Yeni üfüqləri kəşf edirik

Rauf Zeynalov

Təlimçi

Rauf Zeynalov “Menecment” ixtisası üzrə  2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr, 2010-cu ildə isə magistr dərəcəsini bitirmişdir.

Özünün və eyni zamanda karyerasının inkişafını əsas tutaraq 2011-ci ildən Azərbaycan Bank Tədris Mərkəzində Assistent kimi fəaliyyətə başlamışdır.

Yanvar 2012-ci il tarixində Rauf Zeynalov Azərbaycan Bank Tədris Mərkəzinin Maliyyə Menecerinin assistenti vəzifəsinə təyin edildi.

İyul 2012-ci il tarixindən bugünədək Rauf Zeynalov, Azərbaycan Bank Tədris Mərkəzində Baş Mühasib vəzifəsində fəaliyyət göstərir.

Biliklərinin və əldə etdiyi təcrübələrinin digərləri ilə bölüşməsi məqsədilə Rauf Zeynalov 2015-ci ildən etibarən Azərbaycan Bank Tədris Mərkəzində “Mühasibat uçotu” mövzusunda təlimlər aparır.