Yeni üfüqləri kəşf edirik

Vergi uçotu

10 saat
200 AZN
Azərbaycan

Təlimin başlama tarixi: 26.09.2023

Təlimin bitmə tarixi: 13.10.2023

Həftənin günləri: 2,5

Təlimin başlama saatı: 19:00-21:00

Kimlər üçün nəzərdə tutulub:

  • Mühasib və vergi mütəxəssisi kimi yeni fəaliyyətə başlayan şəxslər
  • Gələcəkdə vergi məsləhətçisi kimi fəaliyyət göstərmək istəyən şəxslər

Proqramın qısa məzmunu:

Modul 1Azərbaycan Respublikasının vergi qanunvericiliyi və vergi sistemi

  • Azərbaycan Respublikasının vergi sistemi
  • Vergi yoxlamaları
  • Vergi qanunvericiliyində məsuliyyət məsələləri, tətbiq edilən maliyyə sanksiyaları

 

Modul 2. Fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi

  • Rezident və qeyri-rezident şəxslərin bölgüsü
  • Fiziki şəxslərin gəlirlərinin bölgüsü, tətbiq edilən vergi dərəcələri
  • Fiziki şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərinin praktiki misallar əsasında izahı
  • Hüquqi şəxslərin gəlirlərinin bölgüsü, tətbiq edilən vergi dərəcələri.
  • Hüquqi şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərinin praktiki misallar əsasında izahı
  • Gəlirdən çıxılan və çıxılmayan xərclər
  • Amortizasiya və təmir xərclərinin gəlirdən çıxılmasının praktiki aspektləri
  • Aktivlər təqdim edilərkən gəlir və zərərin müəyyənləşdirilməsi
  • Rezident və qeyri-rezident şəxslərin gəlirlərindən ödəmə mənbəyində verginin tutulması
  • İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin müddəaları
  • Vergi ödəyiciləri tərəfindən gəlirlərin və xərclərin uçotunun aparılması
  • Vergi ödəyicilərinin ixtiyarında olan əmtəə-material ehtiyatlarının uçotunun aparılması.

 

Modul 3. Gəlir və mənfəət vergiləri ilə bağlı hesabat və arayışların hazırlanması

  • Ödəmə mənbəyində tutulan vergilərin bəyannaməsinin praktiki məlumatlar əsasında BTP proqram təminatı vasitəsilə tərtib olunması və göndərilməsi
  • Hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin praktiki məlumatlar əsasında BTP proqram təminatı vasitəsilə tərtib olunması və göndərilməsi
  • Cari vergi ödəmələrinin hesablanması, arayışın hazırlanması və qeydiyyatı.

 

Modul 4. Əlavə dəyər vergisi ilə bağlı vergitutmanın əsas xüsusiyyətləri

  • Əlavə dəyər vergisinin mahiyyəti
  • Qeydiyyat və qeydiyyatın ləğvi prosedurları
  • Vergitutma obyekti və bazası
  • Dəqiqləşdirilməli olan dövriyyələrin praktik izahı
  • ƏDV-yə (18 və 0 % dərəcəsi ilə) cəlb edilən və azad edilən əməliyyatlar
  • ƏDV-yə cəlb edilən əməliyyatlar aparılarkən vaxtın və yerin müəyyən edilməsi
  • Qeyri-rezidentlər üzrə aparılan ödənişlərin ƏDV-yə cəlb edilməsi
  • Əvəzləşdirilən ƏDV hesablanmış ƏDV məbləğindən artıq olduqda büdcə ilə münasibətlər.

 

Modul 5. ƏDV ilə bağlı praktiki hissə

  • ƏDV bəyannaməsinin praktiki məlumatlar əsasında BTP proqram təminatı vasitəsilə tərtib olunması və göndərilməsi
    • ƏDV ödəyicilərinin təqdim etməli olduğu hesabat
    • ƏDV ödəyicisi olmayan vergi ödəyicilərinin təqdim etməli olduğu hesabat
  • ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması
  • Elektron qaimə-fakturaların tərtib edilməsi
  • Əvəzləşdirilən elektron qaimə-fakturaların ƏDV bəyannaməsinə əlavə edilməsi.

 

Modul 6. Hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərinin hesablanması və ödənilməsi

  • Hüquqi və fiziki şəxslərin əmlak vergilərinin hesablanması və ödənilməsi
  • Hüquqi və fiziki şəxslərin torpaq vergilərinin hesablanması və ödənilməsi
  • Vergi bəyannamələrinin (əmlak, torpaq) BTP proqram təminatı vasitəsilə tərtib olunması və göndərilməsi

 

Modul 7. Sadələşdirilmiş sistem üzrə vergitutmanın əsas xüsusiyyətləri

  • Sadələşdirilmiş verginin ödəyiciləri
  • Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə sadələşdirilmiş verginin hesablanması və ödənilməsi
  • Vergi bəyannaməsinin internet üzərindən tərtib olunması və göndərilməsi

 

Modul 8. Digər qanunvericilik

  • Nağdsız hesablaşmalar aparılması zamanı vergi məsələləri
  • İcbari sığorta haqlarının hesablanması qaydası
  • “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”
  • “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

 

        Yekun test

Məhəmmədrza Cəfərov

Təlimçi

Təhsili

Azərbaycan Dövlət İqtisad Universiteti – 2011-2015

İş təcrübəsi

11- hazırda  Birgə Consulting Group MMC – Direktor

11- hazırda Azərbaycan Bank Tədris Mərkəzi- Təlimçi

01-2021.10-ci illərdə Birgə Consulting Group MMC – Vergi mütəxəssisi

01-2020.12-ci illərdə Birgə Consulting Group MMC – Mühasib

11-2019.12-ci illərdə Birgə Consulting Group MMC – Maliyyə mütəxəssisi

09-2018.07-ci illər İstək Beynəlxalq Liseyi (Müəllim – Business Studies fənni)

09-2018.08-ci illərİstək Beynəlxalq Liseyi (Maliyyə mütəxəssisi)

09 – 2016.09- İstək Beynəlxalq Liseyi (Köməkçi müəllim)

Xüsusi nailiyyətləri:

2021-ci il Peşəkar Mühasib Sertifikatı (79 bal)

2020-cı il DipİFR (ACCA 71 bal)

2018-ci il Financial Accounting (ACCA F3) Certificate of Achievement (89 bal)
2018-ci il Certificate on “Basic Data Descriptors, Statistical Distributions, and Application to Business Decisions”

Apara bildiyi təlim və məsləhət mövzuları:

Peşəkar Mühasib Sertifikasiya imtahanına hazırlıq (Qanunvericilik)

Vergi Məcəlləsi üzrə Təlim

“Financial Accounting” Təlimi