Yeni üfüqləri kəşf edirik

Maliyyə təhlili və biznes planlarının tərtib olunması

20 saat
500 AZN
Azərbaycan

Təlimin başlama tarixi: 15.11.2023

Təlimin bitmə tarixi: 25.11.2023

Həftənin günləri: 1,3,6

Təlimin başlama saatı: 10:00 – 14:00

Kimlər üçün nəzərdə tutulub:

  • Biznes planların hazırlanması, qiymətləndirilməsi və təhlili üçün məsul işçilər

Proqramın qısa məzmunu:

Təqdimat və ilkin test

Modul 1. Biznes mühit və tənzimlənmə mexanizmləri

  • Biznesin mahiyyəti və hədəfləri
  • Qanunvericilik aktları (Mülki Məcəllə, Vergi Məcəlləsi, Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericilik)
  • Biznes subyektlərinin təsnifləşdirilməsi
  • Sahibkarlığın İnkişafı Fondunun və AR Mərkəzi Bankının aidiyyətli qaydaları
  • Sahibkarlıq fəaliyyətinin seçiminə təsir göstərən amillər
  • Qrup işinin yerinə yetirilməsi
  • Qrup işinin təqdimatı

 

Modul 2. Biznes plan, onun xüsusiyyətləri və tərtib edilmə qaydaları

  • Biznes planın mahiyyəti və məqsədləri
  • Biznes planların əhəmiyyətinə görə klassifikasiyası
  • Biznes planın strukturuna qoyulan tələblər
  • Biznes planın təqdim edilmə qaydaları
  • Qrup işinin yerinə yetirilməsi
  • Qrup işinin təqdimatı

 

Modul 3. Biznesin maliyyə və risk təhlili

  • Bazarın təhlili
  • Sahənin təhlili
  • Müəssisənin təhlili
  • Proqnozlaşdırma və biznesin maliyyə modeli
  • Risklərin idarə edilməsi
  • Risk xəritəsi və onun xüsusiyyətləri
  • Qrup işinin yerinə yetirilməsi
  • Qrup işinin təqdimatı

 

Modul 4. Biznes plan üzrə qərar verilmə alqoritmi

  • Kredit növləri və onları təsnifatı
  • İlkin müsahibə və konsaltinq
  • Müraciətə baxılma mexanizmi
  • Təminat
  • Scoring və digər alətlər
  • Dələduzluq halları ehtimalının aşkarlanması və qarşısının alınması
  • Səlahiyət limitləri
  • Qrup işinin yerinə yetirilməsi
  • Qrup işinin təqdimatı

 

Modul 5. Monitorinq və təqib mexanizmləri

  • Hesabatlılıq sistemi
  • Əsas maliyyə indikatorları
  • Monitorinq
  • Məsafədən nəzarət
  • Səyyar nəzarət
  • Biznesin identifikasiyası
  • Müştərinin strateji inkişaf proqramı
  • Qrup işinin yerinə yetirilməsi
  • Qrup işinin təqdimatı

 Yekun test

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

  • Biznesin mahiyyəti və xüsusiyyətlərinin təyin edilməsi;
  • Biznes planın tərtib edilməsinin əsas qaydaları və parametrləri;
  • Biznes planın real bizneslə əlaqələrinin müəyyən edilməsi;
  • Banklarda kredit sifarişlərinin baxılması qaydaları;
  • Layihələrin maliyyə təhlililinin əsasları;
  • Sifarişçinin kompleks təhlili;
  • Maliyyələşmə təminatının təhlili;
  • Qərar qəbuletmə faktorları;
  • Risk xəritəsi və onun əsas xüsusiyyətləri;
  • Layihələrin təqibi və monitorinqi

Mobil Şərifov

Təhsili

  • Azərbaycan Dövlət Aqrar Universiteti, iqtisadiyyat fakültəsi, fərqlənmə diplomu, 1991
  • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, MBA diplomu, 2007

İş təcrübəsi

  • 2015-ci ildən “Fineks Kredit” BOKT, Müşahidə Şurasının sədri
  • 2011-2015-ci illər “M-Line” MMC, Baş direktor
  • 2007-2010-cü illər “ADA-Ticarət” QSC, Baş icraçı direktor
  • 2006-cı il, “Atabank” ASC, İdarə Heyətinin sədri
  • 2001-2005-ci illər, “Nikoyl” İKB İdarə Heyətinin sədri

Beynəlxalq sertifikatlar

  • 1998-2010: müxtəlif beynəlxalq təcrübə və treninqlər

Xüsusi nəaliyyətləri

  • Müxtəlif startap layihələri üzrə məsləhət, nəzarət, icra işlərinin yerinə yetirilməsi
  • 2015: Korporativ qiymətli kağızların yerli şəraitdə fiziki şəxslərə kütləvi satış mexanizminin işlənib hazırlanması və tədbiqi
  • 2008: Ölkədə ilk riteyl ticarət şəbəkəsinin yaradılması, ehtiyatların idarə olunması, avtosifariş sisteminin, merçendayzinq və test satışların layihələrinin tədbiqi, logistik və anbar mərkəzin restrukturizasiyası
  • 2002: “Ülpər” KB-nın restrukturizasiyası əsasında “Nikoyl” İKB-nin yaradılması və bazarda TOP 10-a daxil edilməsi
  • 1998 Azərbaycanda bölgələrdə ilk ATM quraşdırılması
  • 2 dissertasiya işi
  • 20 yaxın elmi məqalə

Apara bildiyi və təqdim edə bildiyi təlim və  məsləhət xidmətləri

  • Layihə maliyyələşməsi, risk idarəetməsi, texniki-iqtisadi əsaslandırma, idarəetmə bacarıqları, xərc-gəlir təhlili, biznes analitikası
  • Motivasiya sisteminin qurulması, texniki-iqtisadi əsaslandırma,
  • İdarəetmə auditi
  • Layihə maliyyələşməsi, risk idarəetməsi,
  • Logistik proseslərin optimallaşdırılması
  • Biznesin planlaşdırılması
  • Strateji planlaşdırma
  • Marketinq və satış
  • KOB üzrə məsləhət xidmətləri
  • Startap şəhadətnaməsinin alınması üzrə məsləhət