Yeni üfüqləri kəşf edirik

Menecment Məktəbi

20 saat
500 AZN
Azərbaycan

Təlimin başlama tarixi: 08.04.2023

Təlimin bitmə tarixi: 06.05.2022

Həftənin günləri: 6

Təlimin başlama saatı: 10:00-16:00

Kimlər üçün nəzərdə tutulub:
Hazırda işləyən menecerlər, habelə gələcəkdə orta və yüksək rəhbərlik üçün hazırlanan namizədlər

Proqramın qısa məzmunu:

Proqramın qısa məzmunu:

Ümumi idarəetmə – baza  səviyyə (40 saat)

Modul 1. Menecment

  • Menecmentin əsasları
  • Keçmiş və müasir idarəetmə prinsipləri və onların fərqi
  • Qərb və Şərq idarəetmə sistemlərinin müqayisəsi
  • Müxtəlif ölkələrdə idarəetmə təcrübələri
  • İdarəetmə sahəsində son meyllər
  • Menecmentin funksiyaları


Praktik məşğələ: 
Konkret situasiyalara münasibətdə keçmiş və müasir idarəetmənin prinsiplərinin tətbiqi üzrə fərdi tapşırıq

Modul 2. Biznes etika və korporativ davranış

  • Korporativ dəyərlər və biznes etika
  • Etik normalar və korporativ davranış
  • Menecerlərin etik normaların və korporativ dəyərlərin yaradılmasında rolu
  • İdarəetmədə Etik dilemmalar və onların həll edilməsi yolları
  • Etiketlər


Praktik məşğələ: 
Sifarişçinin etika prinsiplərinin müəyyən olunması üzrə qrup tapşırığı; Daxili və xarici etik dilemmalar və onların həlli yolları üzrə qrup tapşırığı

Modul 3. Təqdimat vərdişləri

  • Təqdimat növləri və onların məqsədləri
  • Səmərəli təqdimatı şərtləndirən şərtlər
  • Təqdimatın tərkib hissələri
  • Təqdimatın planlaşdırılması və təşkili
  • Təqdimat auditoriyasının idarə edilməsi


Praktik məşğələ: 
Hər bir dinləyicinin konkret mövzu üzrə təqdimatı və onun qiymətləndirilməsi 

Modul 4. Biznes görüşlərin təşkili və aparılması

  • Görüşlərin növləri
  • Görüşə hazırlığa daxil olan elementlər
  • Görüşün təşkili və aparılması
  • Nəticənin izlənməsi


Praktik məşğələ: 
Biznes görüşlərə hazırlıq və  görüşün keçirilməsi üzrə fərdi biznes tapşırıq və onun qiymətləndirilməsi

Modul 5. Vaxtın idarə edilməsi 

  • Vaxta müxtəlif yanaşmalar
  • Menecerlərin vaxtı
  • Səlahiyyətlərin ötürülməsi
  • Bütün işləri necə çatdırmalı və iş gününü vaxtında başa vurmalı?
  • İş vaxtı istirahət
  • Paretto prinsipi
  • Vaxtın idarə olunması üzrə 10 ən tipik problem
  • Ünsiyyət modeli və problemlər
  • Məqsəd və vaxtın idarə olunması
  • Vaxtı planlaşdırmanın qızıl qaydaları
  • Vaxtın istifadəsi probleminin analizi
  • İş vaxtının səmərəli istifadə edilməsi
  • Biz niyə ləngiyirik – vəziyyətin düzəldilməsi
  • Gündəlik planın alqoritmi


Praktik məşğələ: 
İş vaxtının prioritetlərinin müəyyən olunması üzrə fərdi tapşırıq

Modul 6. Ünsiyyətqurmavə danışıqaparma

  • Ünsiyyətin mahiyyəti və növləri
  • Ünsiyyət prosesində yaranan problemlər
  • İşgüzar ünsiyyət
  • Hədəf qrupu
  • Biznes ünsiyyətin mövzusu
  • Biznes ünsiyyətin formaları
  • İşgüzar danışığın mərhələləri
  • Danışığa hazırlıq
  • Fizionomika vasitəsilə həmsöhbətin xarakterinin öyrənilməsi
  • Danışığa başlanılması
  • Danışıqlarda məsafə
  • Təklifin arqumentləşməsi
  • Dinləmək bacarığı
  • İnsanlara təsirin 6 qaydası
  • Danışıqlarda jestlər
  • Danışıqlarda problemlər
  • Qərar qəbulu
  • Danışıqların sona çatması


Praktik məşğələ: 
Ünsiyyətqurma üzrə rol oyunu

Ümumi idarəetmə-orta səviyyə (30 saat)

Modul 1. Liderlik

  • Liderlə menecerin fərqi
  • Lider kimi qəbul olunmaq üçün tələb olunan keyfiyyətlər
  • Komandanı ruhlandırmaq üçün nə etmək lazımdır?
  • Rəhbərlik üsulları


Praktik məşğələ:
Menecer və liderin fərqi üzrə fərdi tapşırıq, liderlik qabiliyyətinin  müəyyən olunması üzrə fərdi tapşırıq, liderlik üsulunun müəyyən olunması üzrə fərdi tapşırıq

Modul 2. İşçi heyətinin idarə edilməsi

  • İşçiyə tələbatın müəyyən olunması
  • İşə qəbul və adaptasiya
  • Məqsədlərin müəyyən olunması
  • Səlahiyyətlərin müəyyən olunması və öütürülməsi
  • Fəaliyyətin qiymətləndirilməsi
  • İşçinin karyer inkişafının planlaşdırilması və təşkili
  • İşçini daha səmərəli işləməyə stimullaşdırmağın yolları


Praktik məşğələ: 
Vəzifə təlimatının hazırlanması üzrə qrup tapşırıq, İşçinin hədəflərinin müəyyən olunması və qiymətləndirilməsi üzrə fərdi tapşırıq, İşçinin tələbatının müəyyən olunması daha səmərəli işləməsi üçün alətlərin seçilməsi üzrə fərdi tapşırıq, Işçinin karyer və inkişaf planının hazırlanması üzrə fərdi tapşırıq

Modul 3. Komanda yaratma

  • Komada yaratmaq üçün şərtlər
  • Komandanın formalaşması mərhələləri (formalaşma, çaxnaşma, normalaşma, komanda işinin tənzimlənməsi, buraxma)
  • Komanda qurmağın 12 C prinsipi


Praktik məşğələ: 
Komanda oyunu

Modul 4. Münaqişələrin idarə edilməsi 

  • Mübahisələrin növləri
  • Mübahisələrin səbəbləri
  • Mübahisələrin həlli yolları


Praktik məşğələ: 
Mübahisələrin həll edilməsi üzrə qrup tapşırığı

Modul 5. Qərar qəbuletmə

  • Qərarların mahiyyəti və növləri
  • Qərar qəbul etməyə təsir edən amillər
  • Qərarın düzgünlüyünün qiymətləndirilməsi
  • Qərarların cari və strateji əhəmiyyəti
  • Qərar qəbuletmədə tez-tez buraxılan səhvlər


Praktik məşğələ: 
Konkret situasiyalar üzrə qərar qəbul edilməsinə  dair qrup tapşırığı

Ümumi idarəetmə-yuxarı səviyyə (30 saat)

Modul 1. Korporativ idarəetmə

  • Korporativ menecment ilə korporativ idarəetmənin fərqi
  • Korporativ idarəetmədə maraqlı tərəflər və onların qorunması
  • Korporativ idarəetmənin modelləri
  • Korporativ idarəetmə üzrə beynəlxalq prinsiplər
  • Azərbaycan korporativ idarəetmə standartları
  • Təşkilatda korporativ idarəetmənin qiymətləndirilməsi


Praktik məşğələ:
 Sifarişçidə korporativ idarəetmənin qiymətləndirilməsi üzrə qrup tapşırığı

Modul 2. Strateji idarəetmə

  • Strateji idarəetmənin zəruriliyi
  • Strateji idarəetmənin addımları
  • Strateji planlaşma
  • Planların icrasının təşkili, monitorinq və hesabatlılıq


Praktik məşğələ:
 Sifarişçinin strateji planının nümunəsinin hazırlanması üzərindən aparılır

Modul 3. Gündəlik idarəetmə 

  • Əməliyyat planlaşması
  • Layihələrin idarə edilməsi
  • Məqsədlərin idarə edilməsi
  • PDCA sikli


Praktik məşğələ:
 Sifarişçinin strateji planından irəli gələn bir layihənin tətbiq planının hazırlanması  və məqsədlərin müəyyən olunması misalı üzərindən aparılır

Modul 4. Daxili nəzarət 

  • Daxili nəzarət üzrə beynəlxalq COSO prinsipləri
  • Nəzarət sahələri və onların xüsusiyyətləri
  • Daxili nəzarət«biznes prosesin optimallaşması
  • Fırıldaqçılıq və onların qarşısının alınması tədbirləri


Praktik məşğələ:
 Nəzarət sistemində olan boşluqların müəyyən olunması üzrə qrup tapşırığı , Fırıldaq, onun müəyyən olunması və qarşısının alınması üzrə qrup tapşırığı

Modul 5. Risklərin idarə edilməsi işinin təşkili 

  • Risklərin idarə edilməsi üzrə beynəlxalq prinsiplər və praktikalar
  • Əməliyyat riskləri, onların növləri və idarə edilməsi yolları
  • Əməliyyat riskləri üzrə risk matrisi
    • Ayrı-ayrı risklər üzrə siyasət
    • Risk cədvəlləri
    • Risklər üzrə ssenarilər
    • Fövqəladə hallar planı


Praktik məşğələ:
 Sifarişçinin əməliyyat  risklərin siyahısının və reytinqinin müəyyən olunması, Hər bir  risk qrupuna daxil olan riskin birinin risk matrisinin nümunəsinin hazırlanması, Risklərin ölçülməsi üzrə simulyasiya, Risk ssenariləri üzrə simulyasiya, Fövqəladə hal planının nümunəsinin hazırlanması

Modul 6. Maliyyə menecmenti

  • Maliyyə menecmentinin təqdimatı
  • Maliyyə hesabatları
  • Maliyyə əmsallarının analizi
  • Başabaş analizi (Break-even analysis)
  • Maliyyə menecmentində qərar-qəbuletmə
  • Pulun zaman dəyəri
  • Maliyyə planlaşması və büdcə
  • Kapitalın idarəedilməsi
  • Aktiv və passivlərin idarə edilməsi

Praktik məşğələ: Maliyyə hesabatlarında olan səhvlərin müəyyən olunması üzrə qrup tapşırığı, Maliyyə analizinin aparılması üzrə qrup tapşırığı

ABTC Ekspert qrupu