Yeni üfüqləri kəşf edirik

Mühafizənin təşkili olunması və obyekdaxili rejim qaydalarına nəzarət

20 saat
500 AZN
Azərbaycan

Təlimin başlama tarixi: 17.11.2023

Həftənin günləri: 5

Təlimin başlama saatı: 10:00-17:00

Təqdimat və ilk test

Modul 1. Təhlükəsizlik sisteminin qurulması

  • Mühafizə xidmətinin əsasları
  • Perimetrlər üzrə təhlükəsizlik sisteminin qurulması
  • Təhlükəsizlik sistemində ışıqlandırma vasitələrinin tətbiqi qaydaları
  • Fiziki barierlərin tətbiqi və xəbərdar etmə qaydaları
  • Nəzarət-buraxılış məntəqəsində xidmətin təşkili və aparılması
  • Patrul keşiyi

Modul 2. Texniki mühafizə vasitələri və onlardan istifadə

  • Müasir Elektron Mühafizə Sistemləri
  • Mühafizə Xəbərdarlıq Sistemləri
  • Yanğın Xəbərdarlıq Sistemləri
  • Yanğınsöndürmə avadanlıqları
  • Girişə Nəzarət Sistemləri
  • Anons Sistemləri
  • Qapalı Video Müşahidə Sistemi (CCTV)

Modul 3. Risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlər planının hazırlanması

  • Riskin mahiyyəti
  • Riskin növləri
  • Risklərin qiymətləndirilməsi
  • Qabaqlayıcı tədbirlər planının hazırlanması
  • Risklərə müvafiq təlimatların hazırlanması

Modul 4. Psixoloji hazırlıq

  • Mühafizə fəaliyyətində psixoloji xüsusiyyətləri
  • Mühafizə fəaliyyətində ünsiyyətin rolu
  • Mühafizə fəaliyyətində emosional tənzimetmə məsələləri

Modul 5. Terror və terrorizimə qarşı fəaliyyət

  • Terrorizmin mahiyyəti
  • Terrorizmin növləri
  • Terrorizmin xüsusiyyətləri
  • Terrorizm məqsədi ilə istifadə edilən vasitələr
  • Terror və terrorizimə qarşı fəaliyyət ardıcıllıqları
  • Regionda olabiləcək terror təhdidi risklərinin qiymətləndirilməsi
  • Terrorizimə qarşı qabaqlayıcı tədbirlərin görülməsi
Yekun test
Alparslan İmamqulu

TƏHSİL, KURS VƏ TƏLİMLƏR                 

  • Milli Müdafiə Universiteti, Ankara, Türkiyə (1998 – 2002)

Sistem mühəndisliyi üzrə bakalavr dərəcəsi Diplomu

  • Müdafiə Dil Universiteti, San Antonio, Texas, ABŞ (2007)

İxtisaslaşdırılmış İngilis dili Diplomu

  • Azərbaycan Silahlı Qüvvələri Akademiyası, Bakı, Azərbaycan (2009 – 2011)

Magistatura proqramları çərçivəsində taktiki, operativ və strateji səviyyələr üzrə idarəetmə təhsil Diplomu

  • Müdafiə Dil Universiteti, San Antonio, Texas, ABŞ (2012)

Mütəxəssis İngilis dili Diplomu

  • Komanda Qərargah Akademiyası, Kansas, ABŞ (2012 – 2013)

Magistatura proqramları Operativ və Strateji İdarəetmə təhsil Diplomu

  • Sheffield Universiteti, İngiltərə (2019 – 2021)

Sheffield Universitetində “Logistika və Təçhizat Zəncirinin Idarə Olunması” ixtisası üzrə idarəçilik Maqistatura (executive MBA) təhsili

  • ISO 9001:2015 Keyfiytətin İdarəolunması sistemləri kursu, Bakı (2018)

“Zygon Caspian Consulting” Ltd. tərəfindən verilmiş beynəlxalq sertifikat

  • Almanya İqtisadi Məsələlər və Enerji üzrə Federal Nazirliyi, Almanya (2020)

Liderlik əsasları, İnsan Resurslarını idarəetmə, Keyfiyyət İdarəetmə, Marketinq, Logistika, İnnovasiya, İdarəetmədə Dəyişmə, Beynəlxalq Layihə İdarəetmə, Qlobal Biznes Proseslərinin İdarəedilməsi sahələri üzrə Menecer Təlim Proqramı müvəffəqiyyət sertifikatı

  • Nəqliyyat,Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin təşkil etdiyi Baku

E-Trade Forum – 2019, Bakı, Azərbaycan (Oktyabr, 2019)

  • ktyabr 2019-cu il tarixində Baku E-Trade Forumunda “Logistika və Ticarət Siyasəti” mövzusunda ekspert spiker
  • Optimum Dəngə Modeli – 1 kursu, Bakı, Azərbaycan (Sentyabr, 2019)

Milton Erickson təlimlərinin daha geniş perspektivlər üzrə sistemli tətbiqini əsas alan Optimum Dəngə Modeli kursu

  • “Smart Bridge” layihəsi üzrə keçirilən kurs, Bakı, Azərbaycan (Avqust, 2019)

İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı və KOICA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) Azərbaycan Nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirilən “Smart Bridge” layihəsi kursu

  • Çevik Komunikasiya Kursu, Erickson, Azerbaijan (İyun, 2019)

Erickson Çevik Komunikasiya beynəlxalq sertifikatlaşdırma kursu

  • Azərbaycan Qida Təhlükəsizliyi İnistitutu, Bakı, Azərbaycan (2019)

11 Aprel 2019-cu il tarixində “Qida məhsullarının paketlənməsi, saxlanması və daşınması” və 14 May 2019-cu il tarixində “Qida məhsullarının paketlənməsi, saxlanması və utilizasiyası” mövzularında aparıcı şirkətlərin mütəxəssisləri ilə keçirilən sertifikatlaşdırma kurslarında Azərbaycan Qida Təhlükəsizliyi İnistutu adına expert təlimçi

  • Dağ Desant Məktəbi, Eğirdir, Türkiyə (2002)

Təməl desant ixtisas kursu Diplomu

  • Raket və Artilleriya Məktəbi, Polatlı, Türkiyə (2003)

Artilleriya zabiti ixtisas kursu Diplomu

  • Raket və Artilleriya Məktəbi, Nowshera, Pakistan (2004)

Artilleriya zabiti ixtisas kursu Diplomu

  • Gənc Komandirlər Kursu, Vilnius, Litva (2006)

Taktiki və operativ səviyyələr üzrə gərargah idarəetmə zabit ixtisas kursu Diplomu

  • Raket və Artilleriya Məktəbi, Fort Sill, Oklahoma, ABŞ (2007)

Artilleriya zabiti ixtisas kursu Diplomu

  • Raket və Artilleriya Məktəbi, Polatlı, Türkiyə (2008)

Atəş Dəstək Koordinatoru ixtisas kursu Diplomu

  • NATO Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndiriciləri Kursu, Avstriya, (Dekabr, 2011)

NATO Əməliyyat İmkanları Konsepsiyası təlimlərinin qiymətləndirilməsi üzrə ekspertlərin hazırlanması kursu

İŞ TƏCRÜBƏSİ        

  • Azərbaycan Ordusu – 20 il

Azərbaycan Ordusunda tağım komandiri, artilleriya batareya komandiri, artilleriya briqadasının atəş dəstək zabiti, artilleriya divizionunun qərargah rəisi, artilleriya divizion komandari-briqadanın atəş dəstək koordinatoru, Müdafiə Nazirliyinin siyasət və strategiya üzrə baş zabiti, raket briqada komandirinin müavini, artilleriya ixtisası üzrə baş müəllim vəzifələrində və müxtəlif illərdə Türkiyə, Pakistan, Litva, Avstriya, ABŞ kimi dövlətlərdə uzun müddətli ezamiyyətlərdə olmaqla iyirmi ildən artıq xidmət etmiş və öz arzumla polkovnik-leytenant rütbəsində təqaüdə çıxmışam. Xidmət etdiyim müddət ərzində strateji, operativ və taktiki səviyyələrdə təhlükəsizliyin təmin olunması, maddi və texniki təminat və marşurutlar üzrə logistika hesabatlarının aparılması istiqamətlərində əməliyyatların planlaşdırılmasında iştirak etmişəm. Bununla yanaşı xidmət etdiyim dövrdə mütəmadi olaraq, müdafiənin təşkili və təhlükəsizliyin təmin olunması istiqamətlərində dərslər, semenarlar və konferanslar təşkil etmişəm.

  • Camellog MMC – təsisçi (2019 – 2022)

http://www.alsancakgrup.com.tr

https://www.lsc.az

  • Türkiyənin “Alsancak Grup” şirkətlər qrupu (2020 -2022)

Alsancak Grup; müdafiə, təhlükəsizlik və mühafizə istiqamətlərində beynəlxalq xidmət göstərən şirkətlər grubudur. Bəhs olunan şirkətlər qrubunun CAMELLOG MMC ilə mövcud olan müqavisi əsasında Azərbaycan üzrə rəsmi nümayəndəsiyəm.

http://www.alsancakgrup.com.tr

  • Türkiyənin “M5 müdafiə və strategiya” jurnalı və araşdırma mərkəzi (2022)

“M5 müdafiə və strategiya” jurnalı və araşdırma mərkəzinin Qafqaz və Orta Asiya üzrə rəsmi nümayəndəsiyəm.

M5 Dergi – Ulusal Güvenlik, Savunma Strateji

  • “Mühafizə İşinin Təşkili” kursları ilə bağlı 2020-ci və 2021-ci illərdə Paşa İnşaat MMC tərkibində olan bir sıra strateji ticarət obyektlərinin (28 Mall, Port Baku Mall, Gənclik Mall, Amburan Mall, Gəncə Mall) mühafizlərinə mühafizə işinin təşkilinə dair xüsusi hazırlıq; texniki hazırlıq; şübhəli əşyalar və bomba təhlükəsinə qarşı davranış qaydaları; doğru komunikasiya və psixologiya istiqamətlərində təlimlər təşkil olunmuşdur.
  • “Mühafizə İşinin Təşkili” təlim və kursları ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində 2021-ci və 2022-ci illərdə fərdi iştirakçılara və bir sıra şirkətlərin mühafizlərinə mühafizə işinin təşkilinə dair xüsusi hazırlıq; texniki hazırlıq; ilk tibbi yardım; yanğınla mübarizə və yanğından mühafizə; xüsusi fiziki hazırlıq istiqamətlərində təlimlər təşkil olunmuşdur.
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (2019 – 2022)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Amerika Birləşmiş Ştatlarının Georgia State və Almaniya Federativ Respublikasının Siegen Universitetlərinin BA(BBA, ZU, MBA) proqramlarında “Life Security”, “Civil Defense”, “Logistics” və “Product, Technology and Operation Management” fənnləri üzrə müəllim işləyirəm.

  • Azərbaycan Resp. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Elmi-texniki Şuranın üzvü.

KOMPUTER BACARIQLARI

  • Microsoft Office Programs, Adobe-Photoshop
  • Developing skills in Adobe After Effect

DİL BİLİKLƏRİ

  • İngilis – əla
  • Rus – yaxşı
  • Alman – orta
  • Ərəb – orta

Erməni – orta