Yeni üfüqləri kəşf edirik

Bank Filialının Meneceri

40 saat
800 AZN
Azərbaycan
sertifikasiya proqramı

Sertifikatlaşma qaydaları:

Təlim proqramı bitdikdən sonra dinləyicilər kompüterləşdirilmiş test imtahanından keçir. Test nəticəsində iştirakçı 60 və ondan çox bal yığdığı halda “Müvəffəqiyyət”, digər halda isə “İştirak” sertifikatı alırlar. Testlər verilmiş materiallar və təlimçinin verdiyi məlumatlar və izahatlar üzərindən hazırlanır. Dərslərdə 50%-dən aşağı iştirak etmiş dinləyiciyə heç bir sertifikat verilmir, yalnız müraciət olunduğu halda arayış verilir.

Kimlər üçün nəzərdə tutulub:

Bankların filial rəhbərləri, Bankların filial rəhbərlərinin imza hüquqlu müavinləri, Filial rəhbəri və müavinliyinə namizədlər

Modul 1. Filialın fəaliyyətinin hüquqi təminatı

  • Banklar haqqında qanun
  • Mərkəzi Bank haqqında qanun
  • Mülki Məcəllə (bank fəaliyyətinə aid hissə)
  • İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericilik
  • Vergi Məcəlləsi
  • Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər üzrə qanunvericilik
  • İpoteka haqqında qanunvericilik
  • Əmanətlərin sığortalanması haqqında qanunvericilik
  • Kredit təşkilatlarında hesabların açılması, aparılması və bağlanılması qaydaları
  • Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat
  • Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydaları
  • Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalar
  • Kapital adekvatlığı üzrə qaydalar
  • Likvidliyin idarə edilməsi üzrə qaydalar

 

Modul 2. Filialın işinin təşkili

  • Filialın işinin planlaşdırılması
  • Filialda işin təşkili
  • Baş ofislə münasibətlərin qurulması

 

Modul 3. Müştəri xidməti işinin təşkili

  • Müştərinin mahiyyəti
  • Xidmət və məhsul satışının əsas fərqli cəhətləri
  • Müştəri məmnunluğu
  • Keyfiyyətli müştəri xidmətini şərtləndirən amillər
  • Müştəri xidmətinin təşkili
  • Müştəri sadiqliyi
  • Müştəri seqmentləşməsi və müştəri reytinqi
  • Çətin müştərilərlə iş
  • Şikayətlərlə iş
  • Birbaşa marketinq
  • Müştəri məlumat sistemi

 

Modul 4. Kredit işinin təşkili

  • MBNP-nin kreditləşmə üzrə normativ aktları
  • Filialın Kredit Komitəsinin fəaliyyətinin təşkili
  • Kreditləşmə prinsipləri
  • Kreditləşmə mərhələləri
  • Kreditin qiymətləndirilməsi
  • Kreditin sənədləşdirilməsi
  • Kredit reytinqi
  • Kreditlərin monitorinqi və problemlərin qabaqcadan müəyyənləşməsi
  • Problemli kreditlərlə iş

 

Modul 5. Plastik kartlar

  • Kartların növləri
  • Kart terminalları
  • Kartla əməliyyatlar

 

Modul 6. Risklərinin idarə edilməsi

  • Filiallarda nəzarət sistemi
  • Riskin mahiyyəti
  • Risklərin növləri
  • Filialın əməliyyat riskləri və onların idarə edilməsi
  • Filialın digər riskləri və onların idarə edilməsi

 

Modul 7. Filial menecerinin liderlik funksiyaları

  • Liderliyin mahiyyəti
  • Menecer və lider
  • Liderlərə olan tələblər
  • Liderlik üsulları
  • Liderlik formaları
  • Hədəflərin müəyyən olunması
  • Qiymətləndirmə
  • Motivasiya
  • Qərarların qəbulu
  • Səlahiyyətlərin ötürülməsi
  • Səmərəli komanda yaratmağın yolları
  • Biznes ünsiyyət
  • Münaqişələrin həll edilməsi

Kursun sonunda iştirakçılar aşağıdakıları biləcəklər

  • Bank fəaliyyətinin filialların fəaliyyəti ilə bağlı hüquqi təminatını
  • Filialların fəaliyyətini planlaşdırılmasını
  • Filial rəhbərlərinin birbaşa marketinq üzrə funksiyalarını
  • Filiallarda müştəri xidməti işinin səmərəli təşkilini
  • Şikayətlərlə işi qurmağı
  • Filiallarda kredit işinin daha səmərəli təşkilini
  • Filialın riskləri və onların minimallaşdırılması yollarını
  • Yeni idarəetmə prinsiplərini və liderlik vərdişlərini