər

Azərpoçt MMC-nin maliyyə xidmətləri istiqamətinin, muhasibatlıq, hesabatlıq, büdcə, risklər və inzibati sahələrinin idarə edilməsi.

 

Baş direktorun müavini

17.03.2021 – 01.05.2022

Azərpoçt MMC-nin maliyyə xidmətləri istiqamətinin, muhasibatlıq, hesabatlıq, büdcə, risklər və inzibati sahələrinin idarə edilməsi.

 

“Rabitəbank” ASC

Departament direktoru, Xəzinədarlıq departamenti

08.07.2020 – 12.03.2021

Bankın daxili maliyyə bazarlarında həyata keçirdiyi əməliyyatlara nəzarət: FOREX əməliyyatları, qiymətli kağızlar bazarında əməliyyatlar, pul bazarında kredit və deposit əməliyyatları. Rəhbərliyə maliyyə bazarlarında həyata keçirilən əməliyyatlar barədə mütəmadi hesabatların hazırlanması. Departamentin daxilində olan şöbələrin idarə edilməsi.

 

“AG Bank” ASC

Departament direktoru, Xəzinədarlıq departamenti

01.06.2016 – 01.07.2020

Bankın daxili maliyyə bazarlarında həyata keçirdiyi əməliyyatlara nəzarət: FOREX əməliyyatları, qiymətli kağızlar bazarında əməliyyatlar, pul bazarında kredit və deposit əməliyyatları. Rəhbərliyə maliyyə bazarlarında həyata keçirilən əməliyyatlar barədə mütəmadi hesabatların hazırlanması.

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Böyük inspektor, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti

29.09.2014 – 20.05.2016

Kredit təşkilatlarında hərtərəfli və tematik yoxlamalara rəhbərlik edir, kredit təşkilatlarına müvafiq göstərişlər və tapşırıqların verilməsi, habelə daxili nəzarətin nəticələrinə əsasən  bank qanunvericiliyində nəzərdə tutulmuş təsir və sanksiya tədbirlərinin tətbiq edilməsi barədə rəhbərliyə təkliflər hazırlayır, banklarda müvəqqəti idarəetmə tədbirlərində və ləğvetmə proseslərində iştirak edir.

 

Şöbə rəisi, Bazar əməliyyatları şöbəsi

25.08.2006 – 29.09.2014

Mərkəzi Bankın daxili maliyyə bazarlarında həyata keçirdiyi əməliyyatlara nəzarət: FOREX əməliyyatları, Mərkəzi Bankın notları və Maliyyə Nazirliyinin DQİ ilə qiymətli kağızlar bazarında əməliyyatlar, pul bazarında kredit və deposit əməliyyatları. Rəhbərliyə maliyyə bazarlarında həyata keçirilən əməliyyatlar barədə mütəmadi hesabatların hazırlanması. Şöbənin idarə edilməsi.

 

Böyük iqtisadçı, Bazar əməliyyatları şöbəsi

01.04.2006 – 25.08.2006

Mərkəzi Bankın FOREX və qiymətli kağızlar bazarında əməliyyatların həyata keçirilməsi: SWAP əməliyyatlar, REPO və Əks REPO əməliyyatları. FOREX və qiymətli kağızlar bazarı barədə rəhbərliyə gündəlik hesabatların hazırlanması

 

Aparıcı iqtisadçı, Bazar əməliyyatları şöbəsi

21.04.2005 – 01.04.2006

Mərkəzi Bankın FOREX bazarında əsas dileri. Valyuta əməliyyatları barədə gündəlik hesabatların hazırlnması

 

İqtisadçı, Bazar əməliyyatları şöbəsi

27.03.2003 – 21.04.2005

Mərkəzi Bankın FOREX bazarında əsas dilerinin köməkçisi

 

“Partner Investment” MMC

Direktor, Reyestr və depozitarlıq departamenti

2001-2003

Səhmdar Cəmiyyətlərin səhmdarlarının reyestrinin aparılması, səhm alqı satqısının depozitarlıqda qeydə alınmasına nəzarət

 

İqtisadçı, Reyestr və depozitarlıq departamenti

2000-2001

Səhmdarlaın reyestrinin formalaşdırılması, səhmlərlə alqı satqı əməliyyatları