Yeni üfüqləri kəşf edirik

Praktiki Mühasibat İşi

60 saat
600 AZN
Azərbaycan
Sertifikasiya Proqramı

Təlimin başlama tarixi: 18.05.2022

Təlimin bitmə tarixi: 29.07.2022

Həftənin günləri:1,3,5

Təlimin başlama saatı: 19:00-21:00

Kimlər üçün nəzərdə tutulub:

Mühasibat işini peşəkar səviyyədə öyrənmək istəyən bütün şəxslər və bu sahədə biliklərini möhkəmləndirmək istəyən mütəxəssislər

Sertifikatlaşma qaydaları:

Proqrmın təlimi dövründə 2 test keçirilir. Testlər verilmiş materiallar və təlimçinin verdiyi məlumatlar və izahatlar üzərindən hazırlanır. Təlim mövzuları üzrə keçirilən 2 testin ümumi nəticələri üzrə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Müvəffəqiyyət”, bundan aşağı nəticə göstərənlərə isə “İştirak” sertifikatı təqdim olunur. Dərslərdə 50%-dən aşağı iştirak etmiş dinləyiciyə heç bir sertifikat verilmir, yalnız müraciət olunduğu halda arayış verilir.

Proqramın qısa məzmunu​:

Modul 1. Mühasibat işinin əsasları

  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanunu və tətbiq edilən standartlar
  • 1 N MHBS – əsas elemetlər və anlayışlar, onların tanınması və qiymətləndirilməsi
  • Maliyyə vəziyyəti və balans tənliyi
  • İstifadəçilər və onların məlumatlara tələbatları
  • Banklarda mühasibat işinin təşkili
  • Maliyyə vəziyyəti, maliyyə nəticələri və maliyyə vəziyyətində dəyişikliklər
  • Maliyyə hesabatlarının növləri
  • Maliyyə hesabatlarına qeydlər və əlavələr
  • Əsas fərziyyələr
  • Maliyyə hesabatlarının keyfiyyət xarakteristikaları


Modul 2. Mühasibat uçotu

  • Mühasibat uçotunun proqram təminatı (1C 8.2 mühasibatlıq proqramı)
  • Hesablama metodu ilə uçot
  • Torpaq, tikili və avadanlığın uçotu
  • Qeyri maddi aktivlərin uçotu
  • Cəlb edilmiş vəsaitlər üzrə uçot
  • İşçi heyətlə hesablaşmaların uçotu
  • Nağd vəsaitin uçot qaydaları
  • Verilmiş kreditlərin uçot qaydaları
  • Verilmiş kreditlər üzrə yaradılmş ehtiyatların qiymətləndirmə mexanizmləri (yerli qaydalar və MHBS 9)
  • Maliyyə uçotunun dövrü, işçi cədvəllər və nizamlayıcı qeydlərin aparılması
  • Maliyyə hesabatlarında səhvlərin düzəldilməsi
  • Maliyyə hesabatlarından sonra baş vermiş hadisələrin uçotu
  • Banklarda açıq valyuta mövqeyinin qiymətləndirilməsi
  • Hazırlanmış maliyyə hesabatlarının analitik təhlili (likvidlik təhlili, gəlirlilik təhlili və s.)
  • Aktivlərin ədalətli dəyər ilə qiymətləndirilməsi (MHBS N 13)


Modul 3. Vergi uçotu

  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi
  • Vergilərin növləri, vergi dövrü, vergilərin hesablanma qaydaları və vergi hesabatlarının verilmə müddətləri, Vergi orqanları ilə hesablaşmalar
  • Sosial sığorta haqqlarının hesablanması və ödənilməsi, DSMF ilə hesablaşmalar
  • Büdcə və büdcədənkənar fondlarla hesablaşmaların mühasibat uçotunda əks etdirilməsi
  • Vergi hesabatlarının BTP proqram təminatı ilə ofline rejimdə və internet üzərindən birbaşa online rejimdə tərtib olunması və göndərilməsi
  • Vergi Hesab Fakturaların EFP proqram təminatı ilə ofline rejimdə və internet üzərindən birbaşa online rejimdə tərtib edilməsi və göndərilməsi
  • DSMF hesabatlarının (B1 və B3 hesabatlarının) internet üzərindən birbaşa online rejimdə tərtib edilməsi və göndərilməsi


Modul 4. Maliyyə hesabatları

  • Maliyyə hesabatlarının hazırlanması
  • 1C 8.2 mühasibatlıq proqramında keçdiyi mövzular üzrə simulyasiya
Rauf Zeynalov

Rauf Zeynalov “Menecment” ixtisası üzrə  2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr, 2010-cu ildə isə magistr dərəcəsini bitirmişdir.

Özünün və eyni zamanda karyerasının inkişafını əsas tutaraq 2011-ci ildən Azərbaycan Bank Tədris Mərkəzində Assistent kimi fəaliyyətə başlamışdır.

Yanvar 2012-ci il tarixində Rauf Zeynalov Azərbaycan Bank Tədris Mərkəzinin Maliyyə Menecerinin assistenti vəzifəsinə təyin edildi.

İyul 2012-ci il tarixindən bugünədək Rauf Zeynalov, Azərbaycan Bank Tədris Mərkəzində Baş Mühasib vəzifəsində fəaliyyət göstərir.

Biliklərinin və əldə etdiyi təcrübələrinin digərləri ilə bölüşməsi məqsədilə Rauf Zeynalov 2015-ci ildən etibarən Azərbaycan Bank Tədris Mərkəzində “Mühasibat uçotu” mövzusunda təlimlər aparır.